Mozilla →  Mozilla`nın mobil browseri Fennec [video-pic]


Mənim ən sevimli brouserim Firefoxdur. Bir çox faydalı tərəfi var. Mənim üçün faydasını saysam bitməz. Demək olarki hər zaman FirefoxChrome yan-yana açıq olur. Mobil telefonda isə əlbəttə alternativi hələki olmayan Opera Mini`dir.
Bu gün sevimli brouserim Firefox`un istehsalçısı Mozilla tərəfindən düzəldilmiş Fenneclə tanış oldum. Fennec tərcümədə çöl tülküsü deməkdir. Firerox`un mobil versiyasıdır. Və xırda testlərimdən sonra gördüm ki, çox qəşəngdir. Linux əsaslı Maemo 5 OS`a sahib mobil cihaz olan Nokia N900'da ilk dəfə qarşımıza Fennec artıq digər bir Linux əsaslı OS olan Androiddə də istifadə edilə biləcəkdir. Deyirlər ki, fevraldan etibarən Android Marketlərdə olacaq.
Mən də bir qədər brouserdən istifadə edib saytlara qısa nəzər saldım.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 30 января 2010, 14:59
  • Shaig
  • 2