İnternet →  NETTY 2011 başa çatdı


Netty 2011-in təqdimat mərasimi bu gün keçirildi.
Aşağıdakı saytlar qalib gəldi:

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  NETTY-də virtual münsiflər heyətinin səsverməsinə start verildi.

Press-reliz: NETTY Milli İnternet Mükafatının keçirilməsi çərçivəsində müsabiqənin virtual münsiflər heyətinin səsverməsinə start verildi. İctimai jürinin ümumilikdə 145 nəfərdən çox üzvü müsabiqənin 12 nominasiyasında səsvermə prosesinə başlayıb. Münsiflər heyətinin səsverməsi mayın 14-dək davam edəcək, nəticələri üzrə isə mükafatın nominantları müəyyən olunacaq. Xatırladaq ki, səsvermədə yalnız əvvəlcədən qeydiyyatdan keçən Virtual Jüri üzvləri iştirak edə bilər. Qeydiyyat mərhələsi bitənədək 420 veb-layihə müsabiqədə iştirak etmək üçün ərizə vermişdir. Onlardan 280-dan çox milli sayt iştirak üçün buraxılmışdır. Münsiflər heyətində iştirak etmək üçün 145 nəfərdən çox istifadəçi buraxılmışdır. Virtual Jürinin məqsədi qiymətləndirməni həyata keçirib, hər bir kateqoriyada üç nominant müəyyən etməkdir. Qeyd etmək lazımdır ki, münsiflər heyətinin üzvü səsinin qəbul olunması üçün hər bir nominasiyada səs verməlidir. Nominasiyaların qaliblərini NETTY Akademiyası müəyyən edəcək. Qaliblərin adları mükafatın təqdim edilməsi mərasimində elan olunacaq. Mərasimdə bütün nominantar, akademiklər və dəvət olunmuş qonaqlar iştirak edəcəklər.

Mənbə:
Paylaş :

İnternet →  NETTY 2011 başladı


Press-reliz: 31 mart 2011-ci il tarixində Azərbaycanda NETTY 2011 Milli İnternet mükafatının yeni mərhələnin başlanması barədə elan edilmişdir. 2011-ci ildə Netty mükafatı yeddinci dəfədir ki, keçirilir və mükafatın keçirilmə şərtlərinə uyğun olaraq müsabiqə iştirakçıların və virtual jüri üzvlərinin qeydiyyatı yenidən başlandı. Müsabiqə 12 əsas və 2 əlavə nominasiyalar üzrə ən yaxşılarını müəyyən edəcək. Müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyat, cari ilin 31 mart tarixindən başlayaraq 7 may tarixinədək aparılacaq. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü hər qeydiyyatdan keçmiş, müsabiqənin qaydaları ilə razılaşan və Təşkilat Komitəsi tərəfindən bəyənilən www.netty.az -ın istifadəçisi ola bilər.

( Ətraflı oxuyun )
Paylaş :

Weboxu →  Weboxu 2010 istifadəçi seçimlərinin nəticələri


2011 başlayanda Weboxu-nun oxucuları üçün, bir səsvermə başlatdıq. Bu tip səsvermələr internetdə ənənəvidir və müxtəlif resurslar öz oxucularının ötən il nələri bəyəndiyini beləcə təyin edir.

Biz də ayın birindən seçimlərə başladıq. Seçim əvvəli müzakirələr zamanı namizədlər qərarlaşdırıldı və səsvermə başladı. 4 nominasiyada aparılan səsvermələr dünən axşam etibarı ilə başa çatdı. Gecə 24.00-da screen aldım. Onun əsasında da sıralamanı edəcəm. Gecikmə üçün əvvəlcədən üzrlər. Xüsusi səhifənin hazırlanması obyektiv səbəblərə görə bir qədər yubanır. Onu gözləməmək üçün blog postunu yazıram.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 14 января 2011, 00:00
  • Shaig
  • 3

Təhlil →  2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?


