Weboxu →  Weboxu 2010 istifadəçi seçimlərinin nəticələri


2011 başlayanda Weboxu-nun oxucuları üçün, bir səsvermə başlatdıq. Bu tip səsvermələr internetdə ənənəvidir və müxtəlif resurslar öz oxucularının ötən il nələri bəyəndiyini beləcə təyin edir.

Biz də ayın birindən seçimlərə başladıq. Seçim əvvəli müzakirələr zamanı namizədlər qərarlaşdırıldı və səsvermə başladı. 4 nominasiyada aparılan səsvermələr dünən axşam etibarı ilə başa çatdı. Gecə 24.00-da screen aldım. Onun əsasında da sıralamanı edəcəm. Gecikmə üçün əvvəlcədən üzrlər. Xüsusi səhifənin hazırlanması obyektiv səbəblərə görə bir qədər yubanır. Onu gözləməmək üçün blog postunu yazıram.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 14 января 2011, 00:00
  • Shaig
  • 3

Təhlil →  2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?


2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi (İTinternet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 1 января 2011, 17:51
  • Shaig
  • 5

Oxatan →  NETTY2010 - nəzərə çarpan maraqlı faktlar


Bu haqda əslində çox yazmağıma ehtiyac yoxdur. Çünki dəyişən heç nə yoxdur. 2008-ci ildən mən blog yazmağa başlayandan bəri hər il eyni sözləri, nöqsanları deyirəm onsuzda. Oxatandan arxivi qarışıdırb yazıları tapmaq olar. Ona görə bu il Netty haqqında uzun-uzadı yazmaq fikrində deyiləm. Sadəcə bəzi şərhlər etmək istəyirəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 18 мая 2010, 13:48
  • Shaig
  • 8

Blog: seaman →  autobaku.az - Netty 2010 Qalibi oldu!

Dünən keçirilmiş təntənəli mərasimdə ən yaxşı servis sayt müsabiqəsində autobaku.az saytı kuboka sahib olub.

NETTY-2010 Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və eləcə də, İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY mükafatı, başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm də ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. 2010-ci ildə mükafat artıq altıncı dəfədir ki, keçiriləcək.

NETTY – bütün dünyadan yüz minlərlə İnternet istifadəçilərini toplayan ölkənin informasiya texnologiyaları sahəsində ilin əsas hadisəsidir.
Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimlərini üzə çıxaran və dəyərləndirən, NETTY mükafatı bir-neçə il ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir adını qazandı.

Dünən Gənc Tamaşaçılar Teatrında keçirilmiş tədbirdə bir sıra internet layihələri rəhbərləri ilə yanaşı, Rabitə və informasiya Naziri Əli Abbasov cənabları və bir sıra nüfuzlu şəxslər də iştirak edirdilər. Yüksək səviyyədə təşkil olunmuş tədbirdə müxtəlif nominasiyalarda çıxış edən internet layihələrinin tutduğu yerlər açıqlanmışdır. Ən yaxşı servis saytı nominasiyasında çıxış edən autobaku.az saytı bu nominasiya üzrə qalib elan edilmişdir. Kubok və hədiyyələrlə təltif edilən autobaku.az saytının layihə rəhbəri Fərhad Sadıxov bu mükafatı komandanın gərgin əməyi sayəsində aldıqlarını bildirmişdir. Avtomobillərin alışı və satışı sahəsində alıcı və satıcılara yaxından kömək edən, eləcə də bir-birindən maraqlı avtomobil xəbərləri ilə öz oxucularını daim bu sahə ilə bağlı informasiya ilə mütəmadi olaraq təmin edən sayt bu mükafata həqiqətən də layiq olduğunu bir daha sübut etdi.

Saytın bütün əməkdaşları səsvermiş münsiflər heyətinə və bütün ziyarətçi kütləsinə dərin təşəkkürlərini bildirir.

Bu münasibətlə, saytın bütün ziyarətçi auditoriyasına yaxın zamanlarda təqdim edəcəyi bir sürpriz də var…

www.autobaku.az
Paylaş :

Texnologiya →  #NETTY2010 Qalibləri (3-cü yenilənmə) [foto]



Rəşad Əliyevin verdiyi məlumatlara əsasən Netty qalibləri:

Dövlət saytı:
www.tqdk.gov.az

Korporativ sayt:
demirbank.az/

Elm və təhsil:
www.bala.az

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  NETTY2010 Nominantları bəlli oldu - yeniləndi #2


Netty-də ilkin səsvermə sona çatdı. Nominantlar saytda açıqlandı.

