Tədbirlər →  Milli Net 2011 Müsabiqəsinin təqdimat mərasimi keçiril(ir)di


Milli Net müsabiqəsinin təqdimat mərasimi başlayır.
Yeniliklər olduğu zaman sizinlə bölüşəcəyik.
Müsəbiqənin açılışı edildi. AİF rəhbəri Osman Gündüz qonaqları salamladı.

Mükafatlar təqdim edilir:


( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 23 декабря 2011, 17:57
  • Weboxu
  • 10

Tədbirlər →  Milli Net -2011 qaliblərinin Təqdimat mərasimi keçiriləcək


Press-reliz: Milli Net Təşkilat Komitəsinin toplantısı keçirilib.

Toplantıda səsvermə prosesinin gedişi və Təqdimat mərasiminə hazırlıq məsələləri müzakirə olunub.

Toplantıda Milli İnternet Mükafatı uğrunda Müsabiqəyə 23 dekabrda yekun vurulacağı və qaliblərin mükafatlandırılması ilə bağlı Təqdimat mərasiminin keçiriləcəyi bildirilib.

( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  Milli Net Təşkilat Komitəsinin açıqlaması

Milli Net Təşkilat Komitəsi bildirir ki, 1-ci mərhələ səsvermənin başa çatması və Nominantların seçilməsindən sonra bəzi iştirakçılar tərəfindən müəyyən narazılıqlar edilib və şikayətlər daxil olub.
İndiyədək Milli Net TK-ya cəmi 4 şikayət və müraciət daxil olub. Həmçinin bir neçə nəfər iştirakçı sosial şəbəkələrdə Müsabiqənin 1-ci mərhələsinin yekunu ilə bağlı öz iradlarını və narazılıqlarını bildiriblər.

Şikayətlərdə və narazılıqlarda əsasən səsvermənin düzgün keçirilməməsi, ədalətsiz olması, öz saytlarının nə üçün Nominant olmaması və s. bu kimi müddəalar irəli sürülüb. Hətta TK üzvlərini qeyri obyektivlikdə və tərəfkeşlikdə günahlandırmaq cəhdləri də özünə yer alıb.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 6 декабря 2011, 17:52
  • Weboxu
  • 5

Tədbirlər →  Milli Net 2011-in nominantları

Milli Net 2011-in səsverməsində 1-ci mərhələ başa çatdı. Bu mərhələdən sonra 63 sayt nominant olub. İlkin səsvermə zamanı 15 münsifin hər biri öz kateqoriyası üzrə bütün saytları qiymətləndirib.
Bu ilki Müsabiqədə də yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə Müsabiqənin əsas Mükafatının — hörümçək toru əks olunan buta formasında prizin verilməsi nəzərdə tutulub. Təqdimat mərasiminin 23 dekabr tarixdə keçirilməsi planlaşdırılır.

2011-ci ilin nominantları:

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 4 декабря 2011, 23:03
  • Weboxu
  • 30

Tədbirlər →  Milli Net 2011-də İnternet layihələrin və saytların qeydiyyat müddəti 5 gün uzadılıb

Milli Net Təşkilat Komitəsi bildirir ki, Müsabiqəyə təqdim olunan İnternet resursların qeydiyyat müddəti daha 5 gün uzadılıb. Beləliklə Milli Net 2011 də İnternet resursların Qeydiyyat müddəti 20 Noyabr tarixdə başa çatır. Bu müddət bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.
Milli Net TK bildirir ki, Müsabiqə Qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Milli Net 2011 Müsabiqəsinə start verilir


Press-reliz: 13 sentyabr tarixdə Milli İnternet Mükafatı uğrunda Müsabiqənin -Milli Net 2011-in Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda Milli Net 2011- in qeydiyyat prosesinə 15 sentyabr tarixdə start veriləcəyi bir daha vurğulanıb.
Toplantıda Müsabiqəyə hazırlıqla bağlı məsələlər müzakirə edilib. Bu ilki yarışmanın 11 Nominasiya üzrə keçiriləcəyi qeyd olunub. TK tərəfindən ehtiyac olarsa xüsusi nominasiyaların müəyyən olunacağı nəzərə alınıb. Müsabiqə aşağıdakı Nominasiyalar üzrə keçiriləcək:

( Ətraflı oxuyun )
Paylaş :