İnternet →  LinkedIn, SlideShare-i satın aldı


LinkedIn professional məzmun paylaşma platforması SlideShares-i satın aldı.
Satın almanın 118.75 milyon dollar olduğunu və 45% nağd, 55% hissə alışı ilə əməliyyatın reallaşacağı ifadə edilir.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Tural →  Vəfat etdikdən sonra sosial şəbəkələr və e-poçt hesablarınızın silinməsi


Həmişə düşünülən məsələ olubdur. Öldükdən sonra bu hesablarımız nə olacaq? Nə olacağını yaxınlarınıza bu yazını bildirməniz bəsdir. Qalanını onlar edəcək :)

FACEBOOK

Facebook, vəfat edən yaxınlarının hesabını silmək istəyən ən yaxın qohumların istəklərini bir müraciət formasıyla qeydə alır. Bu əməliyyat sonunda vəfat edən adamın profili və əlaqəli bütün məzmunlar Facebookdan tamamilə qaldırılır. Və ya vəfat edənlərin profilləri bir xatirə səhifəsinə çevrilə bilir. Müraciət formasına http://on.fb.me/wa02ok ünvanından baxa bilərsiz.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil marketing →  Linkedin də mobil reklamlara başlayacaq


Mobil istifadənin artmasına düz mütənasib olaraq mobil reklamlara verilən əhəmiyyət də artır.

Əksər sosial media istifadəçilərinin öz hesablarını tez-tez mobil cihazlarından nəzarət etdikləri bilinir. Bu da həmin platformaların mobil reklamlara maraq göstərməsinə səbəb olur.

Birjaya açılmazdan əvvəlində istifadəçilərinin çoxunun Facebook mobil tətbiqini istifadə etdiyi halda, heç mobil gəlirinin olmaması ilə diqqət çəkən Facebook, mobil reklamlara yönələcəyini ifadə etmişdi. İndi isə növbəti sosial media nəhənglərindən Linkedin də mobil reklamlara başlayacağını açıqladı.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Sosial Media-dan son statistikalar


Video Infographs firması 2011-ci ilin sonuna doğru, Sosial Media üzrə statistikalardan ibarət video infoqrafika hazırladı. Statistikada bir sıra maraqlı məlumatlar yer alıb:
İlk olaraq Google ilə Facebook qarşılaşdırılıb. Google-un təkcə axtarış sistemini götürsək, Facebook-un reytinqdə onu keçdiyi vurğulanır.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 1 декабря 2011, 01:24
  • Weboxu
  • 1

Sosial Media →  Linkedin iş elanları saytları üçün button istifadəyə verdi

Sosial medianın biznes əsaslı sosial şəbəkəsi Linkedin internet saytlar üçün öz imkanlarını açmağa davam edir. İlk əvvəl saytlar üçün share, linkedinlə daxil olma imkanı, profil badge və s. kimi xidmətlər verir. 100 milyondan çox istifadəçisi olan sayt biz növ online dünyadakı CV-imiz rolunu öz üzərinə götürməyə çalışır. Bunu da kifayət qədər yaxşı yerinə yetirir.
Artıq sistem daha da irəli gedərək, iş elanları saytları üçün də bir imkan yaradır. Elan saytlarına yerləşdiriləcək bir düymə (button) sayəsində Linkedin istifadəçiləri bir kliklə həmin iş üçün müraciət edə biləcəklər. Bu barədə Linkedin rəsmi blogundan məlumat verib.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Linkedin-in birjada ilk günü uğurlu keçdi


İş əsaslı sosial şəbəkə saytı LinkedIn bu gün etibarilə New York Qiymətli kağızlar birjasında LNKD simvoluyla icra olunmağa başladı. LinkedIn səhmlərin açılış qiyməti 45$ olaraq təyin olunmuşdu. Əməliyyatlar başladıqdan qısa müddət sonra səhmlərin qiyməti 92.99$'a qədər yüksəldi.Gün ərzində isə 122 dollara qədər yüksəlib.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 20 мая 2011, 02:39
  • Weboxu
  • 1

Sosial Media →  100 milyon peşəkar - Linkedin


Linkedin 100 milyon istifadəç

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Linkedin-in Dəyəri 2,26 Milyard Dollardır


Facebook başda olmaq üzrə sosial şəbəkə saytlarının getdikcə qiymətini artıması və aldıqları sərmayələrə görə onlarının dəyərinin artmasını izləyirik. Biznes sosial şəbəkəsi olan Linkedin də üzv sayını və buna müqabil də dəyərini artırır.

Bloombergdən edilən yeni bir şərhə görə, Tiger Qlobal Management adlı bir sərmayə fondunun (hedge fund) 1%-lik hissə qarşılığında Linkedinə 20 milyon dollar sərmayə qoyması Linkedini 2,26 milyard dollarlıq bir dəyərə çatdırdı. Birjaya açılması ilə birlikdə bu sərmayənin dəyər qazanacağı düşnülür.

Onu da xatırladaq ki, Tiger Qlobal Managementin sərmayə qoyduğu şirkətlər arasında Zynga da var.
Paylaş :

İnternet →  Linkedin də, rəsmi paylaşım buttonu çıxardı

Facebook-un share buttonundan sonra artıq bir çox sosial platformaya məxsus share buttonları çıxmağa başladı. Xüsusən ruslar bu sahədə çox aktivdir — vKontakte, Odnoklassniki, Mail.ru. Dünyada məşhurlardan Twitter axırıncı dəfə share buttonu çıxardığının şahidi oldum. Düzdü hələki onun rəsmi buttonunu istifadə etmirik Weboxuda. Səbəb isə işləmə stabilliyi qane etmir. Ondansa tweetmeme daha yaxşıdır. Baxmayaraq ki, elə Twitterin rəsmi buttonunun mühəndisi də tweetmeme-nin mühəndisidir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 1 декабря 2010, 18:36
  • Shaig
  • 5

Təhlil →  Azərbaycan üçün Sosial Media statistikası [diaqram]


StatCounter, GlobalStats adı ilə mütəmadi olaraq, müxtəlif qlobal statistikaları açıqlayır. Əməliyyat sistemlərindən tutmuş, axtarış sistemlərinə qədər bir çox statistikanı təqdim edir. Statistikanın tam dəqiqliyinin nə dərəcədə olduğunu bilmirəm, ancaq kifayət qədər istinad mənbəyidir. Ümumi qlobal statistikadan başqa, ölkələr üzrə də məlumat verir. Hətta Azərbaycan üçün də statistik məlumatları var. Az-çox digər məlumatlar haqqında təsəvvürümüz var. Ona görə mənim də yeni gördüyüm sosial media haqqında olan diaqramlara baxdım. 2010-cu ilin ilk 6 ayının göstəricilərinin statistikası:

( Ətraflı oxuyun )
Paylaş :