AİF →  Elektron xidmətlərin göstərilməsinə hazırlıq sahəsində problemlər var


Press-reliz: 04 noyabr 2011-ci il tarixdə Multimedia Mərkəzi tərəfindən “ Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər ” mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz mövzu ilə bağlı təqdimatla çıxış edib. O, ölkədə elektron hökumət quruculuğu və xüsusilə də elektron xidmətlərin göstərilməsinə hazırlıqla bağlı müəyyən işlərin güldüyünü vurğulayıb. Bununla belə o, Prezidentin Elektron xidmətlərin göstərilməsinin təşkili haqqında 23 may tarixli Sərəncamında nəzərdə tutulan bəzi mələlərlə bağlı hələlik ictimaiyyətə heç bir açıqlama verilmədiyini bildirib. Təqdimatda Mərkəzi icra orqanları tərəfindən hansı xidmətlərin təqdim edilməsi və onların sosial əhəmiyyətliliyi məsələsinə toxunulub. Ümumiyyətlə bütün dövlət və bələdiyyə xidmətlərinin qabacadan inventarizasiyasının aparılmasının vacibliyi vurğulanıb. Hər bir dövlət qurumunda elektron xidmətlərlə bağlı məsul şəxslər və strukturların yaradılmasının, konkret büdcə bəndinin müəyyən edilməsinin vacibliyi qeyd olunub. Elektron hökumətlə bağlı hazırda həyata keçirilən Dövlət layihəsində şəffaflıq və informasiya mühitinin yetərli olmadığı qeyd olunub. Bu Layihə çərçivəsində hansı işlərin görüləcəyi, Vətəndaş cəmiyyətinin və biznes strukturlarının bu Layihəyə hansı formada töhfə verə biləcəkləri aydın deyil. Vahid Portalın, onun strukturu və işləməsi qaydalarının da hələ də hazırlanmamağından narahatçılıq ifadə olunub. Elektron xidmətlərlə bağlı ayrıca Qanun Layihəsinin hazırlanmasının vacibliyi bildirilib.

( Ətraflı oxuyun )
Paylaş :