BakuTel →  Azerfon və Nokia Siemens Network BakuTel- 2011 sərgisində müasir texnologiyaları təqdim edirlər [ #Bakutel ]


BakuTel – 2011 sərgisində Azerfon şirkətinin təqdim etdiyi ən son yeniliklər və NSN şirkətinin müasir şəbəkə texnologiyaları İnformasiya Texnologiyaları və Rabitə sahəsində MDB bazarında Azərbaycanın lider mövqelərini möhkəmləndirəcəkdir.

3G xidmətlərinin ilk provayderi olan Azerfon və Nokia Siemens Networks şirkətləri BakuTel – 2011 sərgisində iştirakına dair mətbuat konfransı keçirmiş və MDB məkanında ilk dəfə tətbiq edilən bir sıra innovativ mobil rabitə həlləri və layihələri təqdim etmişlər. Bundan əlavə, Azerfon şirkəti Nokia Siemens Networks şirkəti ilə 80 milyon ABŞ dolları məbləğində saziş imzaladığını bildirmişdir. Bu saziş çərçivəsində şəbəkə avadanlığının istehsalı sahəsində lider olan NSN şirkəti bu yaxınlarda Azərbaycanda ən geniş 3G şəbəkəsinin qurulmasını başa çatdıracaqdır.

( Ətraflı oxuyun )
Paylaş :