Təhlil →  Nar Mobile-ın yeni rəngləri (?!)


Son zamanlarda Nar Mobile-ın yeni reklamlarını ənənəvi rəngdə görmürəm. Azercell ilə bənzər korporativ rənglərdə olan Nar Mobile-ın son zamanlarda daha fərqli rənglərdən istifadə etməyi diqqətimi çəkir.
Bunu necə şərh etmək olar deyə bilmərəm — Azercell ilə rəng müharibəsində məğlub olaraq geri çəkilmək yoxsa yeni qan axtarışı.
Azercell və Bakcell-in 3G-ni xüsusi formada tanıtmağa başlayandan sonra Nar Mobile-ın 3G-si bir xeyli kölgədə qaldı. Ona görə də adını Super 3G qoydular və buna aid xüsusi personaj da təqdim etdilər.
Nar-dakı yeni rəngləri hiss edəndən bəri, yeni rəngdə qarşıma çıxan visualları bir kənarda saxlamağa başlayırdım. Görürəmki artıq bir blog posta sığışacaq qədər yeni rəngdə visual var.

( Ətraflı oxuyun )
Paylaş :

İnteraktiv Marketinq →  Rekord sayda şərh toplamış yarışmanın qalibi

Facebook-da 1 statusda rekord sayda şərh toplamış yarışmanın qalibi müəyyənləşdi.
26 yaşlı Rəşad Mehdiyev Nar Mobile tərəfindən keçirilən yarışmanın qalibi oldu. Qalib 3G dəstəkli mobil telefonu qazandı. Xatırladaq ki, yarışın qaydalarına əsasən, Nar Mobile-ın rəsmi Facebook səhifəsinə daxil olub, sadəcə bir şərh yazaraq, 3G dəstəkli müasir telefon qazanmaq mümkün olub. Yarışmanın əsas şərti isə yazılan şərhin sonuncu olması və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamasıydı.
Nar Mobile hədiyyə konkursunun qalibi
Qalib isə özünün də dediyi kimi 7 gecə yuxusuz qalan, 11.981 şərh arasında cənab Rəşad Mehdiyev adlı istifadəçi olub. O, 04 yanvar 2012-ci il, saat 05.32 – 07.32 arasında qalib olmağı bacarıb.
Paylaş :

İnteraktiv Marketinq →  Facebook -da rekord sayda şərh yığmış Azərbaycan şirkəti

Bir statusda 6 mindən çox şərh yazılmağın səbəbi sən demə qeyri-adi viktorinadır.
Yarışın qaydalarına əsasən aşağıda göstərilən ünvana daxil olub sadəcə bir şərh yazıb 3G dəstəkli müasir telefon qazanmaq mümkündür. Bircə şərt var: yazılan şərh sonuncu olmalı və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamalıdır.

( Ətraflı oxuyun )
Paylaş :

Parketinq →  Nar Mobile-dən Limitsiz fırıldaq!

Nar Mobile - Limitsiz danış tarif planının reklamı

Son zamanlar Nar Mobile-da «Limitsiz» adı ilə bir neçə reklam kampaniyası keçirilib. Qərara gəldim ki, bu reklamları araşdırım. Əvvəlcə, «limit» sözünün mənasını aydın başa düşmək üçün Azərbaycan dilinin izahlı lüğətinə baxaq:
Limit — (lat. limites — sərhəd) Bir şeyi işlətmək, bir şeydən istifadə etmək üçün icazə verilən norma, miqdar; son hədd.

Demək «limitsiz» sözü də «sərhədsiz», «son hədsiz» deməkdir. Amma Nar Mobile-nin həmin kampaniyalarının hamısı hədlidir, özü də necə.

( Ətraflı oxuyun )
Paylaş :

Azerfon →  Nar Mobile saytını yeniləyib


Azərbaycanın həm sayca, həm də bazar payı ilə müqayisədə 3-cü GSM operatoru Azerfonun brendi olan Nar Mobile saytını yeniləyib. Əvvəlki ilə müqayisədə saytın yeni formasında irəliləyiş var. Belə əvvəlkinə baxmış yeni saytı bəyəndim. Xüsusən index-dəki slide-ın flashla yox, ajaxla olmağı xoş təsir bağışlayır. Saytda bir az daha fresh-lik var. Basdırıq deyil. Amma drop-down menu yaxşı alınmayıb. Belə bir az ətraflı incələyəndə xırda müəyyən düzəlişlərə ehtiyac olduğu da görülür.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 8 июля 2011, 00:40
  • Shaig
  • 3

