İnternet → #NETTY2010 Azərbaycan Milli İnternet Mükafatının virtual jürisi nominantların seçiminə başladı

Press-reliz: 28 aprel tarixində Azərbaycan Milli İnternet Mükafatın virtual jürisinin səsverməsi başlandı. Jürinin səsverməsi 7 may tarixinədək davam edəcək, bu səsvermə nəticəsində mükafatın nominantları müəyyən ediləcək. Xatırladaq ki, səsvermədə yalnız qabaqcadan qeydiyyatdan keçmiş virtual jürinin üzvləri iştirak edə bilər. Qeydiyyatın son mərhələsinə başa çatma zamanı, müsabiqədə iştirak etmək üçün 540 veb-layihə ərizə vermişdir, onlardan 430 çox milli sayt iştiraka buraxılmışdır. Jüridə iştirak etmək üçün 180 istifadəçiyə icazə verilmişdir. Virtual jürinin vəzifəsi — qiymətləndirməni aparmaq və hər 12 müsabiqə kateqoriyasında 3 nominant müəyyən etməkdir.
( Ətraflı oxuyun )
- +3
- 28 апреля 2010, 13:05
- 4
İnternet → NETTY2010 virtual jüri səsverməsinin başlanmasına hazırlaşır

Press-reliz: NETTY2010 Azərbaycan Milli İnternet Mükafatının iştirakçılarının və virtual jüri üzvlərinin qeydiyyat prosedurlarının başa çatmasına bir həftədən az qalıb. Müsabiqənin keçirilmə qrafikinə uyğun olaraq 28 aprel tarixində mükafatın birinci mərhələsi başa çatacaq və “Virtual jüri”nin səsverməsi başlanacaq. Jürinin səsverməsi 7 may tarixinədək davam edəcək və onun nəticəsində mükafatın nominantları müəyyən ediləcək. Hər nominasiya üzrə qalibi “NETTY Akademiyası” müəyyən edəcək. Qaliblərin adları 17 may tarixində keçirilən təntənəli mükafatlandırma mərasimində çəkiləcək. Mərasimdə mükafatın bütün nominantları iştirak edir.
( Ətraflı oxuyun )
- +1
- 20 апреля 2010, 13:54
- 1
Texnologiya → BakuTel NETTY2010-nun yeni partnyorudur
Press-reliz: NETTY 2010 Milli İnternet Mükafatının keçirilməsini dəstəkləyən partnyorlar sayının genişlənməsi davam edir. Regionda ən böyük telekommunikasiya və informasiya texnologiyaları sərgisi olan BakuTel müsabiqəyə qoşuldu. Sərgi “İlin İT-hadisəsi” müsabiqədən kənar nominasiya üzrə mükafatın partnyoru oldu. Bu nominasiyada Akademiya tərəfindən seçilən müsabiqənin qalibi BakuTelin təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq. Qeyd etməliyik ki, Bakutel 16 il fəaliyyət dövrü ərzində İnformasiya-Kommunikasiya Texnologiyalarının illik sammitinə çevrilib və onun vasitəsilə ildən ilə İKT bazarına yeni texnologiyalar və avadanlıqlar tətbiq olunur, möhkəm əlaqələr qurulur, yeni şirkətlər yaradılır.
Əlavə olaraq bildiririk ki, “İlin İT-hadisəsi” nominasiyasında layihəni təqdim etmək üçün saytında xüsusi forma vasitəsilə və ya info@netty.az ünvanına məktub yazmaqla həyata keçirmək olar. Həmçinin ərizənin təqdim edilməsi sosial şəbəkələr və ya forum vasitəsilə həyata keçirmək olar
NETTY2010 dəstəyə görə öz təşəkkürünü bildirir və maraqlı olan bütün tərəfləri layihədə iştirak etməyə və nominasiya iştirakçılarını dəstəkləməyə çağırır. Müsabiqənin cari nominasiyaları və onların partnyorları barədə bu ünvanda məlumat ala bilərsiniz. İştirak etməyə dəvət edirik.
- 0
- 8 апреля 2010, 14:51
- 7
İnternet → NETTY2010-da iştirak etmək üçün ərizələrin qəbulu 28 aprel tarixində başa çatacaq

Press-reliz: NETTY2010 Azərbaycan Milli İnternet Mükafatında iştirak etmək üçün ərizələrin qəbulu 28 aprel tarixinədək davam edəcək. Bu tarixdə saytların və virtual jüri üzvlərinin yığımı qəbulu tam şəkildə sona yetəcək. Hal-hazırda iştirak etmək məqsədilə 400 veb-layihə öz ərizələrini təqdim edib, onlardan 310 milli sayt müsabiqədə iştirakını davam etməyə buraxılıb. 100 istifadəçi jüridə iştirak etməyə hüququnu qazanıb.
Bu anda layihələrin çoxu iştirakçıların təxminən bərabər sayı ilə “Elm və Təhsil”, “İnformasiya və xəbərlər”, “Servis-saytlar” və “Əyləncə” nominasiyalarında qeydiyyata alınıb, iştirakçıların sayı ən az olan nominasiya isə hələlik “Dövlət saytı”dır.
( Ətraflı oxuyun )
- 0
- 5 апреля 2010, 13:16
- 4
Texnologiya → NETTY2010 mükafatı çərçivəsində “İlin İT-hadisəsi” müəyyən ediləcək

