Blog: Teodor86 → Amazon şirkəti elektron kitablar üçün yeni format təqdim edib

Amazon şirkəti elektron kitablar və növbəti nəsil jurnalları üçün Kindle Format 8 (KF8) formatını elan edib.
HTML5 və CSS3 kimi standartlara əsaslanan KF8 formatı Mobi 7 formatını əvəz edəcək. Amazon şirkətinin bəyanatına əsasən, KF8 formatı naşirlərə 150-dən çox müxtəlif formatlaşdırma funksiyaları təqdim edəcək.
( Ətraflı oxuyun )
- 0
- 26 октября 2011, 14:52
- şərh yaz
Mobil Texnologiya → Mobile OS-lərdə yeniliklər

Amazon webOS-i alır.
Mobil İnternet gedərək daha da çox yayılır. Yayılmağı ilə birgə Texnologiya şirkətlərinin də mobil texnologiyalara yatırımları daha artır.
Hewlett-Packardın radikal bir qərar alaraq bağladığı webOS mobil əməliyyat sistemi, sonunda yoluna davam edə biləcəyi bir tərəfdaş tapdı. Amazon, webOS-in yaradıcısı Palm firmasıyla maraqlanır. Amazon ötən günlərdə təşkil etdiyi mətbuat konfransında bu bazara da daxil olmuşdu. Satın alma əməliyyatı reallaşdığı təqdirdə, Amazondan daha çox planşet görmə ehtimalımız yaranır.
MeeGo proyekti Tizen OS-ə çevrilir
( Ətraflı oxuyun )
- +2
- 1 октября 2011, 02:27
- şərh yaz
Mobil Texnologiya → Amazon-dan Androidli planşet: Kindle Fire

Amazon yeni Android əməliyyat sistemli adlı planşetini tanıtdı. Bu amazonun cihazlarının hələki ən sonuncusudur. Amazon Kindle barədə blogumuzda .
Yeni cihaz 15 noyabrdan etibarən istifadəyə təqdim ediləcək. Cihazın 1024 x 600 həllolma əmsalı olan, 7 düymülük IPS ekranının parlaq və rəng baxımından zəngin olduğu ifadə edilir. Ayrıca ilk dəfə bir Kindle modelində Gorilla Glass görə bilərik. Hər nə qədər Kindle Fire Android əsaslı bir planşet olsa da, Amazonun bu planşet üzərində etdiyi radikal dəyişikliklər sayəsində Androidin xüsusiyyətləi bir xeyli arxa plana alınmış vəziyyətdədir. Cihazın təməlinin Android 2.3 olduğunu bildirək. Amazon bu planşet üzərində multimedia və e-kitab xidmətlərini, ayrıca Amazon Silk adını verdiyi yeni internet brouserini ön plana çıxarıb. İstifadəçi interfeysinin təməli kitab rəfi şəklində platforma üzərinə quruludur. Burada virtual kitablar, jurnallar, CD-lər və bütün tətbiqlər göstərilə bilir. Ən çox istifadə edilənlər isə ən başda görünür, ayrıca favorit məhsul və tətbiqləri favoritlər rəfinə qoymaq da mümkündür. Digər yandan, Qəzet Dileri, Kitablar, Musiqi, Video, Sənədlər, Tətbiqlər və Web kimi fərqli tablar da interfeysdə mövcuddur.
( Ətraflı oxuyun )
- +3
- 29 сентября 2011, 00:25
- 3