Mobil Texnologiya →  3G mobil internetin sürəti üzrə monitorinqin yekunları


Press-reliz:
Azərbaycanda 3G mobil internet Böyük Britaniya ilə müqayisədə daha sürətlidir.
Azərbaycanda 3G texnologiyası ilə genişzolaqlı mobil internet Böyük Britaniya ilə müqayisədə orta hesabla daha sürətlidir. Bu haqda Simsiz Texnologiyalar Assosiasiyasının apardıgı monitorinqin yekunlarından bəlli olmuşdur. Monitorinq datakartlar vasitəsilə aparılmışdır.

Böyük Britaniyaının Ofcom təşkilatı tətəfindən aparılmış tədqiqata görə, həmin ölkədə genişzolaqlı internetin orta sürəti 1,5 mbit/s, ən yaxşı əhatə dairəsində isə 2,1 mbit/s olmuşdur. Araşdırma Böyük Britaniyada 3G texnologiyası əsasında xidmət göstərən “3”, “Orange”, “O2”, “Vodafone” və “T-Mobile” mobil operatorlarını əhatə etmişdir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 14 июня 2011, 11:15
  • Weboxu
  • 4

İnteraktiv Marketinq →  Sosial Media-da tizer reklamlar - növbəti Nar Mobile?

Son günlərdə yəqin ki, dəbdə olan «Tizer Reklamlar»la qarşılaşmısınız.
Əvvəl uzun bir müddət «Kimdəsə hələ yoxdur, bizdəsə artıq var!» reklamı getdi. Bu reklamın rəsmi şəkildə elanından qabaq artıq kimə aid olduğu bilinirdi — KFC. Sosial Media-da — Facebook, Twitter və s. bunun söz-söhbətləri gedirdi. Nəticə heç kimin yanılmadığını göstərdi.

Növbəti tizer reklamı Embawood-a aid oldu. Nə paketlenir? ( nepaketlenir.com/ ) konsepti ilə yola çıxdılar. Rəsmi şəkildə elan olunmamış yenə sosial media-da reklamın kimə aid olduğu bilindi.

İndi isə saytlara daxil olanda Filankəsov Filankəs tizer reklamı ilə qarşılaşırıq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 10 мая 2011, 13:46
  • Shaig
  • 20

Mobil Texnologiya →  Azercell vs Nar Mobile - virus fotolar


Son günlərdə deyəsən kontur-manat söhbətindən çox danışası olacağıq. Kontur məsələsi aktual olan vaxt Nar artıq uzun çəkən qış yuxusundan oyanıb, hesablamanının onlarda əvvəldən bəri manat/qəpik məsələsini xatırlatmasından bu yana arada mübarizələr başlayıb.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 30 апреля 2011, 01:07
  • Shaig
  • 2

Azercell →  Azercelldə kontur yığışır, tariflərin qiyməti daha aydın görünür.


Nəhayət konturlardan canımız qutarır. Mənim yadımda qaldığı qədər konturu elə Azercell mobil sahəyə gətirmişdi.
Bu gün həm marketing saytında, həm twitterdə bu haqda rəsmi məlumatlar gördüm.
Konturlarla qiymətlər hesablananda, hesabları idarə etmək çətin olurdu. Heç də hər kəs konturla danışanda dəqiqədə neçə qəpik ödədiyini bilmirdi. İndi bu kimi məsələlər daha aydın olacaq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 20 апреля 2011, 13:11
  • Shaig
  • 8

Azerfon →  Nar Mobile-dan Mobil TV xidməti yeniləndi

Press-reliz:İndi Nar Mobile abunəçiləri Mobil TV paketini aktivləşdirməklə 30 gün ərzində xidmətdən limitsiz istifadə edə bilərlər.

Limitsiz Mobil TV paketini sifariş etməklə abunəçilər birbaşa olaraq mobil telefondan istər yerli, istərsə də xarici kanalları istədikləri qədər seyr edə bilərlər.

Azərbaycanda ilk dəfə olaraq Nar Mobile-ın təqdim etdiyi Mobil TV xidmətindən yararlanmaqla abunəçilər mobil telefonlarından xəbər və idman verilişləri, həmçinin sevimli filmlərini izləyə bilərlər.

( Ətraflı oxuyun )
Paylaş :