Blog: farxadus →  Kim daha çox inkişaf edib? Biz ya Ermənilər?

Birdən elə fikirləşərsiniz ki, bu 1001golos.ru saytı kimi növbəti bir səsvermədir? Ya bəlkə Ermənistanın avropa çempionatına çıxa bilmə ehtimalı, Azərbaycan futbol komandasının isə 7 xal yığdığı haqda yazacam? Yox… Bu mövzu nə səsvermə, nə də futbol haqda olacaq.  Bu günkü yazım, İnformasiya texnologiyaları sahəsində inkişaf barəsində olacaq. Bilirsiniz ki, XXI əsrdə informasiya müharibəsi ən böyük problemlərdən biridir. Ən böyük problemimiz olan «Qarabağ problemi» haqda informasiyanın internet cəmiyyətinə necə yayılması, elə bizlərdən asılıdır. Hətta bu günlərdə belə «Google Maps» xəritələrində, Dağlıq Qarabağda yerləşən rayonlarımızın adının erməni adları ilə əvəz edilməsi, bu müharibədə zəif olduğumuzu təstiq edir. Ünvan: http://maps.google.com/?ll=39.986591,46.771545&spn=0.612384,1.352692&t=h&z=10&vpsrc=6

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 12 октября 2011, 01:17
  • farxadus
  • 9

Mobil Texnologiya →  Mobile OS-lərdə yeniliklər


Amazon webOS-i alır.
Mobil İnternet gedərək daha da çox yayılır. Yayılmağı ilə birgə Texnologiya şirkətlərinin də mobil texnologiyalara yatırımları daha artır.
Hewlett-Packardın radikal bir qərar alaraq bağladığı webOS mobil əməliyyat sistemi, sonunda yoluna davam edə biləcəyi bir tərəfdaş tapdı. VentureBeatın xəbərinə görə Amazon, webOS-in yaradıcısı Palm firmasıyla maraqlanır. Amazon ötən günlərdə təşkil etdiyi mətbuat konfransında Kindle Fire adlı planşetini tanıdaraq bu bazara da daxil olmuşdu. Satın alma əməliyyatı reallaşdığı təqdirdə, Amazondan daha çox planşet görmə ehtimalımız yaranır.

MeeGo proyekti Tizen OS-ə çevrilir

( Ətraflı oxuyun )
Paylaş :

Blog: farxadus →  Sys`adminlər üçün olimpiada

Sys Admin və Linux sevərlər üçün yaxşı bir xəbərim var. Bu gün netdə surfing zamanı Yandex tərəfindən keçirilən olimpiada haqda xəbər tutub, sizlərlə bölüşürəm:
Linux yandex-games #ya2 SMP Tue Sep 27 5:43:25 MSD 2011 x86_64 GNU/Linux

Yandex artıq ikinci dəfə Open Source və Linux üzrə ixrtisaslaşmış sistem administratorları üçün olimpiada keçirir. Olimpiyada iştirakçıları, hər gün qarşılaşdıqları problemlərin tez və düzgün həlli üzrə mübarizə aparacaqlar.
  root@yandex:~# tail -f /var/log/news/news.notice
Olimpiada artıq bu gün, yəni sentyabr ayının 27-dən başlayıb.  Birinci turun oyunları oktyabr ayının 10-u və 14-ü keçiriləcək. Birinci turda qələbə qazanmış iştirakçılar, noyabr ayının 11-i Yandex şirkətinin Moskvadakı ofisində keçiriləcək 2-ci tura dəvət alacaqlar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 27 сентября 2011, 17:34
  • farxadus
  • 1

Texnologiya →  Ubuntu developer site


Açıq qaynaq kodu ilə tanınan Linux sistemlərinin bir neçə fərqli versiyası mövcuddur. Bunlardan ən çox istifadə edilənlərdən də Ubuntudur. Ubuntu developerlər üçün yeni sayt açır.

İlk olaraq 5-9 Sentyabr tarixlərində reallaşdırılan Ubuntu Developer Həftəsində tanıdılan xidmət, indilərdə istifadəyə çıxarılmağa hazırlanır. Belə görünür ki, Ubuntu digər platformalardan geri qalmamaq üçün belə yeniliyə ehtiyac duyub.

