AİF → Milli Net 2010 nominantları bəlli oldu

— Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi başa çatib.
Milli Net 2010-a start veriləndən qeydiyyat prosesi başa çatanadək 2300 istifadəçi millinet.az saytında qeydiyyatdan keçib və 437 sayt Müsabiqəyə təqdim edilib.
Onlardan 309 sayt Müsabiqəyə qəbul edilib, 128 sayt isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə görə müsabiqəyə buraxılmayıb.
Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Səsvermə Komissiyası üzvündən 13 nəfəri 1-ci mərhələdə saytların qiymətləndirməsin də iştirak edib. İki nəfər münsif onlara aid olan saytların səsvermədə iştirakı səbəbindən Səsvermə Komissiyasından azad edilib.
Nominantlar:
( Ətraflı oxuyun )
- +2
- 23 ноября 2010, 16:19
- 10
AİF → Milli Net 2010-da son qeydiyyat günü
Noyabr ayının 20-si, internet mükafatında son qeydiyyat günüdür. Bu yazını yazanda artıq 430 resur təqdim edilmişdi və 300-dən artığı müsabiqədə iştiraka haqq qazanıb.
Gedişat ilə bağlı nominantlar çıxanda blogda daha ətraflı fikirlər olacaq.
Qeydiyyat başa çatdıqdan sonra da, namizədliyini təqdim edən, ancaq qəbul edilməyən saytlara bir neçə gün əlavə möhlət veriləcək ki, onlar çatışmamazlıqlarını aradan qaldırsınlar. Bundan sonra nominantlar elan ediləcək. Nominantların seçilməsi ilə birgə, ikinci səsvermə mərhələsinə keçid olacaq və səsvermə yekunlaşacaq. Qaliblər dekabr ayının əvvəlində keçiriləcək tədbirlə ictimaiyyətə geniş təqdim olunacaq.
Qeyd edək ki, hal-hazırda səsvermənin birinci tutu davam edir. Hər gün müxtəlif sayda, müsabiqəyə buraxılmış saytlar münsiflərin baxışına verilir və qiymətləndirmələr aparılır.
- 0
- 20 ноября 2010, 02:25
- şərh yaz
AİF → Milli Net 2010-da ilkin səsvermə ayın 10-u, yekun isə 20-si başlayır

Milli Net 2010 — Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesinin başa çatmasına az bir müddət qalıb. Hazırda qeydiyyat davam edir və Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.
Təşkilat Komitəsi bildirir ki, Milli Net 2010 başlanandan indiyədək 2000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçmiş, 300-dən çox sayt Müsabiqəyə təqdim edilib. Onlardan 200 –dən çoxu Müsabiqəyə qəbul edilib. Hələlik daha çox sayt İnternet xidmətləri, Asudə vaxt, idman və əyləncə, Elm və təhsil, Korporativ saytlar nominasiyaları üzrə qeydiyyatdan keçib.
( Ətraflı oxuyun )
- 0
- 6 ноября 2010, 17:39
- şərh yaz
AİF → MilliNet 2010 başlayır. #millinet10

internet mükafatının bu il ikincisi təşkil olunacaq.
Ötən il, MilliNet 2009 baş tutdu və bir çox yenilikləri gətirdi. Artıq ənənə halını alacaq mükafatın bu il növbətisi — MilliNet 2010 keçiriləcək.
Onu qeyd edim ki, juri üzvlərində yeniliklər var. Ötən il jüridə olanlardan bəziləri bu il iştirak etməyəcək. Yeni jüri üzvlərimiz olacaq.
( Ətraflı oxuyun )
- +2
- 24 сентября 2010, 15:00
- 3
AİF → AIF`in Məlumatı: .az domainləri, internet keyfiyyəti və internet müsabiqəsi
Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.Toplantıda Azərbaycan İnternetinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Milli İnternet Müsabiqəsinin Əsasnaməsinin təkmilləşdirilməsi, .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
AİF tərəfindən İnternetin keyfiyyəti ilə bağlı aparılan Monitorinqin nəticələri acıqlanıb. Toplantıda son illərdə internetin qiymətinin xeyli dərəcədə endirilməsi bir daha müsbət hal kimi dəyərləndirilib və bunun nəticəsində genişzolaqlı istifadəçilərin sayının xeyli artdığı bildirilib. Bununla belə Azərbaycan internetinin keyfiyyət probleminin son dövrlərdə kəskin dərəcədə pisləşdiyi bildirilib. Müvafiq qurumlar tərəfindən bu istiqamətdə yetərli və təsirli tədbirlərin görülmədiyi qeyd edilib. Müzakirələrin yekunu olaraq keyfiyyət probleminin aradan qaldırılması üçün səmərəli Təkliflər hazırlanıb və müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulub.
( Ətraflı oxuyun )
- 0
- 8 апреля 2010, 11:24
- 2
AİF → Milli Net `09 - fotolarla.
18 dekabrda keçirilən Milli Net — Milli internet Mükafatlarının təqdimetmə mərasimindən olan fotolar —
- 0
- 24 декабря 2009, 12:36
- şərh yaz
Oxatan →
MilliNet – təhlil, hesabat, trackback (online səsvermə anketi)
Milli Net 2009 haqqında ətraflı yazı.
Əlavə olaraq online sorğu anketi - http://url.az/millinet09
- 0
- 19 декабря 2009, 18:34
- şərh yaz



