Texnologiya → Təhsil naziri: İKT-nin təhsildə tətbiqi son 5 ildə əsas uğurlarımızdan biridir
Press-reliz: İnformasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi son 5 ildə əsas uğurlardan biridir. Bu haqda Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov təhsilin informasiyalaşdırılmasına həsr olunmuş tədbirdə bəyan etmişdir. Onun sözlərinə görə, təhsilin informasiyalaşdırılmasında ən vacib məsələlərdən biri də müəllimlərin İKT üzrə tətbiqi biliklərinin artırılmasıdır. M.Mərdanovun sözlərinə görə, müəllimlərin treninqlərdən keçməsi onlara İKT vasitəsilə tədrisi daha effektiv qurmağa imkan verir. Nazir təhsil işçilərinin İKT üzrə biliklərinin təkmilləşdirilməsində təlimçi kimi daha hazırlıqlı müəllimlərin iştirakını çox müsbət qiymətləndirdi.
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- +1
- 19 мая 2010, 10:44
- şərh yaz



