Android →  Androidin Jelly Bean-dən sonrakı versiyasının da adı barədə məlumatlar var


Google-un populyar əməliyyat sistemi Android-in versiyaları rəqəmlərlə birlikdə, şirniyyat adları ilə də kodlaşdırılır. Androidin bir sonrakı böyük versiyası, yəni beşinci versiyasının Jelly Bean olaraq adlandırılacağı barədə çoxdan texnologiya bloglarında məlumatlar var. Bu sahədə mənbələrin güclü sübutları da mövcuddur. İlin ortasında çıxması gözlənilən bu versiyaya daha aylar varkən, altıncı versiyanın adı mövzusunda da ipucları gəlməyə başladı.

The Verge-in öz qaynaqlarından aldığı məlumatlara görə Jelly Beanın ardından gələcək olan Android versiyası Key Lime Pie adı ilə gələcək.
Bu qaynaq ötən il Jelly Bean adını da ilk xəbər verən qaynaqdır. Yəni, növbəti versiyanın bu adla çıxması ehtimalı bir xeyli yüksəkdir.
Paylaş :
  • 0
  • 9 марта 2012, 17:28
  • Weboxu
  • 1

Android →  Android 5.0 Jelly Bean bu ilin 2-ci rübündə istifadəyə verilə bilər


Google Android 4.0 Ice Cream Sandwich, daha yeni istifadəyə verilməyə başlamasına baxmayaraq artıq 5.0 haqqında məlumatlar yayılmağa başlayıb. Digitimesin Tayvan mərkəzli tədarükçülərdən öyrəndiyi məlumatlara görə kod adı Jelly Bean olacaq Android 5.0 əməliyyat sistemi, 2012-ci ilin ikinci rübündə çıxacaq.

( Ətraflı oxuyun )
Paylaş :