İnternet → Unibankın "Google adsense" qiyməti barədə açıqlaması

Xatırladaq ki, iyunun əvvəlində blogumuzda «Google Adsense» çeklərinin pula çevirmə haqqının qalxması ilə əlaqədar . Bankdan isə daha yeni bu məsələ ilə bağlı açıqlama verilib. Rəsmi Facebook səhifəsində açıqlama edən bank, qiymət artımının səbəbi barədə məlumat :
Google Adsens" üzrə yeni komissiya haqqlarımızdan naraza olanların nəzərinə çatdırırıq ki, Bank bu günə kimi həmin xidmət üzrə qaçırılmaz poçt məsrəfləri hesabına itkilər ilə üzləşirdi. Hesablamalar onu göstərdi ki, orta hesabla «Google Adsense» xidmətləri üzrə çeklərin nağdlaşdırılması üçün ancaq «UPS» üzrə Bankın xərcləri 65 ABŞ Dolları təşkil edir. Ümumi nəticədə isə hər bir inkassisiya əməliyyatı zamanı Bankın xərcləri xarici banklara («WELLS FARQOBANK», «COMMERZBANK») ödədiyi klirinq haqqı ilə bərabər $100 çatırdı, halbuki bizə təqdim olunan çeklərin məbləği əksər halda 50-60 dollar civarında idi. Təbii ki, bu növ xidmətdə əvvəl tətbiq olunan 2% komissiya xərcləri ödəmirdi.
Hal-hazırda bu xidmətdən istifadə edənlərə məsləhətimiz budur ki, çeklərin inkassasiyasını bir-bir yox, daha yüksək məbləğdə toplasınlar və Bank vasitəsi ilə aparsınlar. Nəzərə alın ki, yeni tarif 100 ABŞ dolları + 2% komissiya qədərdir.
- +1
- 8 июля 2011, 16:36
- 6
İnternet → Unibankda Google Adsense çeklərini pula çevirmə haqqı qalxıb

Bu gün və əvvəlcədən inkasso üçün verdiyim çekin pulunu götürmək üçün getdim. Yeni «xidmət» tarifləri məni əməllicə şoka saldı. Ona görə bəlkə mən yalnış anlamışam deyə 2 dəfə xanıma yaxınlaşıb yeni tarifin necə olduğunu və çekdəki pulu almaq üçün nə etməli olduğumu soruşdum.
Məsələni bilməyənlər üçün qısa bir izah verim ki, Google Adsense reklamlarından əldə etdiyiniz pulu əsasən iki yolla əldə edə bilərsiniz. Birinci yol (Electronic funds transfer) köçürməsi yolu ilə, ikinci yol isə Google çekləri vasitəsilə. Birinci yol bizim , çünki banklarımızdan EFT dəstəkləyəni yoxdur. İkinci üsulda çeklərin nəğdləşdirilməsində isə əvvəl Google sizə poçt yolu ilə çeki göndərməlidir. Sonra siz bu çeki nəğdləşdirə biləcəyiniz banka getməlisiniz. Mən Unibank`dan istifadə edirdim. Çeki banka verib inkassasiya üçün təxmini 30-40 gün gözləməli olurdum. Bu xidmət üçün təxmini 5$ xidmət haqqı ödəyirdim. Bu mövcud vəziyyətdə ən sərfəli üsul idi.
( Ətraflı oxuyun )
- +2
- 6 июня 2011, 14:43
- 26
Facebook → "Facebook pula, pul demir"

Məşhur sosial şəbəkə Facebook, təhlükəsizlik böhranları və istehlakçıların mərhəmətsiz tənqidlərinə aldanmadan sərmayələrinə davam edir. Firmanın yeni proyekti isə olduqca radikaldır.
Keçdiyimiz günlərdə Facebook rəhbərliyi olduqca radikal bir qərarla, virtual pul tətbiqinə keçəcəyini bildirmişdi. Facebook Credits (krediti) adlı bu tətbiq istifadəçilər qədər developerlərə də təsir edəcək xüsusiyyətlərə sahibdir.
İlk başda sayt üzərindəki alış-verişlərdə də istifadə ediləcək bu kredit, zamanla 600 milyon istifadəçisi olan saytın rəsmi pul vahidi halına gələcək.
( Ətraflı oxuyun )
- 0
- 27 января 2011, 18:25
- şərh yaz
İnternet → Aktiv istifadəçilər və bloggerlər üçün mükafat şansı

Bir müddət əvvəl yeni bir qrup blog`un açıldığını . Bir qədər fikirlərlə də olsa blog fəaliyyətə başladı və belə görünürki normal davam etdirir. Bu blogun — `ın yeni bir müsabiqəsi . Müsabiqə şərtləri əsasında saytdakı aktivliyinizə görə pul qazanmaq şansınız olur.
...Mart ayının 15-dən sonra saytda ən çox aktiv olmuş,ən çox reytinq yığmış şəxs istifadəçilərin təklifi ilə başlanğıc üçün 250 USD mükafatlandırılsın.
…
Ətraflı olaraq saytın özündən .
Fikir olaraq bəyəniləsi fikirdir. Azərbaycanın internetində mix.az big.az və s. kimi bir çox qrup blogları var. Burada isə məlumatlar zibil kimi çoxdur və elə çoxusu da zibil kimidir. Mən kayzeni bir növ həmin tip blogların aliləşmiş forması kimi görürəm. Yəni müxtəlif mövzularda daha yararlı yazıların toplusu. Təbii ki, işin içinə maddi məsələ də daxil olanda, çalışacaqlar ki, daha yararlı content toplansın. Yeri gəlmişkən qeyd edim ki, bu təcrübə xaricdə artıq istifadə olunur. Görək bizdəki uğuru nə dərəcədə olacaq.
- 0
- 14 марта 2010, 15:59
- şərh yaz



