EduCat → eduCat IT kursları
Hər birinizi salamlayırıq. Yeni uğurlar əldə etmək üçün hər birimizə biliklər və bu bilikləri təsdiq edən sertifikatlar lazım olur. Biz, eduCat tədris mərkəzi olaraq, Azərbaycanda ən ilk IT tədris mərkəzi kimi keçirdiyimiz seminarlar, tədris etdiyimiz istiqamətlər üzrə treninqlər haqda sizlərlə məlumat bölüşümü edirik.Tədris mərkəzi haqqında bir neçə maraqlı faktı sizinlə bölüşmək istərdim:
eduCat tədris mərkəzi 1998-ci ildə yaranıb və bu günə kimi 15 mindən çox tələbə bizim kurslarda təhsil alıb. Microsoft, Cisco, VMware, Oracle, Unix/Linux, SAP, ITIL, Project Management, Biznes-training, Java, 1С: Предприятие, Adobe, İnformasiya təhlükəsizliyi (ISO 20000, 27000 və s.) və Microsoft Office istiqamətləri üzrə kurslar keçirilir. Müəllimlər yerli, eləcədə əcnəbi mütəxəssislərdir. Keçirilən kurslar üzrə(məs. Microsoft, Cisco və s. sertifikatları) imtahan vermək üçün Prometric və Pearson VUE imtahan mərkəzləri var.
WebOxu kollektiv IT blog olduğuna görə, burada Azərbaycanın İnformasiya Texnologiyaları üzrə ən tanınmış insanları, eləcədə bu sahə üzrə maraqlanan ən fəal gənclər toplaşıb. Bu cəhətdən, sizlərlə bölüşəcəyim kurslar, gələcəyinizi qurmaq üçün lazım olan məqamlardan biridir. Buyurun, bu ilin yanvar-fevral ayları üçün eduCat tədris mərkəzinin cədvəlini Sizə təqdim edirəm:
( Ətraflı oxuyun )
- 0
- 16 января 2012, 16:47
- 1
Blog: adilaliev → "JAVA ilə obyekt-yönümlü proqramlaşdırma" ACM tədris modulunun nümayişi
ACM-in Bakı Dövlət Universiteti bölməsinin növbəti tədbiri JAVA ilə obyekt yönümlü proqramlaşdırmaya həsr olunub. Tədbirdə ACM üzvlüyünə aid olan kurslardan birinin nümayişi ediləcək və nümayişdən sonra mütəxəssislər iştirakçıların suallarını cavablandıracaqlar.

Tədbir 24 dekabr 2011-ci tarixində saat 13:30-da, Bakı Dövlət Universitetinin yeni tədris korpusunda, Koreya İnformasiya Mərkəzində baş tutacaq. Ətraflı məlumat üçün məlumatlana bilərsiniz.
Xatırladaq ki, ACM Student Chapter — Baku State University 2011-ci ilin May ayından fəaliyyətə başlayıb.

Tədbir 24 dekabr 2011-ci tarixində saat 13:30-da, Bakı Dövlət Universitetinin yeni tədris korpusunda, Koreya İnformasiya Mərkəzində baş tutacaq. Ətraflı məlumat üçün məlumatlana bilərsiniz.
Xatırladaq ki, ACM Student Chapter — Baku State University 2011-ci ilin May ayından fəaliyyətə başlayıb.
- +1
- 23 декабря 2011, 01:24
- şərh yaz
Blog: adilaliev → Java SE7 imtahanı açıldı

Oktyabrın 5-i Java SE7 imtahanının tezliklə açıq elan olunacağı haqqında deyilmişdi.
Nəhayət bu gün imtahanın beta versiyasının açıldığı elan edildi. İmtahan şərtləri və detallarını öyrənə bilərsiniz.
Beta periodunda imtahanın qiyəti 50$-dır. OCA üçün upgrade imkanı verilməyib. OCP üçün isə upgrade etmək imkanı verilib. Adlanmada da yüngülvari dəyişikliklər edilib.
- +1
- 13 октября 2011, 01:02
- şərh yaz
Google → "Around the Google Technology" tədbiri uğurla başa çatdı.
Baku GTUGın ikinci tədbiri oktyabr ayının 1-i 2011-ci il, Qafqaz Universitetinin konfrans zalında baş tutudu. Hava şəraitinin pis olmasına və gözlənilməz texniki problemlərin yaşanmasına baxmayaraq tədbir zalında 100ə yaxın iştirakçı var idi. Tədbir planlaşdırılıandan daha uzun, 4 saat çəkdi.
( Ətraflı oxuyun )
- +2
- 2 октября 2011, 10:53
- 1
Texnologiya → Javanın Yaradıcısı Google-a keçdi