Daha çox irəli səviyyədə tətbiqlərin çıxarılması, problemlərin ortaq həll ilə ən qısa zamanda aradan qaldırılması, developerlərin sistemə daha çox vaxt ayırmağa sövq edilməsi və biliklərini paylaşması məqsədi ilə belə bir saytı hazırlayırlar. Sayt hələki tam hazır deyil, ancaq yaxın zamanda fəaliyyətə başlayacağı deyilir. Saytın adresi developer.ubuntu.com olacaq. Yeniliklərdən dərhal xəbərdar olmaq üçün isə Twitter üzərindən @ubuntuappdev istifadəçisini izləyə bilərsiniz.
Paylaş :

Texnologiya →  Linux də application mağazası açır

Linux sevərlərin olduqca sevinəcəyi bir xəbər də açıq qaynaqlı proqramdan gəlir. Son dövrün modası ilə ayaqlaşan Linuxun da application mağazası olacaq.

Linux paylamasını edən və olduqca çox istifadəçiyə çatan nəhənglər güclərini bir application mağazası üçün birləşdirdilər. İstifadəçilərə çatmağı və yüklənməyi daha asan applicationları çatdırmaq üçün bu yolu seçən Linux paylayanlar arasında; Red Hat, Debian, Ubuntu, OpenSUSE, Mandriva və Mageia var.

Opendesktop.com saytından Frank Karlitschek blog yazısında bunları söyləyib; «Linux dünyasındakı insanlar, Linuxu normal istifadəçilərə daha cazibədar hala gətirmək üçün yaxşı application mağazasının açılmasını düşünürdü.»

Təbii bu tətbiq mağazasının bütün Linux versiyaları üçün tək və mərkəzi olmayacağını söyləmək lazımdır. İstifadəçilər burada daha çox, öz Linux versiyalarına aid applitaionlara daha rahat çata biləcəklər.
Paylaş :
  • +2
  • 31 января 2011, 18:42
  • Weboxu
  • 3

Blog: ceyhun_mikayil →  Ubuntu haqqında (Açıq qaynaqlı Linux distributivi)

Pulsuz və daim dəstəklənən əməliyyat sistemi Ubuntu:
Ubuntu, Debian əsaslı, quruluş ve istifadə asanlığı ilə önə çıxan bir Linux distributividir. Canonical Ltd.‘nin ( Mark Shuttleworth’un ) sponsorluğunda inkişaf etdirilir. Ubuntu’nun hədəfi son istifadəçilərin əldə edə biləcəkləri asan, sürətli, pulsuz, güclü bir əməliyyat sistemi yaratmaqdır. Ubuntu, Zulu dilində: “Mən, sən sən olduğun üçün, mənəm” deməkdir, eyni zamanda “başqalarına qarşı mərhəmətli, şəfqətli, xeyirsevər” olmaq kimi insani dəyərlərin təməl alındığı dünya görüşüdür. İnsanlıq üçün Linux (Linux For Human Beings) sloganını istifadə edən Ubuntu, Debian‘dan fərqli olaraq hər 6 aydan bir yeni distributiv; her distributiv üçün də 18 ay dəstək təqdim etməkdədir. Ayrıca 3 il Masaüstü ve 5 il Server sistem dəstəyi göstərən ve müəyyən müddətdən bir çıxarılan Uzun Zamanlı Dəstək (Long Term Support, LTS) distributivləri də mövcuddur.

Ubuntu layihəsinin məqsədi, hər istifadəçinin rahat bir şəkildə istifadə edəcəyi, tamamilə açıq qaynaqlı ve qərarlı bir əməliyyat sistemi yaratmaqdır. Bu əməliyyat sistemi GNU/Linux haqqında heç təcrübəsi olmayan kəslərin başlaması üçün ideal bir seçimdir. Bu əməliyyat sistemindən kompyuter arxasına yeni oturan eləcədə uzun illər boyunca professionallaşmış İT ustaları da bəhrələnə bilərlər.

Qısa olaraq tarixi haqqında :

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Rusiya Windows-dan imtina edir


Microsoft və onun əməliyyat sistemindən asılı olduqlarına qərar verən Rus Hökuməti bu yolda öz əməliyyat sistemlərini yaratmaq üçün rəsmi olaraq fəaliyyətə başladı.

Təhlükəsizlik məqsədli atılan addımla birlikdə həm MS-a (və təbii olaraq Amerikaya) olan asılılığı azaltmağı həm də xərcləri salmağı hədəfləyən Rusiya, ortaya çıxacaq olan bu yeni əməliyyat sistemində Linux üzərinə qurulacaq öz milli əməliyyat sistemlərini inkişaf etdirəcəklər. Mövzuyla əlaqədar ayrılan büdcə isə 150 milyon rubl yəni təxminən 3.5 milyon avrodur.

