İnternet → İnternet NOBEL mükafatına namizəddir

Son 1-2 RSS gündür readeri yaxşı izləyə bilmirdim. Bu gün oturub yüzlərlə başlıqları bir-bir baxım maraqlı olanları oxuyurdum. Birdə qəribə bir başlıqla rastlaşdım. — "". Keçən il ABŞ prezidenti Barack Obamaya verilən Nobel Sülh Mükafatı üçün bu ilki namizədlər arasında maraqlı bir ad gözə dəyir: İnternet. Bu ad 237 seçim arasından namizəddir. Eyni zamanda 1.4 milyon dollarlıq mükafata da sahib olma şansı var. Nəsə mənə çox qəribə gələn bir qərardır. Bu il deyəsən dünyada internetin çox güclü PR`ını aparmaq niyyətindədilər. Nəzərə alsaq ki, qaliblərin adı 8 Oktyabrda açıqlanacaqdı. Deməli ilin axırına qədər internetin PR`ı gedəcəkdi. Amma əsas məsələlərdən biri bu mükafatı internetin adından kimin qəbul edəcəyidir. Həm pulu, həm də mükafatı. Bunun üçün də bir neçə versiya ola bilər. Ya pul, internetin inkişafı naminə xərclənmək üçün ABŞ hökümətinə, və ya hansısa QHT`ə bağışlanar, ya da bəlkə hansısa internet sahəsində fəaliyyət görən şirkətə ( Google, Yahoo, Facbook və s.) bağışlanar. Düzdür hansısa kommersiya qurumuna bağışlanılması inandırıcı deyil, amma yenə də variant olaraq səsləndirirəm. Əgər seçilsə həqiqətən mənə maraqlıdır ki, bunu kim alar internetin adından.
- +1
- 12 марта 2010, 20:57
- 6



