AİF →  Milli Net Statistik məlumatlarla

Bu gün bildiyiniz kimi Milli Net `in sonuncu mərhələsinin başlamağı və nominantların açıqlanmağı haqqında mətbuat konfransı keçirdik. Konfrans haqqında ətrfalı olaraq buradan+ oxuya bilərsiniz.
Aşağıdakı slide`da isə statistik məlumatlarla tanış ola bilərsiniz.

hazırlayan: Vahid Qasımov, Amid Quliyev
Paylaş :
  • +1
  • 4 декабря 2009, 17:53
  • Shaig
  • 6

AİF →  "Milli Net" son mərhələyə qədəm qoyur

04 dekabr 2009-cu il tarixdə Milli Net — Milli İnternet Mükafatı Müsabiqəsinin qeydiyyat prosesinin və səsvermənin 1-ci mərhələsinin başa çatmasına həsr olunan mətbuat konfransı keçiriləcək.

Məlum olduğu kimi Milli Net _ 2009 ölkədə İnternetin inkişafına və populyarlaşmasına dəstək məqsədilə AİF tərəfindən təsis olunan peşəkar İnternet mükafatıdır.


( Ətraflı oxuyun )
Paylaş :

AİF →  Milli Net`də qeydiyyat sona çatdı


MilliNet`in qeydiyyat prossesi sona çatdı. 600`ə yaxın sayt indiyə qədər qeydiyyatdan keçibdi. Saytların 35%`dən çoxu qəbul edilməyibdiki bununda müxtəlif səbəbləri var. Ən çoxu isə qeyri-leqal kontentə malik olan saytlardır. Saytların kateqoriyalar üzrə ilk 3-lükdə:
1. Əyləncə — 81 sayt
2. Fərdi sayt və bloqlar — 62 sayt
3. Elm və təhsil — 46 sayt
Dekabr ayının birinci həftəsi mətbuat konfransı olacaq, burada müsabiqənin gedişi haqqında ətraflı məlumat veriləcəkdir. İlk 1-2 gündə isə imtina edilən saytlardakı problemin həllinin aradan qaldırılması üçün vaxt ayrılacaq.
Paylaş :

AİF →  Milli Net`də qeydiyyatın başa çatmasına 7 gün qalır


Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net — Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesinin başa çatmasına çox az bir müddət — cəmi 7 gün qalıb. Hazırda qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi davam edir. Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.


( Ətraflı oxuyun )
Paylaş :

Blog: Amidos →  MilliNet saytına injection cəhdləri.

Müsabiqə başlayan gündən saytda kiçik log sistemi quraşdırdım. Mənim üçün maraqlı idi sayta nə cür hücumlar ediləcək vəya belə deyək, ümumiyyətlə ediləcək mi? Log sistemi əsasən linki yoxlayır və link vasitəsi ilə mudaxilə (injection) cəhdlərini qeydə alır.

22 Oktyabrdan etibarən demək olar ki, hər gün sayta xirda müdaxilə cəhdləri edilirdi. Bəziləri linkdəki dəyişənlərə (variable) boşluq qoyurdu, bəziləri hər hansı bir simvolu. Bütün bunlar o qədər də maraqlı deyildi.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 22 ноября 2009, 16:05
  • Amidos
  • 8

AİF →  Milli Net Təşkilat Komitəsinin açıqlaması

Milli Net Müsabiqəsinə başlanmasından artıq 1 aydan çox müddət keçib. Ötən müddət ərzində Milli Net –in məram və məqsədinin daha geniş yayılması, İnternet ictimaiyyətinin diqqətinin bu prosesə cəlb edilməsi, sayt sahiblərinin Müsabiqədə aktiv iştirak etməsi istiqamətində xeyli iş görülüb.

Milli Net Təşkilat Komitəsinə daxil olan müraciətlər göstərir ki, Azərbaycan dili versiyası olmayan saytların müsabiqədə iştirakına yol verilməməsi və Müsabiqə komissiyasının tərəfsiz və müstəqil olması istiqamətində atılan addımlar yüksək qiymətləndirilib. Eyni zamanda TK tərəfindən Qaydalara uyğun olaraq AzNet-də daha keyfiyyətli və istifadəçilərin özləri tərəfindən yaradılan saytlara önəm verilməsi İnternet ictimaiyyəti tərəfindən anlaşıqlıqla qarşılanıb.


( Ətraflı oxuyun )
Paylaş :

Mak.az →  MilliNet mükafatının heykəlciyi GoCreative dizayn studiyası tərəfindən hazırlanıb başlıq-keçid

Dizayn zamanı bəzi milli ornamentlərdən istifadə olunsa da butadan istifadəyə üstünlük verilib. Studiya tərəfindən verilən məlumata görə, milli dizaynerlər tərəfindən geniş istifadə olunan buta ornamentinə müraciət olunmaqla birlikdə, mükafatın İnternet şəbəkəsi ilə bağlı olduğunu bildirmək üçün butanın mərkəzinə hörümçək toru yerləşdirilmişdir.
Paylaş :

Oxatan →  Düzgün işləməyən Alexa reytinqi başlıq-keçid

Bu dəfə oxumuzun ünvanı Alexa olacaq. Fikrimcə ziyarətçilərimizin böyük əksəriyyətinin bu reytinq haqda kifayət qədər xəbəri var. Alexa reytinqinin güvənilməz olduğunu dəfələrlə müzakirələr zamanı qeyd etmişəm. Onu deyim ki, Alexa`nın ölkələr üzrə reytinq siyahısı var. Buradan da hansı ölkədən ən çox hansı saytları ziyarət ediblər görmək olur. Əsasən ilk 100 saytı verirlər. Bəzi statistik məlumatlarda isə həmin siyahı əsas götürülür.
Paylaş :

AİF →  Milli Net –Milli İnternet Mükafatı üzrə Müsabiqənin başlanmasına həsr olunan mətbuat konfransı keçirilib.

Bu gün AİF tərəfindən Milli Net –Milli İnternet Mükafatı üzrə Müsabiqənin başlanmasına həsr olunan mətbuat konfransı keçirilib.
AİF prezidenti, Müsabiqənin Təşkilat Komitəsinin nümayəndəsi Osman Gündüz mətbuat konfransını açaraq Milli Net haqqında, Müsabiqənin məqsədləri və mərhələlərin haqqında məlumat verib. O, Mükafatın hər il müxtəlif sahələrdə fəaliyyət göstərən milli internet resurslarına və İKT sahəsindəki layihələrə müsabiqə üsulu ilə veriləcəyini bildirib. O, Müsabiqəyə HP, Azercell, Delta Telecom şirkətləri tərəfindən dəstək verildiyini bildirib.
Milli Net müsabiqəsinin keçirilməsində məqsədin ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarət olduğu qeyd olunub. Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcəyi vurğulanıb.


( Ətraflı oxuyun )
Paylaş :