Tədbirlər → Milli Net 2011 Müsabiqəsinin təqdimat mərasimi keçiril(ir)di

müsabiqəsinin təqdimat mərasimi
Yeniliklər olduğu zaman sizinlə
Müsəbiqənin açılışı edildi. AİF rəhbəri Osman Gündüz qonaqları salamladı.
Mükafatlar təqdim edilir:
( Ətraflı oxuyun )
- +2
- 23 декабря 2011, 17:57
- 10
Tədbirlər → Milli Net -2011 qaliblərinin Təqdimat mərasimi keçiriləcək

Press-reliz: Milli Net Təşkilat Komitəsinin toplantısı keçirilib.
Toplantıda səsvermə prosesinin gedişi və Təqdimat mərasiminə hazırlıq məsələləri müzakirə olunub.
Toplantıda Milli İnternet Mükafatı uğrunda Müsabiqəyə 23 dekabrda yekun vurulacağı və qaliblərin mükafatlandırılması ilə bağlı Təqdimat mərasiminin keçiriləcəyi bildirilib.
( Ətraflı oxuyun )
- 0
- 17 декабря 2011, 12:25
- şərh yaz
Tədbirlər → Milli Net Təşkilat Komitəsinin açıqlaması
Milli Net Təşkilat Komitəsi bildirir ki, 1-ci mərhələ səsvermənin başa çatması və Nominantların seçilməsindən sonra bəzi iştirakçılar tərəfindən müəyyən narazılıqlar edilib və şikayətlər daxil olub.İndiyədək Milli Net TK-ya cəmi 4 şikayət və müraciət daxil olub. Həmçinin bir neçə nəfər iştirakçı sosial şəbəkələrdə Müsabiqənin 1-ci mərhələsinin yekunu ilə bağlı öz iradlarını və narazılıqlarını bildiriblər.
Şikayətlərdə və narazılıqlarda əsasən səsvermənin düzgün keçirilməməsi, ədalətsiz olması, öz saytlarının nə üçün Nominant olmaması və s. bu kimi müddəalar irəli sürülüb. Hətta TK üzvlərini qeyri obyektivlikdə və tərəfkeşlikdə günahlandırmaq cəhdləri də özünə yer alıb.
( Ətraflı oxuyun )
- +4
- 6 декабря 2011, 17:52
- 5
Tədbirlər → Milli Net 2011-in nominantları
2011-in səsverməsində 1-ci mərhələ başa çatdı. Bu mərhələdən sonra 63 sayt nominant olub. İlkin səsvermə zamanı 15 münsifin hər biri öz kateqoriyası üzrə bütün saytları qiymətləndirib. Bu ilki Müsabiqədə də yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə Müsabiqənin əsas Mükafatının — hörümçək toru əks olunan buta formasında prizin verilməsi nəzərdə tutulub. Təqdimat mərasiminin 23 dekabr tarixdə keçirilməsi planlaşdırılır.
2011-ci ilin nominantları:
( Ətraflı oxuyun )
- +4
- 4 декабря 2011, 23:03
- 30
Tədbirlər → Milli Net 2011-də İnternet layihələrin və saytların qeydiyyat müddəti 5 gün uzadılıb
Milli Net Təşkilat Komitəsi bildirir ki, Müsabiqəyə təqdim olunan İnternet resursların qeydiyyat müddəti daha 5 gün uzadılıb. Beləliklə Milli Net 2011 də İnternet resursların Qeydiyyat müddəti 20 Noyabr tarixdə başa çatır. Bu müddət bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.Milli Net TK bildirir ki, Müsabiqə Qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək.
( Ətraflı oxuyun )
- 0
- 10 ноября 2011, 14:26
- şərh yaz
İnternet → Milli Net 2011 Müsabiqəsinə start verilir

Press-reliz: 13 sentyabr tarixdə Milli İnternet Mükafatı uğrunda Müsabiqənin -Milli Net 2011-in Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda Milli Net 2011- in qeydiyyat prosesinə 15 sentyabr tarixdə start veriləcəyi bir daha vurğulanıb.
Toplantıda Müsabiqəyə hazırlıqla bağlı məsələlər müzakirə edilib. Bu ilki yarışmanın 11 Nominasiya üzrə keçiriləcəyi qeyd olunub. TK tərəfindən ehtiyac olarsa xüsusi nominasiyaların müəyyən olunacağı nəzərə alınıb. Müsabiqə aşağıdakı Nominasiyalar üzrə keçiriləcək:
( Ətraflı oxuyun )
- +2
- 14 сентября 2011, 11:34
- şərh yaz
Weboxu → Weboxu 2010 istifadəçi seçimlərinin nəticələri
2011 başlayanda Weboxu-nun oxucuları üçün, bir səsvermə . Bu tip səsvermələr internetdə ənənəvidir və müxtəlif resurslar öz oxucularının ötən il nələri bəyəndiyini beləcə təyin edir.
Biz də ayın birindən seçimlərə başladıq. Seçim əvvəli müzakirələr zamanı namizədlər qərarlaşdırıldı və səsvermə başladı. 4 nominasiyada aparılan səsvermələr dünən axşam etibarı ilə başa çatdı. Gecə 24.00-da screen aldım. Onun əsasında da sıralamanı edəcəm. Gecikmə üçün əvvəlcədən üzrlər. Xüsusi səhifənin hazırlanması obyektiv səbəblərə görə bir qədər yubanır. Onu gözləməmək üçün blog postunu yazıram.
( Ətraflı oxuyun )
- +2
- 14 января 2011, 00:00
- 3
Təhlil → 2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?

2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi ( və yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.
( Ətraflı oxuyun )
- +6
- 1 января 2011, 17:51
- 5
AİF → Milli Net 2010 qalibləri

sona çatdı. Mükafatlar dekabr ayının 4-ü Ambassador oteldə gerçəkləşdi. Mərasim internet vasitəsi ilə canlı yayımlandı.
Qaliblər isə aşağıdakı kimi sıralandı:
( Ətraflı oxuyun )
- +2
- 4 декабря 2010, 20:00
- 29
AİF → Dekabr-ın 4-ü Milli Net-in təqdimatıdır
Milli Net Təşkilat Komitəsi bildirir ki, 04 dekabr tarixdə saat 15-də Ambassador OtelindəMilli Net -2010 qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasimi keçiriləcək. Təqdimat barədə ətraflı olaraq sabah gün boyu Weboxu-da yeniliklər barədə məlumat ala biləcəksiniz. Təqtimatın internet üzərindən canlı yayımlanma planları da mövcuddur. Yayım barədə blogumuzda xəbərdar ola bilərsiniz.
14 Nominasiya üzrə 74 Nominant arasında keçirilən Milli İnternet Mükafatı uğrunda Müsabiqədə 2-ci səsvermə artıq 02 dekabr tarixdə başa çatıb.
( Ətraflı oxuyun )
- +1
- 3 декабря 2010, 18:24
- 2