2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi (İTinternet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 1 января 2011, 17:51
  • Shaig
  • 5

Oxatan →  NETTY2010 - nəzərə çarpan maraqlı faktlar


Bu haqda əslində çox yazmağıma ehtiyac yoxdur. Çünki dəyişən heç nə yoxdur. 2008-ci ildən mən blog yazmağa başlayandan bəri hər il eyni sözləri, nöqsanları deyirəm onsuzda. Oxatandan arxivi qarışıdırb yazıları tapmaq olar. Ona görə bu il Netty haqqında uzun-uzadı yazmaq fikrində deyiləm. Sadəcə bəzi şərhlər etmək istəyirəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 18 мая 2010, 13:48
  • Shaig
  • 8

Texnologiya →  #NETTY2010 Qalibləri (3-cü yenilənmə) [foto]



Rəşad Əliyevin verdiyi məlumatlara əsasən Netty qalibləri:

Dövlət saytı:
www.tqdk.gov.az

Korporativ sayt:
demirbank.az/

Elm və təhsil:
www.bala.az

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  NETTY2010 Nominantları bəlli oldu - yeniləndi #2


Netty-də ilkin səsvermə sona çatdı. Nominantlar saytda açıqlandı.

Dövlət saytı:
www.fhn.gov.az
aze.embrus-az.com
sheki-ih.gov.az
www.tqdk.gov.az

Korporativ sayt:
jale.az
www.alinino.az
www.demirbank.az


( Ətraflı oxuyun )
Paylaş :

Blog: Baku →  Netty-dən danışaq?


İştiraka qəbul edilmiş 437 sayt. Çox «maraqlı» gəldi, bu nə saytlardır belə. Elə bölmələrlə gəzək. Dövlət saytları — normaldır. Korporativ saytlar — Merkezi, dizayni, topladiq. Başqalarını bilmirəm ancaq mənim gözümə belə şeylər həmişə ilişir və çox vaxt buna yazanın komputerdə dil dəyişmək tənbəlliyi kimi görürəm. Belə sözlərə yəqin çox rast gələcəm. Elm və təhsil, Mədəniyyət və incəsənət — aha, eyni səhvlər. Üstəlik biri mənə başa sala bilər «Kurtlar Vadisi Pusu»nun mədəniyyətə vəya incəsənətə nə dəxli var?)) İnformasiya və xəbərlər, Servis-saytlar — maps.az Bilmirəm bu xəritəni hardan tapıblar və neçənci ilindir, ancaq orda olan səhvləri saymağa başlasaq səhər olar yəqin. Nəysə keçdik. Çatdıq ən əsas bölməyə. Sözün düzü elə bu yazının səbəbinə. "Əyləncə" — ən maraqlısı indi olacaq :)


( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 29 апреля 2010, 01:13
  • Baku
  • 46

İnternet →  #NETTY2010 Azərbaycan Milli İnternet Mükafatının virtual jürisi nominantların seçiminə başladı


Press-reliz: 28 aprel tarixində NETTY2010 Azərbaycan Milli İnternet Mükafatın virtual jürisinin səsverməsi başlandı. Jürinin səsverməsi 7 may tarixinədək davam edəcək, bu səsvermə nəticəsində mükafatın nominantları müəyyən ediləcək. Xatırladaq ki, səsvermədə yalnız qabaqcadan qeydiyyatdan keçmiş virtual jürinin üzvləri iştirak edə bilər. Qeydiyyatın son mərhələsinə başa çatma zamanı, müsabiqədə iştirak etmək üçün 540 veb-layihə ərizə vermişdir, onlardan 430 çox milli sayt iştiraka buraxılmışdır. Jüridə iştirak etmək üçün 180 istifadəçiyə icazə verilmişdir. Virtual jürinin vəzifəsi — qiymətləndirməni aparmaq və hər 12 müsabiqə kateqoriyasında 3 nominant müəyyən etməkdir.


( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 28 апреля 2010, 13:05
  • Weboxu
  • 4