Press-reliz: NETTY 2010 Milli İnternet Mükafatının Təşkilat Komitəsi müsabiqə çərçivəsində keçirilən “İlin İT-hadisəsi” nominasiyasında şirkət və təşkilatları iştirak etməyə dəvət edir. Nominasiyanın əsas məqsədi Azərbaycanın informasiya texnologiyalarının inkişafında əhəmiyyət kəsb edən layihələri aşkar etməkdir. Layihəni ünvanında qeydiyyatdan keçirtmək olar.
Azərbaycanda və onun xaricində informasiya texnologiyaların inkişafına yönəldilmiş hər bir layihə mükafata iddia edə bilər (saytlar sözügedən nominasiyada iştirak edə bilməz).
( Ətraflı oxuyun )
- 0
- 16 марта 2010, 10:41
- 5
Texnologiya → NETTY 2010 Milli İnternet Mükafatın partnyorlarının sayı artır

Press-reliz: NETTY 2010 Milli İnternet Mükafatının keçirilməsini dəstəkləyən partnyorlar sayının genişlənməsi davam edir. Ölkənin iri İT-şirkətlərindən biri ULTRA “Elm və Təhsil” nominasiyasında Mükafatın partnyoru olmaq niyyətini bildirdi. Bu nominasiyada bütün nominantlar və mükafatın qalibi şirkəti tərəfindən mükafatlandırılacaq. Qeyd etməliyik ki, şirkət ənənəvi olaraq elm və təhsil sahələrinə yönəldilmiş bütün təşəbbüsləri dəstəkləyir, ULTRA elm və təhsil sahələri üçün müxtəlif növ İT-layihələrin həyata keçirilməsi üzrə tanınmış liderdir.
( Ətraflı oxuyun )
- +1
- 11 марта 2010, 13:52
- 1
İnternet → NETTY 2010 Milli İnternet mükafatında iştirak etmək üçün ərizələrin qəbulu başlanıb
Press-reliz: 5 mart 2010-cu il tarixində “Novosti beynəlxalq mətbuat mərkəzində” NETTY 2010 Azərbaycan Milli İnternet mükafatının yeni mərhələsinin başlanması haqqında elan olundu. Müsabiqənin Təşkilat komitəsinin nümayəndəsi Qaçayev Ramilin sözlərinə əsasən müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyat, 5 mart tarixindən başlayaraq 28 aprel tarixinədək aparılacaq. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü hər qeydiyyatdan keçmiş, müsabiqənin qaydaları ilə razılaşan və Təşkilat Komitəsi tərəfindən bəyənilən -ın istifadəçisi ola bilər. 28 aprel tarixindən 7 may tarixinədək virtual jürinin səsverməsi keçiriləcək və bu səsvermə nəticəsində mükafatın nominantları elən ediləcək. Jürinin hər bir üzvü Mükafat boyunca bir səs hüququna malikdir və səsi qeydə alınması üçün hər bir nominasiyada səs verməyə borcludur. Hər təqdim edilmiş kateqoriyada üç nominant müəyyən edilir.
( Ətraflı oxuyun )
- 0
- 5 марта 2010, 14:31
- 5
Oxatan → 6-cı NETTY internet mükafatı - yeni və ənənəvi

Mən bloggerliyə bəri hələki bu haqqında bir xoş söz yaza bilməmişəm. Bilmirəm 2010-da bu tendensiya dəyişəcək ya yox. Amma onu bilirəm ki, may ayına qədər internetdə və bloglarda müəyyən qədər canlanma olacaq. Netty`ni alacağıq əlimizə, dolayacağıq qolumuza, haqqında o ki var yazacağıq. Gah ağına, gah da qarasına.
Yaxşısı ilə pisi ilə Netty ən qocaman internet mükafatıdır. Hər zaman Rus dilli olması qabarıq görsənirdi. Bu il qaydaları oxuyanda Azərbaycan dilinə üstünlük verəcəkləri haqqında bəndlər qarşıma çıxdı. Ən azından bu müsbət cəhətdir amma görək bu praktikada özünü necə doğruldacaqdı. Bunu zamanla görəcəyik.
Saytlarında da müsbət dəyişikliklər var. Yeni texnologiyalara inteqrasiya nəzərə çarpır. Yaxşılığa doğru dəyişim var. Ən azından bu il mükafat başlayanda bir-iki xoş söz deməyə şərait yarandısa bu da uğurdur.
Ancaq hələ də ənənəvilik var. Hansıki bu ənənəni heç bəyənmirəm. Həmişə də bunu tənqid etmişəm. Bilmirəm bu qüsurlar nə vaxt düzələcək.
( Ətraflı oxuyun )
- +1
- 5 марта 2010, 12:59
- 21
Qwerty.az →
Netty gəlir...
Fevral ayından başlayaraq, Netty öz növbəti müsabiqəsinə start verir. Bu barədə 1news-a məlumatı, təşkilat komitəsinin sədri Ruslan Novruzov verib.
Onun sözlərinə görə, Netty akademiyası ənənəvi olaraq səsverməyə may ayında start verəcək, elə ondada mükafatın lauriyatları təqdim ediləcək
- 0
- 13 января 2010, 13:31
- şərh yaz
Oxatan →
2009`da baş vermiş IT hadisələr.
009-cu ili arxada qoyuruq artıq. Bundan əvvəlki illərə nisbətən cari ildə, haqqında yazmalı, müzakirə eləməli kifayət qədər hadisələr oldu. Məndə fikirləşdim ki, tədbirlərin, hadisələrin çox qısa olaraq – xülasə şəklində qeydini aparım.
- 0
- 27 декабря 2009, 02:20
- şərh yaz



