Windows Phone →  Nokia Lumia 800 - #unboxing


Novruz ərəfəsində, Nokia-nın Azərbaycandakı rəsmi təmsilçisi olan Mobitel şirkəti Sosial Meidiada aktivliyi ilə seçilənlərə hədiyyələr göndərdi. Çox sağ olsunlar, bu hədiyyələrdən biri də mənə gəlib çatdı.
Hətta müşahidələrimə görə, Sosial şəbəkələrdəki fərqli smartfon istifadəçiləri öz platformalarından ayrılıb, əsas telefon olaraq Lumia ilə Windows Phone seçənlər də oldu.

Yanvarın sonunda Azercell-in Mi-Fi cihazı hədiyyəsini unboxing (paketindən çıxarma) etmişdim. Qərara aldım ki, bunu bir növ ənənə halına salım. Bu tip texnoloji hədiyyələrin unboxingini edim.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Windows Phone-lu Nokia Lumia Azərbaycana da gələcək


Nokia ilə Microsoft birgə işləyəcəklərini bəyan etdikdən sonra onların ilk məhsulu maraqla gözlənirdi. Nəhayət ilk Nokia Windows Phone telefonları da ötən həftə tanıdıldı. Nokia-nın Azərbaycanda da fəallığı çox yüksək dərəcədədir. Azərbaycan təmsilçiliyindən aldığımız məlumata görə Windows Phone-lu Nokialar da Azərbaycan bazarında olacaq. Bu telefonların 2012-ci ilin yanvarından sonra Azərbaycan istifadəçilərinə təqdim ediləcəyi gözlənilir.

Nokia Limua haqqında:

( Ətraflı oxuyun )
Paylaş :