Texnologiya →  Texnologiya sahəsində rəqiblər artır


Nəsə son zamanlarda texnologiya şirkətləri bir-birlərinin bazarına girməyə başlayırlar. Gedərək rəqabət qızışır. Əvvəl daha çox hamı Microsoft`a «cırnayırdısa» indi artıq vəziyyət dəyişibdi. Müxtəlif güclü qütblər yaranır və onlar arasında ciddi mübarizə başlayır. İndi biz Google-Apple (Nexus One-iPhone, Tablet PC`lər, Chrome-Safari, Chrome OS-Macintosh), Google-Microsoft (Chrome-Explorer, Windows-Chrome OS, Windows Mobile-Android, Google search-Bing) Microsoft-Apple (Explorer-Safari, Windows-macintosh, Windows Mobile-iPhone). Əsas bu nəhənglər arasında olan mübarizədən başqa, bir pillə aşağıda olan texnologiya şirkətləri də bu mübarizəyə qoşulublar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 22 февраля 2010, 21:09
  • Shaig
  • 2

İnternet →  Microsoft və Yahoo axtarışlarını birləşdirdi


Proqram və internet dünyasının iki nəhəng şirkəti Google`un önünü kəsmək üçün birləşdilər.
Ötən ilin iyul ayında MicrosoftYahoo axtarış mühərriki dünyasını dəyişdirəcək bir proyekt üçün müzakirə masasına oturmuşdu. İki firma, axtarış mühərriklərinin güclərini birləşdirmək üçün həll axtarırdı.
Microsoft və Yahoo CEO`ları dünən etdikləri yığıncaqla razılaşdıqlarını açıqladılar. Qeyri-rəsmi olaraq iki şirkətin axtarış mühərriki ittifaqı adlanacaq bu proyektdə həm Bing həm də Yahoo ən güclü olduğu xüsusiyyətləri ortaya qoyulacaq.
Yahoo`nun təcrübəsi Bingin gücü.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 20 февраля 2010, 01:56
  • Weboxu
  • 5

Microsoft →  Azərbaycan nümayəndə heyəti Slovakiyada təhsil üzrə beynəlxalq seminarda iştirak edəcəkdir

Press-reliz: 22-25 fevral tarixlərində Slovakiyanın Bratislava şəhərində “Həmkara Dəstək” mövzusunda beynəlxalq seminar keçiriləcəkdir. Seminarın təşəbbüskarı və təşkilatçısı Microsoft şirkətidir. Seminarın əsas məqsədi müxtəlif ölkələrdən olan nümayəndələri müəllimlərə peşəkarlıq səviyyəsinin artırılması üzrə “Həmkara Dəstək” adlı tədris proqramı haqqında ətraflı məlumat verməkdir.
Seminar çərçivəsində “tədrisin informasiya kommunikasiya texnologiyaları vasitəsi ilə keyfiyyətli təşkili”, “XXI əsr bacarıqları”, “öyrətmə və öyrənmə prosesində İKT-nin rolu”, “tədris bacarıqlarının artırılmasında kompüter texnologiyalarının rolu”, “tədrisyönümlü layihələr və onların qiymətləndirilməsi” mövzuları ətrafında məlumat veriləcəkdir.
Azərbaycan nümayəndə heyətinin bu beynəlxalq seminarda iştirakı “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”-na dəstək olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Microsoft Azərbaycan ilə imzalanmış “Təhsildə Əmkdaşlıq” Anlaşma Memorandumu çərçivəsindədir.
Beynəlxalq seminarda Azərbaycanı, Təhsil nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən Ayaz Abuşov, “Təhsildə Əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundovun və “Mədəd” təşkilatından Teymur Məmmədov təmsil edəcəklər.
Paylaş :

Mobil Texnologiya →  Mobile World Congress Barcelonada başladı


Bu gün Mobile World Congress 15 fevral 2009-cu ildə Barcelonada başlayıbdı. Hətta bu konqressdə Azərbaycan nümayəndə heyyəti də iştirak edibdi. Bu konqressdə mobil texnologiyalar tanıdılır. Bu ilki konqressdə əsas diqqət Windows Phone 7'nin üzərində idi. Yeni məhsul deyəsən uğrulu kimi görünür. Videosuna baxaraq bir fikrə gəlmək olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 16 февраля 2010, 00:42
  • Shaig
  • 6

Texnologiya →  Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda konfrans keçirildi


Press-reliz: 9 fevralda Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda Konfrans keçirilmişdir. Təhsil Nazirliyi və Microsoft Azərbaycan tərəfindən təşkil olunan konfrans İntel, HP, MƏDƏD, ULTRA tərəfindən dəstəklənirdi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov iştirak etmişdir. Nazir çıxışında İKT-nin təhsil sistemində geniş tətbiqini yüksək qiymətləndirmiş, amma bu istiqamətdə qarşıda duran böyük işlərin olduğunu da qeyd etmişdir. Nazir çıxışında təhsil sistemində İKT-nin tətbiqi mövzusunda müsabiqəninin keçirilməsi təşəbbüsü ilə çıxış etdi.
Konfransda İnnovativ müəllimlər müsabiqəsinin yekunları elan edilmişdir. III yeri Ülviyyə İsmaylova (6 saylı məktəb-lisey), Mehriban Abbasova (8 saylı orta məktəb), Baha İsmaylova (Zaqatala şəhər Humanitar fənlər gimnaziyası), II yeri Almaz Həsrət (204 saylı orta məktəb), Mətanət Əhmədova (264 saylı məktəb-lisey), I yeri isə İlhamə Əkpərova (8 saylı orta məktəb) tutmuşlar.

( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  Azərbaycanda hava məlumatı... gecikmiş məlumat

Bu gün day.az`da bir xəbər oxudum. Xəbərdə Microsofta aid olan MSN.com saytında yerləşdirilmiş hava haqqında məlumatlar bölməsində yalnış yazılmış Azərbaycan bölgəsi ilə əlaqədar danışılırdı. Deməli xəbərdən də keçib oxuyacağınız kimi etiraz edirlərki, niyə səhv adlandırılıbdı. Əvvəla onu deyim ki, burada elə bütün adlar səhv-sühv yazılıbdı. İki cüt-bir tək bölgənin adı yazılıbdı. Biri heç olmayan bölgə, Digərlərinin şrifti isə nə bizim istifadə etdiyimiz, nə də ingilis şriftidir, Bakının regionlarını ayırıblar və s. Yəniki başdan ayağa səhifə problemlidir. Tək bir adla baş yormasaq yaxşıdır. Üstəlik Microsoft`un Azərbaycan ofisi var, fikrimcə onlara müraciət eləmək daha yaxşı olar. Birdə mənə əsas maraqlı gələn məqam başqadır, elə bu postu da ona görə yazdım.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 3 февраля 2010, 13:41
  • Shaig
  • 9

Microsoft →  Azərbaycanda Microsoft sertifikatının alınması üçün “İkinci şans” tədris proqramına start verildi


Press-reliz: Microsoft korporasiyası Microsoft sertifikatının alınması üçün “İkinci şans” tədris proqramının başlaması haqda bəyan etdi. “İkinci şans” proqramının məqsədi informasiya texnologiyaları sahəsində öz peşəkar biliklərini genişləndirmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Microsoft-un bu təşəbbüsü Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (“Elektron Azərbaycan”) və 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının prinsiplərinə uyğundur.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 1 февраля 2010, 12:03
  • Weboxu
  • 1

Microsoft →  Microsoft, İnternet Explorer`dən əl çəkmir və IE9 barədə fikirləşir.


Microsoft, tez-tez tənqid olunan İnternet Explorerdən imtina etmək niyyətində deyil. Son vaxtlar hər kəsin İE`dən kənar qaçır. Almaniya və Fransa rəsmi olaraq bundan istifadə etməmək barədə xəbərdarlıq edibdi. Ancaq bouserin böyük bir bazar payı var və Microsoft bunu yaxşı dəyərləndirmək istəyir. Ən sürətli veb brouser olacağını iddia etdiyi İnternet Explorer 9u bazara çıxartmaq üçün gün sayan firma, sürprizləri də əskik etmir. IE9`u bənzərsiz qabiliyyətlərlə təchiz etməyi və yenidən hakim və inanılan boruserə keçirməyi istəyirlər. Ancaq məncə artıq imicini korlanıbdı. Uzun müddətdir əsas boruser olaraq imtina etdiyim bu brouser nə qədər yenilənsə də nəsə mənə yapışmər istifadə etmək üçün.

İnternet Explorerin ən maraqlı bacarığı, ekran kartlarının prosessorundan və yaddaşından faydalanıb, Flash kimi qrafik ağırlıqlı formatlarla ilə hazırlanmış səhifələri çox daha sürətli açması olacaq. IE9un tək silahı bu deyil: İnkişaf etmiş JavaScript mühərriki ilə rəqiblərindən çevik bir quruluş və yüksək sürət vəd edir. Ancaq bunlar hələ sözdədir və rəqibləri texnoloji baxımdan onu üstələyirlər. Görək nəticə olacaq.
Paylaş :
  • 0
  • 25 января 2010, 13:15
  • Shaig
  • 3

Texnologiya →  Böyük şirkətlərin rəqabəti

Texnologiya sahəsində fəaliyyət göstərən nəhəng şirkətlərin bir-birinə qarşı rəqabət sahəsi genişlənir. Bu sahədə əsasən 3 böyük və 1 orta şirkətin mübarizəsi var. Onlar getdikcə bir-birlərinin fəaliyyət sahəsinə daxil olurlar.
2008`də başlayan iqtisadi böhran 2009-cu ilin ikinci yarısından sonra sona çatdı. Bundan sonra şirkətlər daha böyük sərmayə qoyuluşları və yeni sahələrə giriş etdilər. Xüsusəndə son zamanlar Google`un xəbərlərini çox verməyə başlamışdıq. 2010 isə təzə başlayıbdı və artıq rəqabət sahəsi daha genişlənibdir. Bu gün Habr`da oxuduğum bir blog posta, New York Times`a istinadən bir qrafika göstərilmişdi. Mənə çox maraqlı gəldi və bölüşməyi qərara aldım:
Paylaş :
  • 0
  • 23 января 2010, 16:33
  • Shaig
  • 2

Blog: KoLGe →  Apple iPhone-nun default axtarış sistemini Bing-ə dəyişmək üçün Microsoftla danışıqlara başlayıb.

Apple ilə Google şirkətlərinin bir-birilərini «sevmədiklərini» bilirdik amma deyəsən vəziyyət get-gedə gərinləşməkdədir :)



Google-un iPhone rəqib olaraq bazara çıxardığı Nexus One-dan sonra isə ara lap qızışdı…

Deyilənlərə görə Apple Microsoft ilə danışıqlara girib ki, iPhone-nin "default" axtarış sistemini Bing ilə dəyişsin. (Google əvəzinə Bing)

İphone çox satılıb və istifadəçisi çoxdur… Bu Google-a hər halda öz təsirini göstərəcək… Bing üçün çox gözəl «raskrutka» imkanı yaranıb.

Görək nəticə necə olacaq.

Mənbə: Mashable
Paylaş :
  • +1
  • 20 января 2010, 18:32
  • Panda
  • 3