Microsoft → Artıq browser seçim hüququ sərbəst olacaq

Son zamanların browser dərdi artıq öz həllini tapacaq kimi görsənir. Xüsusilə Google və Çin arasında yaşanan browser söz-söhbətlərindən sonra Internet Explorer barəsində çox ciddi ittihamlar irəli sürülmüşdü. Nəticədə IE6`nı artıq Google öz məhsullarında dəstək verməməyə başladı. Sonra Almaniya və Fransa hökümətləri rəsmi şəkildə Explorerdən istifadə etməməyi tövsiyyə etdi. Elə bizim yerli internet saytları da bu barədə bəzi addımlar atdılar. Gedərək də öz nəticəsini verməyə başlayır. Digər bir tərəfdən isə Avropa Komissiyası, Microsoftun İnternet Explorer ilə monopoliya meydana gətirməyə çalışdığı iddiasıyla bir araşdırma başlatmışdı. Yəni hər tərəfdən sıxışdırılan Microsoft qərar gəlibdiki bundan xilas olsun. Belə ki, gələn həftədən 12 browser arasından seçim eləmək imkanı olacaq istifadəçilərin. Windows XP, Windows Vista və Windows 7`də belə bir imkanı yeni update ilə istifadəçilərə təqdim edən Microsoft ilk əvvəl bunu İngiltərə, Belçika və Fransada edəcək. Mart ayının ilk 10 günlüyündə isə bütün Avropanı əhatə etməyi düşünür. Ancaq Amerikada hələ ki bu tətbiq olunmayacaq. Ən azından bu haqda nəsə məlumatım yoxdur — heç yerdən oxumamışam.
- +1
- 23 февраля 2010, 16:18
- 9
Microsoft → Microsoft, İnternet Explorer`dən əl çəkmir və IE9 barədə fikirləşir.

Microsoft, tez-tez tənqid olunan İnternet Explorerdən imtina etmək niyyətində deyil. Son vaxtlar hər kəsin İE`dən kənar qaçır. Almaniya və Fransa rəsmi olaraq bundan istifadə etməmək barədə xəbərdarlıq edibdi. Ancaq bouserin böyük bir bazar payı var və Microsoft bunu yaxşı dəyərləndirmək istəyir. Ən sürətli veb brouser olacağını iddia etdiyi İnternet Explorer 9u bazara çıxartmaq üçün gün sayan firma, sürprizləri də əskik etmir. IE9`u bənzərsiz qabiliyyətlərlə təchiz etməyi və yenidən hakim və inanılan boruserə keçirməyi istəyirlər. Ancaq məncə artıq imicini korlanıbdı. Uzun müddətdir əsas boruser olaraq imtina etdiyim bu brouser nə qədər yenilənsə də nəsə mənə yapışmər istifadə etmək üçün.
İnternet Explorerin ən maraqlı bacarığı, ekran kartlarının prosessorundan və yaddaşından faydalanıb, Flash kimi qrafik ağırlıqlı formatlarla ilə hazırlanmış səhifələri çox daha sürətli açması olacaq. IE9un tək silahı bu deyil: İnkişaf etmiş JavaScript mühərriki ilə rəqiblərindən çevik bir quruluş və yüksək sürət vəd edir. Ancaq bunlar hələ sözdədir və rəqibləri texnoloji baxımdan onu üstələyirlər. Görək nəticə olacaq.
- 0
- 25 января 2010, 13:15
- 3
Microsoft → Almaniya İnternet Explorer`ə YOX deyir!
Çinli hacker`ların, Google hesablarını İnternet Explorerin , Almaniyanın nüfuzlu mərkəzlərini sərt qərarlar almağa məcbur etdi. Səlahiyyətli nümayəndələr, İnternet Explorerdən uzaq dayanılması mövzusunda .Çin ilə Google arasındakı əlaqələr, hacker skandalının ardından gərginləşmiş və qarşılıqlı bəyanatlarla qopma nöqtəsinə gəlmişdi. Daha sonra Google hesablarının, İnternet Explorer browseririnin bug`ından faydalanaraq sındırıldığı ortaya çıxdı.
Almaniya Federal Rabitə Təhlükəsizliyi Dairəsi, bu inkişaflardan yola çıxaraq, Explorer lazımı bug`ları bağlayana qədər məşhur browserin istifadə edilməməsi yolunda tövsiyə verməyi qərarı aldı. Çinli hacker`ların etdiklərinin, Google qədər Microsoftun da imicinə zərər vurubdur.
- 0
- 17 января 2010, 15:13
- 5
Texnologiya → Google`u hack`ləyən komanda İE6 bug`ından faydalanıb

