Blog: Amidos →  “MultiLingual Keyboard” – Android üçün çoxdilli klaviatura (Yeni versiya)

Android üçün çoxdilli klaviaturamızın yeni versiyası hazırdır. Yeni versiyanı çox bəyənəcəyinizə əminəm çünki bu versiyanı bütün Android cihazları (telefon vəya Tablet) dəstəkləyir, yeni dil seçimləri əlavə edilib və daxilində azərbaycan dili üçün lüğət mövcuddur hansi ki, sizə yazarkən söz seçimləri verərək yazmanı daha da rahatlaşdıracaqdır. Bütün cihazlar dəstəkləyir deyərək 100% söz vermirəm amma test etdiyimiz cihazların hamısında uğurla sınaqdan keçdi.


( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 20 декабря 2011, 10:38
  • Amidos
  • 1

Blog: Amidos →  “Multik” Android üçün çoxdilli klaviatura.

İki həftə öncə Şaiq ilə Android haqqında qısa söhbətdən sonra Azəri Keyboard yazmaq fikrinə düşdüm. Android SDK-nı araşdırdıqdan sonra keyboard yazmağın mümkün olduğunu gördüm. Androidin saytında developerlər üçün faydalı nümünələr var. Keyboard yazmaq istəyənlər bu nümünəyə mütləq baxsınlar. Bu nümunə mənə çöx kömək etdi.

Qısa zamanda tək azəri dilində olan keyboardı düzəltdim. Amma Androidin sistem fontu DroidSans "Ə" hərfini dəstəkləmədiyi üçün bu hərf nə klaviaturada nədə yazı yerlərində düzgün görsənmirdi. Ona görə də bu versiyanı paylaşmağa tələsmədim və bu yolda araşdırma apardım. "Ə" problemi və həll yolları haqqında ən sonda yazacam. Hələlik isə gələk əsas məsələyə…

«Multik» — Multi Language Keyboard deməkdir. Yani çox dilli klaviatura. Bu versiyada qərara aldım ki, tək Azəri hərfləri olan klaviatura istifadəçi üçün faydalı olmayacaq. Azəri istifadəçisinə belə, tez tez ingilis hərfləri və rus hərfləri lazım olur. Ona görə cox dilli klaviatura hazırlamaq daha məqsədə uyğundur. Bu versiyaya Azərbaycan, İngilis və Rus dilləri daxildir.

Applicationu yüklədikdən sonra Settings/Language&keyboard -a girin. Oradan «Multik»-i aktiv edin. Istəsəniz «Multik Settings»-ə girib mövcud parametrləri dəyişə bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 20 января 2011, 23:07
  • Amidos
  • 23