Dövlət saytı:
www.fhn.gov.az
aze.embrus-az.com
sheki-ih.gov.az
www.tqdk.gov.az

Korporativ sayt:
jale.az
www.alinino.az
www.demirbank.az


( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  #NETTY2010 Azərbaycan Milli İnternet Mükafatının virtual jürisi nominantların seçiminə başladı


Press-reliz: 28 aprel tarixində NETTY2010 Azərbaycan Milli İnternet Mükafatın virtual jürisinin səsverməsi başlandı. Jürinin səsverməsi 7 may tarixinədək davam edəcək, bu səsvermə nəticəsində mükafatın nominantları müəyyən ediləcək. Xatırladaq ki, səsvermədə yalnız qabaqcadan qeydiyyatdan keçmiş virtual jürinin üzvləri iştirak edə bilər. Qeydiyyatın son mərhələsinə başa çatma zamanı, müsabiqədə iştirak etmək üçün 540 veb-layihə ərizə vermişdir, onlardan 430 çox milli sayt iştiraka buraxılmışdır. Jüridə iştirak etmək üçün 180 istifadəçiyə icazə verilmişdir. Virtual jürinin vəzifəsi — qiymətləndirməni aparmaq və hər 12 müsabiqə kateqoriyasında 3 nominant müəyyən etməkdir.


( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 28 апреля 2010, 13:05
  • Weboxu
  • 4

İnternet →  NETTY2010 virtual jüri səsverməsinin başlanmasına hazırlaşır


Press-reliz: NETTY2010 Azərbaycan Milli İnternet Mükafatının iştirakçılarının və virtual jüri üzvlərinin qeydiyyat prosedurlarının başa çatmasına bir həftədən az qalıb. Müsabiqənin keçirilmə qrafikinə uyğun olaraq 28 aprel tarixində mükafatın birinci mərhələsi başa çatacaq və “Virtual jüri”nin səsverməsi başlanacaq. Jürinin səsverməsi 7 may tarixinədək davam edəcək və onun nəticəsində mükafatın nominantları müəyyən ediləcək. Hər nominasiya üzrə qalibi “NETTY Akademiyası” müəyyən edəcək. Qaliblərin adları 17 may tarixində keçirilən təntənəli mükafatlandırma mərasimində çəkiləcək. Mərasimdə mükafatın bütün nominantları iştirak edir.


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 20 апреля 2010, 13:54
  • Weboxu
  • 1

Texnologiya →  BakuTel NETTY2010-nun yeni partnyorudur

Press-reliz: NETTY 2010 Milli İnternet Mükafatının keçirilməsini dəstəkləyən partnyorlar sayının genişlənməsi davam edir. Regionda ən böyük telekommunikasiya və informasiya texnologiyaları sərgisi olan BakuTel müsabiqəyə qoşuldu. Sərgi “İlin İT-hadisəsi” müsabiqədən kənar nominasiya üzrə mükafatın partnyoru oldu. Bu nominasiyada Akademiya tərəfindən seçilən müsabiqənin qalibi BakuTelin təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq.

Qeyd etməliyik ki, Bakutel 16 il fəaliyyət dövrü ərzində İnformasiya-Kommunikasiya Texnologiyalarının illik sammitinə çevrilib və onun vasitəsilə ildən ilə İKT bazarına yeni texnologiyalar və avadanlıqlar tətbiq olunur, möhkəm əlaqələr qurulur, yeni şirkətlər yaradılır.

Əlavə olaraq bildiririk ki, “İlin İT-hadisəsi” nominasiyasında layihəni təqdim etmək üçün www.netty.az saytında xüsusi forma vasitəsilə və ya info@netty.az ünvanına məktub yazmaqla həyata keçirmək olar. Həmçinin ərizənin təqdim edilməsi sosial şəbəkələr və ya forum vasitəsilə həyata keçirmək olar www5.disput.az/index.php?showtopic=180792.

NETTY2010 dəstəyə görə öz təşəkkürünü bildirir və maraqlı olan bütün tərəfləri layihədə iştirak etməyə və nominasiya iştirakçılarını dəstəkləməyə çağırır. Müsabiqənin cari nominasiyaları və onların partnyorları barədə bu ünvanda www.netty.az/az/nominations.shtml məlumat ala bilərsiniz. İştirak etməyə dəvət edirik.
Paylaş :
  • 0
  • 8 апреля 2010, 14:51
  • Weboxu
  • 7

İnternet →  NETTY2010-da iştirak etmək üçün ərizələrin qəbulu 28 aprel tarixində başa çatacaq


Press-reliz: NETTY2010 Azərbaycan Milli İnternet Mükafatında iştirak etmək üçün ərizələrin qəbulu 28 aprel tarixinədək davam edəcək. Bu tarixdə saytların və virtual jüri üzvlərinin yığımı qəbulu tam şəkildə sona yetəcək. Hal-hazırda iştirak etmək məqsədilə 400 veb-layihə öz ərizələrini təqdim edib, onlardan 310 milli sayt müsabiqədə iştirakını davam etməyə buraxılıb. 100 istifadəçi jüridə iştirak etməyə hüququnu qazanıb.

Bu anda layihələrin çoxu iştirakçıların təxminən bərabər sayı ilə “Elm və Təhsil”, “İnformasiya və xəbərlər”, “Servis-saytlar” və “Əyləncə” nominasiyalarında qeydiyyata alınıb, iştirakçıların sayı ən az olan nominasiya isə hələlik “Dövlət saytı”dır.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 5 апреля 2010, 13:16
  • Weboxu
  • 4