Mobil Texnologiya → Nokia da Tablet PC istehsal edəcək

Nokianın Microsoft şərikliyi ilə satışa təqdim etdiyi Windows Phone əsaslı smartfonlarından sonra, yaxın gələcəkdə yenə Microsoft ilə şərikli olaraq Tablet PC isteshalına da başlayacağı təsdiqləndi.
WMPoweruser saytının Nokia Fransanın baş idarəçisi olan Paul Amsellemdən köçürdüyü , Nokia Windows 8 əsaslı ilk Tablet PC-ni önümüzdəki ilin İyun ayı içərisində çıxaracaq. Bu tarixin bir başqa əhəmiyyəti də Windows 8-in final versiyasının nə vaxt çıxacağına dair kiçik ipucu da verir. Beləcə Windows 8-də ilk cihazı istehsal edən firma Nokia olacaq. Bununla da həm Microsoft, həm də Nokia bazardakı digər Tablet PC-lərlə rəqabətə başlayacaq.
Qaynağın mötəbərliyinə insansaq, Microsoftun yeni nəsil əməliyyat sistemini önümüzdəki ilin ikinci rübündə bazara sürəcəyini də təxmin edə bilərik.
- +1
- 16 ноября 2011, 13:59
- şərh yaz