Java proqramlaşdırma dilinin yaradıcısı James Gosling artıq Google-un işçilərindən biridi. İşdə bu təəccüblü
Sun Microsystems-də işləyərkən başladığı bir proyekt ilə bu gün kompüterlərdə və mobil cihazlarda yazılan bir çox proqramın arxasındakı əsas fiqur olan addır. Hətta belə ki dünyanın ən məşhur mobil əməliyyat sistemi olan Androidin zəngin mobil application arxivinə baxdığımızda Javanı görürük.
( Ətraflı oxuyun )
- +2
- 29 марта 2011, 13:57
- şərh yaz
Texnologiya → Oracle-dan Java üçün təcili update
Oracle Javada olan vacib bir bug üçün təcili olaraq update çıxardı. Update-ləri 3 aylıq aralıqlarla yayımlayan Oracle bug-ın bir sonrakı uptade-i gözləyə bilməyəcək qədər vacib olduğunu ifadə etdi.Sözü gedən bug «2.2250738585072012e-308″ sayının və bənzər törəmələrinin əməliyyatı əsnasında Javanın sonsuz döngüyə girməsynə səbəb olur. Nəticə olaraq sistem crash olur və ya DOS hücumlarında olduğu kimi çökür. Bu açığı hədəf alaraq edilə biləcək hücumlarda Java əsaslı əlavələrin və veb serverlərinin risk altında olacağına diqqət çəkilir. Oracle səhifəsində mövcud vəziyyətdən təsirlənən paketlərin siyahısı nəşr olundu.
Tərkibində 60′dan çox update olan son Java update-i keçən ay yayımlanmışdı.
Ətraflı və .
- +2
- 10 февраля 2011, 17:57
- şərh yaz
Blog: raminorucov → Java ilə obyekt yönlü proqramlaşdırma üzrə hazırladığım video dərslər

Sizlərə Java ilə obyekt yönlü proqramlaşdırma üzrə hazırladığım video dərsləri təqdim edirəm.
Hal hazırda 2 dərs var. Dərslər azərbaycan dilindədir.
( Ətraflı oxuyun )
- +6
- 15 декабря 2010, 12:36
- 9
Google → Oracle Google-u məhkəməyə verdi
Oracle, axtarış nəhəngi Google-u məhkəməyə verdi.İddianın səbəbi olaraq Android proqramının, Oraclenin Javayla əlaqədar olan patentləri və müəllif haqqları olaraq göstərilir.
Sun Microsystems-i və onların məhsulu Java texnologiyasını bu ilin başlarında satın alan Oracle-ın iddiası Android yazılarkən Java texnologiyasını istifadə edən Google-un daha əvvəl Oracle-da işləyən Java mütəxəssislərini işə götürdüyü və bu çalışanlar üzərindən Oracle texnologiyalarını icazəsiz istifadə etdiyi istiqamətindədir.
Oracle-ın nümayəndəsi Karen Tillman mövzuyla əlaqədar olaraq, «Google, Androidi düzəldərkən, bilərək, birbaşa olaraq və təkrar təkrar Oracle-ın Javayla əlaqədar olan haqqlarını pozmuşdur.» dedi.
Lakin mütəxəssislər tam tərsini söyləyir.
Google, Androidi yazarkən Java-ya yaxın Dalvik adını verdikləri texnologiyanı istifadə edib. Dalvik, Java «clean room» versiyasıdır. Yəni sıfırdan Javaya uyğun olaraq yazılıb ancaq java deyil. Sistem Oracle-ın sahib olduğu texnologiyaları istifadə etmədən yazılıb. Google da sözlərini bunu deyərək dəstəkləyir: "Əgər bir Java tətbiqini Androidə birbaşa yükləsəniz bilməzsiniz. Dalvik istifadə edərək yenidən yığmalısınız."
- 0
- 15 августа 2010, 17:26
- 1
Texnologiya → Proqramlama dillərinin reytinqi
2010-cu ilin fevral ayına olan proqrama dillərinin statistikası açıqlanıbdı. Keçən illə müqayisəli olaraq verilən maraqlı göstəricilər var:

Deməli sevimli proqramlama dilim olan PHP 2 pillə qalxaraq 3-cü yer olubdu. 2-ci yer C, 1-ci yer isə JAVA`dır. Bir də mənə ən maraqlı gələn məqam isə Google`un yaratdığı dil olan GO dilinin belə sıçrayışıdır. Deməli 1 il belə olmadan həmin dil reytinqdə 13-cü yerə qalxıbdı.

Deməli sevimli proqramlama dilim olan PHP 2 pillə qalxaraq 3-cü yer olubdu. 2-ci yer C, 1-ci yer isə JAVA`dır. Bir də mənə ən maraqlı gələn məqam isə Google`un yaratdığı dil olan GO dilinin belə sıçrayışıdır. Deməli 1 il belə olmadan həmin dil reytinqdə 13-cü yerə qalxıbdı.
- 0
- 14 февраля 2010, 22:29
- 3



