Texnologiya → "Naxçıvan Regional innovasiya zonası üçün ən uyğun məkandır"

Press-reliz: Naxçıvan MR informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşan Regional innovasiya zonasının yaradılması üçün ən uyğun məkandır. Bu haqda İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bəyan etdi. Onun sözlərinə görə, Naxçıvan MR-nın geoiqtisadi mövqeyi Azərbaycanın məhz bu regionunda innovasiya zonasının yaradılması üçün müsbət amildir. Bundan əlavə, Naxçıvanda iqtisadi fəallığın stimullaşdırılması Regionların İnkişafı üzrə Dövlət Proqramına tam uyğundur.
F.Kazımov əmindir ki, muxtar respublikanın rəhbərliyi bu təşəbbüsü dəstəkləyəcək, çünki “regional innovasiya zonası” layihəsinin həyata keçirilməsi sərmayələrin cəlb olunmasına, yeni iş yerlərinin açılmasına səbəb olacaq və sözügedən regionda intellektual insani resursların formalaşmasına güclü təkan verəcək. Onun sözlərinə görə, innovasiya zonasının ən dəyərli resursu olan insan “yeni iqtisadiyyat” üçün zəmin yaradır. Ona görə də, innovasiya zonasının yaradılması Naxçıvanda gənc nəslin təhsilə marağın artması üçün stimul olacaq.
F. Kazımov ümid etdi ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi digər variantlarla yanaşı Naxçıvan ərazisində ilk regional innovasiya zonasının yaradılması imkanını da nəzərdən keçirəcək.
- 0
- 1 сентября 2010, 13:34
- şərh yaz
Bakcell → “Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib
Azərbaycanın birinci mobil rabitə operatoru “Bakcell” şirkəti ölkə infrastrukturuna sərmayə yatırmağa davam edir.Şirkətin baş ofisindən verilən məlumata görə, bu il “Bakcell” şəbəkə dairəsinin kütləvi olaraq genişləndirilməsinə və müasirləşdirilməsinə başlayıb. Bu layihənin çərçivəsində “Bakcell” Naxçıvan Muxtar Respublikasında da əhatə dairəsini əsaslı şəkildə genişləndirib. Bu il ərzində “Bakcell” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikasında 22 yeni baza stansiya quraşdırılıb və istifadəyə verilib, nəticədə MR-də mövcud olan stansiyaların ümumi sayı 42-yə çatıb. Bu şəbəkə genişləndirilməsinin nəticəsi olaraq “Bakcell” Muxtar Respublikanın əsas nəqliyyat arteriyalarını əhatə etməyə başlayıb. Hazırda “Bakcell”in əhatə dairəsinə Sədərək, Şahbuz, Culfa, Badamlı, Sirab, Babək, Ordubad və bir sıra digər rayonlar daxildir.
Bundan başqa, “Bakcell” şəbəkəsinin əhatə dairəsinə daxil olan Naxçıvan MR-in ərazisində EDGE-sürətli internet texnologiyasından istifadə etmək mümkün olacaq. Naxçıvan MR ərazisində şəbəkə dairəsinin və platformaların genişləndirilməsi prosesi 2010-cu ildə də davam edəcək.
“Bakcell” Azərbaycan mobil rabitə bazarında 1994-cü ildən etibarən fəaliyyət göstərir. Hazırda mobil rabitə operatoru Azərbaycan ərazisinin 80%-dən çox hissəsini əhatə edir və 2 milyona yaxın abunəçiyə xidmət göstərir.
- +1
- 14 октября 2009, 20:42
- 2



