Parketinq →  Azercell-dən Maksimum məsuliyyətsizlik

2 gün əvvəl (26 yanvar) Bakıya qar yağdı. Dostlarımızla birlikdə soyuq havada qızışmaq və nahar etmək üçün Fəvvarələr Meydanında yerləşən McDonalds-a üz tuturuq. Qapının girişindəki Maksimum kampaniyasının elanını görürük və Azercell abonenti olaraq kampaniya imkanlarından istifadə etmək qərarına gəlirik. Saat 14.05-i göstərir – demək ki, kampaniya yenicə başlayıb (qeyd: kampaniya həftə içi günləri, saat 14.00-18.00-dək davam edir). Yaxınlaşırıq Maksimum paltarında olan və kodu yoxlayan gənc oğlanlara – onların cavabı məni çox təəccübləndirir: “- İnternetimiz yoxdur!“.
Maraqlandım, onlar McDonalds-ın İnternetini vasitəsi ilə bazaya qoşulurlar, amma bu McDonalds-dakı wi-fi-dan nə vaxtsa istifadə etməyə cəhd edənlər bilirlər ki, çox keyfiyyətsizdir. Bu məqamda sual ortaya çıxır – çox maraqlıdır, niyə Azercell öz kampaniyası üçün DataKart tətbiq etmir?! Yoxsa öz DataKartlarının olmasından xəbərsizdirlər? Bu çox gülüncdür ki, İnternetə qoşulma xidməti göstərən operatorun öz kampaniyasında İnterneti yoxdur.
Ətraflı oxuyun
Paylaş :