Təhlil →  Zamanla ayaqlaşan texnologiya?


NT`nin saytına elədə tez-tez daxil olmuram. Olduqda isə elədə uzun vaxt keçirtmirəm. Ümumiyyətlə isə sayt Rus dilində açılır və elə həmin dildə də istifadə edirəm. Heç Azərbaycan dilinə klikləyib, istifadə etməmişdim. Bu yaxınlarda bir dostumun tövsiyyəsi ilə Azərbaycan versiyasına daxil olanda maraqlı bir paradoksla qarşılaşdım. Son yazılan xəbər 26.09.2005 tarixində idi. Xəbərin başlığı isə Network Technologies zamanla ayaqlaşır idi. Yəniki 5 il əvvəl yenilənən saytın/şirkətin zamanla ayaqlaşması böyük bir paradoksdur. Onsuzda bu sayt .AZ domainlərini qeydiyyata alan saytdır. Yenə Rus dilli versiyada son yenilənmə 2007-ci ildir. Amma Azərbaycan dilli versiyada bu lap 2005-ci ildir. Ümumiyyətlə Texnologiya şirkətinin saytlarının belə gec yenilənməsi yəqinki ancaq Azərbaycanda görünə bilər. Bir şirkətin ki biznesi internet üzərində qurulubdu və həmin şirkət öz biznesinə biganə yanaşırsa bu doğurdan təəccüblüdür. Mənə isə daha çox maraqlı gələn bu paradoks oldu.
Paylaş :
  • 0
  • 18 февраля 2010, 22:25
  • Shaig
  • 9

Oxatan →  Niyə, nöqtə az`ı online qeydiyyat edə bilmirəm?!

Bu nöqtə az domaini mənim heç barışmadığım domainlərdəndir. Düzdür həmin domainlərdə işlədiyim də olubdu, ancaq alıcısı heç vaxt mən olmamışam. Həmişə bu domaindən gen gəzirəm. Elə bu dəfəki oxumu da nöqtə az domaininə uzaqdan atacam. Yəni içəridə nə olur, nə olmur bilmirəm. Sadəcə bu yazdıqlarım mənimçün maraqlı haldır. Deməli hamımız bilirik ki, bu domainləri internetdən çox asan yolla qeydiyyatdan keçirtmək mümkündür. Əlimizin altında panelimiz istədiyimiz kimi idarə edirik. Bir .com domainini qeydiyyatdan keçirtmək ən çox halda15 dəqiqə vaxt alar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 14 февраля 2010, 12:35
  • Shaig
  • 23