Blog: Teodor86 →  Honda konserni Asimo robotunun təkmilləşdirilmiş versiyasını təqdim edib



Yaponiyanın Honda Motor sənaye konserni bu günlərdə artıq Honda-nın simvollarından biri olmuş məşhur Asimo robotunun yenilənmiş modelini təqdim edib. Robotun yeni versiyası daha ağıllıdır, özünü kələ-kötür səthlərdə tarazlaya, bir ayaq üstündə tullana, soyuq və isti suyun təsirinə məruz qala və hətta yüksək radiasiyalı, məsələn Fukusima Atom Elektrik Stansiyasındakı obyektlərdə bəzi əməliyyatlar yerinə yetirə bilər.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Teodor86 →  Yaponiyada 1400 dollar dəyərində kürəşəkilli uçan robot yaradılıb

Yaponiyanın Müdafiə Nazirliyi yeni kürəşəkilli uçan robot təqdim edib. Uçan robot həm üfüqi, həm də şaquli hərəkət edə bilir. Yeniliyin tərtibatçıları bildiriblər ki, qurğu satışda mövcud olan komponentlərdən yaradılıb, uçuş zamanı robot 40 kilometr/saata qədər sürətini artıra bilər, monitorinq və nəzarət vasitələrinə malikdir. Qiyməti 1400 dollardır.

Tərtibatçılar bildiriblər ki, hal-hazırda robotun mövcud versiyası operator tərəfindən idarə olunur, lakin yaxın vaxtlarda maşın məkanda operativ istiqamətlənərək özü uçuş proqramlarını yerinə yetirə biləcək.



Mənbə: cybersecurity.ru/it/136805.html
Paylaş :

Blog: Teodor86 →  Pic3D plyonkası adi ekranı 3D panelə çevirəcək


Yapon şirkəti Global Wave Pic3D plyonkasını hazırlayıb. Onun sayəsində adi ekranda stereoskopik təsvirə baxmaq olar.

Pic3D-nin iş prinsipi pilləli linzalar sistemindən istifadəyə əsaslanıb. Global Wave bəyanatına əsasən plyonka işığın 90%-ni keçirdir və görünüş bucağı 120 dərəcəyə qədər təşkil edir. Bu halda həcmli şəklə baxış üçün xüsusi eynək tələb olunmur.

( Ətraflı oxuyun )
Paylaş :