Ultra → Ultra şirkəti e-Təhsil layihəsi çərçivəsində növbəti məktəbdə sisteminin istifadəsini təhvil verdi
2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sisteminin tam istifadəsini təhvil verdi. Sistemin tam hazırlanması üçün neçə aydır ki, hazırlaşan konsorsium şirkətlər e-Təhsil layihəsi üzrə layihənin sistemini tətbiq etdilər. Artıq “Elitar Gimnaziya”-da e-Təhsil sisteminə tam qoşuldu. Bununla yanaşı, e-Təhsil layihəsinə 10 məktəb tam qoşulmuşdur.Elitar Gimnaziyanın müəllim heyəti e-Təhsil sisteminin özəlliklərindən istifadəyə başlayıblar. Artıq müəllimlər elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından və Təhsil Portalından istifadə etməyə başlayıblar. E-Təhsil sisteminin tam tətbiqi üçün Gimnaziyanın bütün müəllimlərinə xüsusi treyninqlər keçirilmişdir. Təhsilin tam informasiyalaşdırılması üçün məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində yerləşən təhsil şəbəkəsinə qoşularaq yüksək sürətli fibrooptik kabelli internetə qoşulmuşdur.
( Ətraflı oxuyun )
- 0
- 24 мая 2010, 10:51
- şərh yaz
Texnologiya → “Elektron Təhsil” Respublika müsabiqəsinə 347 layihə təqdim olunmuşdur
Press-reliz: “Elektron Təhsil” Respublika müsabiqəsinə 347 layihə təqdim olunmuşdur. 2010-cu il Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə İKT ili”-nin əsas fəaliyyətlərindən biri olan, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.( Ətraflı oxuyun )
- +1
- 14 мая 2010, 11:06
- şərh yaz
Texnologiya → “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi
Press-reliz: 6 apreldə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi. 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunmuşdur və müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir. Müsabiqənin rəsmi internet-səhifəsi ünvanında yerləşdirilmişdir. ( Ətraflı oxuyun )
- 0
- 6 апреля 2010, 12:19
- 6
Texnologiya → Azərbaycan müəlliməsi Microsoft korporasiyasının Ümumdünya Innovativ Müəllimlər Müsabiqəsinə vəsiqə qazandı [foto]
Press-reliz: İ.Əkbərova Avropa Innovativ Müəllimlər Müsabiqəsinin innovativ müəllimlərinin ilk “iyirmiliyinə” daxil oldu Bakının 8 saylı orta məktəbinin müəlliməsi İlhamə Əkbərova Microsoft korporasiyasının Berlində keçirdiyi Avropa Innovativ Müəllimlər Müsabiqəsinin yekunlarına görə, ilk “iyirmiliyə” daxil olub. İ.Əkbərova Azərbaycanı “Məzmunda İnnovasiyalar” (“Innovation in Content”) nominasiyası üzrə “Çoxüzlülər bizim ətrafımızdadır” layihəsi ilə təmsil edirdi. Müsabiqədə 41 ölkədən 80-dən çox müəllim iştirak edirdi.
( Ətraflı oxuyun )
- +2
- 31 марта 2010, 10:15
- 1
Texnologiya → Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda konfrans keçirildi

Press-reliz: 9 fevralda Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda Konfrans keçirilmişdir. Təhsil Nazirliyi və Microsoft Azərbaycan tərəfindən təşkil olunan konfrans İntel, HP, MƏDƏD, ULTRA tərəfindən dəstəklənirdi. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov iştirak etmişdir. Nazir çıxışında İKT-nin təhsil sistemində geniş tətbiqini yüksək qiymətləndirmiş, amma bu istiqamətdə qarşıda duran böyük işlərin olduğunu da qeyd etmişdir. Nazir çıxışında təhsil sistemində İKT-nin tətbiqi mövzusunda müsabiqəninin keçirilməsi təşəbbüsü ilə çıxış etdi.
Konfransda İnnovativ müəllimlər müsabiqəsinin yekunları elan edilmişdir. III yeri Ülviyyə İsmaylova (6 saylı məktəb-lisey), Mehriban Abbasova (8 saylı orta məktəb), Baha İsmaylova (Zaqatala şəhər Humanitar fənlər gimnaziyası), II yeri Almaz Həsrət (204 saylı orta məktəb), Mətanət Əhmədova (264 saylı məktəb-lisey), I yeri isə İlhamə Əkpərova (8 saylı orta məktəb) tutmuşlar.
( Ətraflı oxuyun )
- 0
- 9 февраля 2010, 16:03
- şərh yaz



