İnternet → NETTY-də virtual münsiflər heyətinin səsverməsinə start verildi.
Press-reliz: NETTY Milli İnternet Mükafatının keçirilməsi çərçivəsində müsabiqənin virtual münsiflər heyətinin səsverməsinə start verildi. İctimai jürinin ümumilikdə 145 nəfərdən çox üzvü müsabiqənin 12 nominasiyasında səsvermə prosesinə başlayıb. Münsiflər heyətinin səsverməsi mayın 14-dək davam edəcək, nəticələri üzrə isə mükafatın nominantları müəyyən olunacaq. Xatırladaq ki, səsvermədə yalnız əvvəlcədən qeydiyyatdan keçən Virtual Jüri üzvləri iştirak edə bilər. Qeydiyyat mərhələsi bitənədək 420 veb-layihə müsabiqədə iştirak etmək üçün ərizə vermişdir. Onlardan 280-dan çox milli sayt iştirak üçün buraxılmışdır. Münsiflər heyətində iştirak etmək üçün 145 nəfərdən çox istifadəçi buraxılmışdır. Virtual Jürinin məqsədi qiymətləndirməni həyata keçirib, hər bir kateqoriyada üç nominant müəyyən etməkdir. Qeyd etmək lazımdır ki, münsiflər heyətinin üzvü səsinin qəbul olunması üçün hər bir nominasiyada səs verməlidir. Nominasiyaların qaliblərini NETTY Akademiyası müəyyən edəcək. Qaliblərin adları mükafatın təqdim edilməsi mərasimində elan olunacaq. Mərasimdə bütün nominantar, akademiklər və dəvət olunmuş qonaqlar iştirak edəcəklər.- 0
- 9 мая 2011, 17:37
- şərh yaz
İnternet → NETTY 2011 başladı

Press-reliz: 31 mart 2011-ci il tarixində Azərbaycanda NETTY 2011 Milli İnternet mükafatının yeni mərhələnin başlanması barədə elan edilmişdir. 2011-ci ildə Netty mükafatı yeddinci dəfədir ki, keçirilir və mükafatın keçirilmə şərtlərinə uyğun olaraq müsabiqə iştirakçıların və virtual jüri üzvlərinin qeydiyyatı yenidən başlandı. Müsabiqə 12 əsas və 2 əlavə nominasiyalar üzrə ən yaxşılarını müəyyən edəcək. Müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyat, cari ilin 31 mart tarixindən başlayaraq 7 may tarixinədək aparılacaq. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü hər qeydiyyatdan keçmiş, müsabiqənin qaydaları ilə razılaşan və Təşkilat Komitəsi tərəfindən bəyənilən -ın istifadəçisi ola bilər.
( Ətraflı oxuyun )
- 0
- 31 марта 2011, 14:45
- 16