Əvvəl McAfee sonra da Microsoftdan gələn açıqlamalara görə, da İnternet Explorer 6 açığından faydalanılıbmış.
Google`a zərbə yenədə ən yaxın rəqibindən gəlib demək olar. Bu dəfə isə istəmədən olubdu bu hadisə.
Googlenin məruz qaldığı və xeyli sinirləndirən hücumun məzmununu araşdıran McAfee mütəxəssisləri sistemdəki zəif halqanı tabıblar: İnternet Explorer 6. Təhlükəsizlik üzrə proqram təminatı şirkətinin ardından Microsoft Təhlükəsizlik Bölümü tərəfindən də təsdiqlənən bu məlumata görə, Google`a hücum edən qrup, İnternet Explorer 6`nın bug`ından faydalanıblar. Ancaq bu bug indiyə qədər təyin edilməyibmiş.
Hücum 3 etapda reallaşıbdı. Hücumun ölçüsü isə təhlükəsizlik sənayesində işləyən şirkətlərin məruz qaldığı ölçülərdə olduğu deyilir. Yenə McAfee`dən gələn bu açıqlamaya görə Google`un yaşadığı hücumun standart metodlarla bilmək qeyri-mümkün imiş. Yəni İE yenə də istifadəçilərinə problem yaradıbdı.
Ətarflı oxuya bilərsiniz.
- 0
- 15 января 2010, 20:03
- 8
Google → Chrome browserlər arasında 3-cülüyə qalxdı.

Gün keçdikcə İnternet Explorer istifadəçi itirir. Onun itirdiyi istifadəçiləri isə digər browserlər aralarında paylaşaraq öz istifadəçilərinin sayını artırırlar. Yeni məlumatlara görə, ən çox irəliləyən Chrome oldu. Google Chrome, %4.6 istifadə nisbəti ilə ilk dəfə olaraq Safarini keçdi. İnternet Explorer və Firefoxun ardında üçüncü sıraya qərarlaşan Google belə görsənirki üst yerlər üçün iddialıdır. Yəqin ki, Chrome OS`dan sonra istifadəsi daha da artacaq.
Ancaq birinci və ikinci sıradakı browserlərin olduqca böyük bir faizə sahib olması Chrome`un bir üst sıraya keçməsini çətinləşdirir. Yəni bu qısa zamanda reallaşmayacaq yəqinki. Çünki üst sıraların faiz nisbəti çox yüksəkdir.
İnternet Explorer, 2008in ikinci yarısından bəri enişdə olmasına baxmayaraq 62%lik bir istifadə nisbəti ilə birinci sıradakı yerini hələ də qoruyur. Bu uzun müddət də belə qalacağa bənzəyir. Çünki ikinci sıradakı Firefox, 24.6%`lik istifadə nisbəti ilə İnternet Explorerə çatmağı xeyli zaman alacaq. Üstəlik İnternet Explorerin faiz itirməsinə baxmayara FireFoxda bu belə deyil. Görək 2010-cu ilin sonunda vəziyyət necə olacaq.
- 0
- 4 января 2010, 12:07
- 2
Texnologiya → Firefox ilk dəfə İnternet Explorer 6`dan irəlidə
Oktyabr 2009`a aid statistikaya görə internet səyyahları tarixində ilk dəfə Firefox, Microsoft İnternet Explorer 6`nı geridə buraxdı.Hər ay açıqlanan browser istifadə nisbətlərində ilk dəfə İnternet Explorer 6ın yerini iyirdiyinə şahid oluruq. Cəmdə 3 fərqli versiyası ilə qabaqda gedən İnternet Explorer (IE) ailəsi, ən çox istifadə edilən fərdi IE6`dan öndə olan internet səyyahı isə başlıqdanda görə biləcəyiniz kimi FireFoxdur.
( Ətraflı oxuyun )
- 0
- 7 ноября 2009, 18:38
- şərh yaz



