Weboxu →  Weboxu 2010 istifadəçi seçimlərinin nəticələri


2011 başlayanda Weboxu-nun oxucuları üçün, bir səsvermə başlatdıq. Bu tip səsvermələr internetdə ənənəvidir və müxtəlif resurslar öz oxucularının ötən il nələri bəyəndiyini beləcə təyin edir.

Biz də ayın birindən seçimlərə başladıq. Seçim əvvəli müzakirələr zamanı namizədlər qərarlaşdırıldı və səsvermə başladı. 4 nominasiyada aparılan səsvermələr dünən axşam etibarı ilə başa çatdı. Gecə 24.00-da screen aldım. Onun əsasında da sıralamanı edəcəm. Gecikmə üçün əvvəlcədən üzrlər. Xüsusi səhifənin hazırlanması obyektiv səbəblərə görə bir qədər yubanır. Onu gözləməmək üçün blog postunu yazıram.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 14 января 2011, 00:00
  • Shaig
  • 3

Təhlil →  2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?


2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi (İTinternet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 1 января 2011, 17:51
  • Shaig
  • 5

AİF →  Milli Net 2010 qalibləri


Milli Net sona çatdı. Mükafatlar dekabr ayının 4-ü Ambassador oteldə gerçəkləşdi. Mərasim internet vasitəsi ilə canlı yayımlandı.
Qaliblər isə aşağıdakı kimi sıralandı:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 4 декабря 2010, 20:00
  • Weboxu
  • 29

AİF →  Dekabr-ın 4-ü Milli Net-in təqdimatıdır

Milli Net Təşkilat Komitəsi bildirir ki, 04 dekabr tarixdə saat 15-də Ambassador Otelində
Milli Net -2010 qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasimi keçiriləcək. Təqdimat barədə ətraflı olaraq sabah gün boyu Weboxu-da yeniliklər barədə məlumat ala biləcəksiniz. Təqtimatın internet üzərindən canlı yayımlanma planları da mövcuddur. Yayım barədə blogumuzda xəbərdar ola bilərsiniz.

14 Nominasiya üzrə 74 Nominant arasında keçirilən Milli İnternet Mükafatı uğrunda Müsabiqədə 2-ci səsvermə artıq 02 dekabr tarixdə başa çatıb.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 3 декабря 2010, 18:24
  • Weboxu
  • 2

AİF →  Milli Net 2010 nominantları bəlli oldu


Milli Net 2010 — Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi başa çatib.
Milli Net 2010-a start veriləndən qeydiyyat prosesi başa çatanadək 2300 istifadəçi millinet.az saytında qeydiyyatdan keçib və 437 sayt Müsabiqəyə təqdim edilib.
Onlardan 309 sayt Müsabiqəyə qəbul edilib, 128 sayt isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə görə müsabiqəyə buraxılmayıb.
Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Səsvermə Komissiyası üzvündən 13 nəfəri 1-ci mərhələdə saytların qiymətləndirməsin də iştirak edib. İki nəfər münsif onlara aid olan saytların səsvermədə iştirakı səbəbindən Səsvermə Komissiyasından azad edilib.
Nominantlar:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 23 ноября 2010, 16:19
  • Weboxu
  • 10

AİF →  Milli Net 2010-da son qeydiyyat günü

Noyabr ayının 20-si, Milli Net internet mükafatında son qeydiyyat günüdür.
Bu yazını yazanda artıq 430 resur təqdim edilmişdi və 300-dən artığı müsabiqədə iştiraka haqq qazanıb.
Gedişat ilə bağlı nominantlar çıxanda blogda daha ətraflı fikirlər olacaq.
Qeydiyyat başa çatdıqdan sonra da, namizədliyini təqdim edən, ancaq qəbul edilməyən saytlara bir neçə gün əlavə möhlət veriləcək ki, onlar çatışmamazlıqlarını aradan qaldırsınlar. Bundan sonra nominantlar elan ediləcək. Nominantların seçilməsi ilə birgə, ikinci səsvermə mərhələsinə keçid olacaq və səsvermə yekunlaşacaq. Qaliblər dekabr ayının əvvəlində keçiriləcək tədbirlə ictimaiyyətə geniş təqdim olunacaq.
Qeyd edək ki, hal-hazırda səsvermənin birinci tutu davam edir. Hər gün müxtəlif sayda, müsabiqəyə buraxılmış saytlar münsiflərin baxışına verilir və qiymətləndirmələr aparılır.
Paylaş :

AİF →  Milli Net 2010-da ilkin səsvermə ayın 10-u, yekun isə 20-si başlayır


Milli Net 2010 — Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesinin başa çatmasına az bir müddət qalıb. Hazırda qeydiyyat davam edir və Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.

Təşkilat Komitəsi bildirir ki, Milli Net 2010 başlanandan indiyədək 2000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçmiş, 300-dən çox sayt Müsabiqəyə təqdim edilib. Onlardan 200 –dən çoxu Müsabiqəyə qəbul edilib. Hələlik daha çox sayt İnternet xidmətləri, Asudə vaxt, idman və əyləncə, Elm və təhsil, Korporativ saytlar nominasiyaları üzrə qeydiyyatdan keçib.


( Ətraflı oxuyun )
Paylaş :

AİF →  Milli Net 2010 start verilir

29 sentyabr tarixdə Azərbaycan Media Mərkəzində Milli Net 2010 Təşkilat Komitəsi tərəfindən Mətbuat Konfransı keçirilib.
AİF prezidenti Osman Gündüz Mətbuat Konfransında çıxış edərək Milli Net 2010 –nun məqsədləri və mərhələləri haqqında məlumat verib.
Milli Net müsabiqəsinin keçirilməsində məqsədin ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarət olduğunu qeyd edilib.


( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 29 сентября 2010, 15:13
  • Weboxu
  • 4

AİF →  MilliNet 2010 başlayır. #millinet10


MilliNet internet mükafatının bu il ikincisi təşkil olunacaq.
Ötən il, MilliNet 2009 baş tutdu və bir çox yenilikləri gətirdi. Artıq ənənə halını alacaq mükafatın bu il növbətisi — MilliNet 2010 keçiriləcək.
Onu qeyd edim ki, juri üzvlərində yeniliklər var. Ötən il jüridə olanlardan bəziləri bu il iştirak etməyəcək. Yeni jüri üzvlərimiz olacaq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 24 сентября 2010, 15:00
  • Shaig
  • 3

AİF →  AIF`in Məlumatı: .az domainləri, internet keyfiyyəti və internet müsabiqəsi

Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.
Toplantıda Azərbaycan İnternetinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Milli İnternet Müsabiqəsinin Əsasnaməsinin təkmilləşdirilməsi, .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

AİF tərəfindən İnternetin keyfiyyəti ilə bağlı aparılan Monitorinqin nəticələri acıqlanıb. Toplantıda son illərdə internetin qiymətinin xeyli dərəcədə endirilməsi bir daha müsbət hal kimi dəyərləndirilib və bunun nəticəsində genişzolaqlı istifadəçilərin sayının xeyli artdığı bildirilib. Bununla belə Azərbaycan internetinin keyfiyyət probleminin son dövrlərdə kəskin dərəcədə pisləşdiyi bildirilib. Müvafiq qurumlar tərəfindən bu istiqamətdə yetərli və təsirli tədbirlərin görülmədiyi qeyd edilib. Müzakirələrin yekunu olaraq keyfiyyət probleminin aradan qaldırılması üçün səmərəli Təkliflər hazırlanıb və müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulub.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 8 апреля 2010, 11:24
  • Weboxu
  • 2