Mövzuyla əlaqədar danışan Rus millət vəkili və kompüter mütəxəssisi Ilia Ponomarev, 'şeytan detalda gizlidir' deyərək, bu proyekt ilə birlikdə Windows asılılığından xilas olacaqları lakin bunun gözlənilməz bir Linux yayılımı riskinə də gətirib çıxarmaması lazım olduğunun vurğuladı.
Paylaş :
  • +1
  • 1 ноября 2010, 14:59
  • Weboxu
  • 4

Texnologiya →  Əməliyyat sistemlərinin mart ayı nəticələri açıqlandı


Bazardakı 5-ci ayını tamamlayan Windows 7, Mart 2010 sonu etibarı ilə 10.23% bazar payı əldə edibdi. Bu nisbət, növbə ilə 64.46%16% paya sahib XPVista əməliyyat sistemlərindən ayrılan istifadəçilər sayəsində artdı. Ən böyük keçiş isə 1% ilə XP-dən 7-ə doğru yaşandı.

Eyni zamanda, Mac OS X`in nisbəti 5.33%, Linuxunku isə 1% olaraq qeyd edildi. Hər iki «alternativ» sistemdə də bir əvvəlki aya görə artım olub. Bazara ümumi baxsaq, Microsoftun əməliyyat sistemləri cəmdə 0.54% eniş yaşasa da, 91.58% istifadə nisbətiylə 1 nömrədəki yerini qorudu.
Paylaş :
  • 0
  • 2 апреля 2010, 14:49
  • Weboxu
  • 1

Texnologiya →  Ubuntu və Yahoo razılaşması.


2009-cu ildə Yahoo`dan az xəbər alırdım. Nə axtarışını düz-əməlli inkişaf elətdirdi, nə də başqa tutarlı bir yenilik elədi. Məəncə Yahoo`nun axtarış motorunda çox böyük üstünlüyü var. İndi isə fikrimcə Yahoo`nun əlində ən yaxşı proyekt Flickr`du. Deyəsən 2010`da Yahoo yenidən meydanlara qayıdır. O Google və Bing`ləmübarizəyə başlayacaq. İlk xəbər isə Ubuntu ilə razılaşması oldu.
Ubuntu Linux`un arxasındakı şirkət Canonical, Yahoo ilə əldə etdiyi razılaşma nəticəsində əməliyyat sisteminin standart olaraq Yahoo axtarış mühərrikini istifadə etməsi qərarlaşdırıldı. Daha doğrusu, Ubuntu üzərində istifadə edilən Firefox brouserinin axtarış mühərriki Yahoo`ya çevrildi.
Ubuntu 10.04dən etibarən etibarlı olacaq bu dəyişmə, razılaşma şərtləri arasında olan bir gəlir paylaşımı maddəsinə söykənir.
Təbii bu seçim məcburit deyil. İstifadəçilər istədikləri axtarışı seçə biləcəklər.
Paylaş :

Blog: Emin →  Linux.az | Azərbaycan Linuks İstifadəçiləri Qrupunun rəsmi saytı

Bildiyiniz kimi, təxminən 2006-cı ilin əvvəllərində müəyyən texniki və
qeyri-texniki səbəblərdən, Linux.az fəaliyyətini dayandırmışdır.
Bugün saytın bərpası üçün ilk addım atıldı: www.linux.az yenidən işə salındı.
Növbəti addımlar məzmunun bərpası və yeni məlumatların dərc olunması olacaq.

Xatırladaq ki, vaxtı ilə Azərbaycan Linuks İstifadəçiləri Qrupunun bir çox nəaliyyətləri mövcud idi, məsələn, OpenOffice.org.az (OpenOffice.org Azərbaycan lokalizasiyası), Lin.az (Mandriva əsaslı Azərbaycandilli Linuks distributivi), Linuks tabanlı (və həmçinin çox-platformalı) FireFox və Drupal kimi müxtəlif skript və proqram dəstlərinin lokalizasiyaları.

Yaxın zamanda bu istiqamətlərdə fəaliyyətin bərpa olunması üzrə işlər aparılmaqdadır.
Paylaş :
  • +1
  • 22 января 2010, 17:16
  • Emin
  • 7