Azerfon → Azerfon media nümayəndələrinə 3G xidmətlərini tanıdıb

Qeyd: Azerfonun Press-relizidir. 3G bu gün-sabah təqdim ediləcək deyirlər. Ancaq Azerfon 3G`yə aid bir logoları, banner, şəkil yoxdu.
9 Dekabr 2009-cu il tarixində Hyatt Regency otelində “Azerfon” şirkətinin təşəbbüsü ilə yaxın günlərdə Azərbaycanda 3G (üçüncü nəsil) texnologiyasına əsaslanan xidmətlərinin tətbiqinə dair Dəyirmi masa keçirilmişdir.
3G texnologiyası üzrə bir çox ekspertlərin və media nümayəndələrin iştirak etdiyi tədbirdə Azerfon şirkətinin tətbiqinə hazırlaşdığı “İnnovativ xidmətlərin əhaliyə əhəmiyyəti” mövzusunda geniş müzakirə olunmuşdu.
( Ətraflı oxuyun )
- 0
- 9 декабря 2009, 14:59
- 2
Azerfon → Nar Mobile Xoş Bazar Günləri kampaniyasına start verdi!
Abunəçilərin öz yaxınları ilə ünsiyyətini daha da xoş və rahat etmək üçün, Nar Mobile unikal təklifləri təqdim etməkdədir.
Xoş Bazar Günləri kampaniyasından yararlanaraq Nar Mobile abunəçiləri dekabr ayının danışıqlarına görə yanvar ayının bazar günlələrində pulsuz danışıq dəqiqələri əldə edəcəklər.
Kampaniyaya əsasən dekabr ayında ölkə daxilində bütün istiqamətlərə edilən zənglərin hər dəqiqəsinin əvəzinə abunəçilər yanvar ayının hər bazar günü səhər saat 08:00-dan gecə saat 23:59-a kimi Nar Mobile şəbəkəsi daxilində istifadə üçün bir dəqiqə alacaqlar.
Kampaniyada öncədən ödəniş tarif planından istifadə edən bütün Nar Mobile abunəçiləri iştirak edə bilər. Xoş Bazar Günləri kampaniyasında iştirak etmək üçün dekabr ayının sonunadək 777 qısa nömrəsinə “Narim” yazaraq SMS göndərmək kifayətdir.
Xoş Bazar Günləri kampaniyası üzrə bonusların miqdarı barədə məlumat almaq üçün *777#20#YES şifrəsini yığmaq lazımdır.

- 7 декабря 2009, 21:05
- şərh yaz
Azerfon → “Azerfon” MMC–yə 3G xidmətlərinin göstərilməsi üçün lisenziya verilmişdir
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azerfon” şirkətinə 3G texnologiyasına əsaslanan xidmətlərin ölkə ərazisi boyunca tətbiqi üçün müvafiq lisenziyanı təqdim etmişdir. “Üçüncü nəsil” şəbəkəsi istifadəyə verildikdən sonra “Azerfon” şirkətinin abunəçiləri məlumatların yüksəksürətli ötürülməsi, video-telefoniya, daha da keyfiyyətli səs ötürülməsi kimi xidmətlərdən yararlana biləcəklər.
( Ətraflı oxuyun )
- 0
- 2 декабря 2009, 17:31
- şərh yaz
Parketinq →
Nar Mobile və Bakcell şirkətləri Azərbaycanın ərazi bütövlüyünü tanımırlar
Adəti üzrə, Zerkalo qəzetinin şənbə buraxılışını (31 oktyabr 2009 tarixli) alıram və yolda gedə-gedə səhifələyirəm.
- 0
- 4 ноября 2009, 09:13
- şərh yaz
Texnologiya → 3G`nin nümayişi "Bakutel 2009"da olacaq

Azerfon istifadəçilər üçün yeni imkanlar yaradan3G texnologiyasını nümayiş etdirəcək
Telekommunikasiya sərgisində iştirak edən Azerfon MMC qabaqcıl mobil rabitə xidmətlərindən istifadə edərək abunəçilər üçün tamamilə yeni imkanlar yaradan 3G texnologiyalı bir çox innovasyon məhsulları nümayiş etdirəcəkdir.
( Ətraflı oxuyun )
- 0
- 3 ноября 2009, 15:49
- şərh yaz
Azerfon → 2009-cu ilin oktyabr ayında Nar Mobile, 11 GPRS rominq sazişləri bağlayıb.
Son rominq razılaşmaları Nar Mobile ilə Litva və Latviyanın Bite, Pakistanın PTML (Ufone), Hindistanın MTNL və Idea, Monteneqronun M:tel, Finlandiyanın Alands Finland və Finner Networks ltd/DNA, İsrailin Partner, Çinin China Unicom, İslandiyanın Nova ehf və Rusiyanın SMARTS mobil operatorları oldu. Hal-Hazırda Nar Mobile abunəçiləri 62 ölkədə 107 GPRS rominq sazişlərindən yararlana bilərlər.
- 0
- 30 октября 2009, 13:49
- şərh yaz
Azerfon → Nar Mobile bütün ölkə ərazisində mobil şəbəkəsinin genişləndirilməsini fəal şəkildə davam etdirir
Press Reliz
26.10.2009-cu il tarixində Nar Mobile növbəti baza stansiyalarının quraşdırıldığını elan etdi.
Şirkət bütün ölkə ərazisində 11 yeni baza stansiyasının istismara buraxılmasına dair bəyanat verib.
Oktyabr ayında quraşdırılmış yeni stansiyalar Bakı şəhəri (2), Quba (1), Qusar (5) və Xaçmaz (3) rayonlarının ərazisində istifadəyə verilib.

- 26 октября 2009, 20:23
- şərh yaz