Microsoft →  Internet Explorer 9 artıq Azərbaycan dilində


Press-reliz: Microsoft korporasiyası Internet Explorer 9 brauzerinin hazırda 93 dildə təqdim edilməsi haqda xəbər verdi. Son yeniləşdirmə Azərbaycan dili daxil olmaqla 53 əlavə dili dəstəkləyir. Beləliklə, bu göstəriciyə görə, Internet Explorer 9 brauzeri Windows əməliyyat sistemi üçün brauzer təqdim edən rəqiblərini qabaqlayır ki, bu da Microsoft-un brauzerini tarix boyu ən güclü rəqibə çevirir və şirkətin müştərilər qarşısında götürdüyü öhdəliklərin icrasına yönələn istiqaməti təsdiq edir. Yeni brauzer Microsoft Windows Vista, Windows 7 və Windows Server 2008 əməliyyat sistemlərində işləyir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 9 июня 2011, 13:32
  • Weboxu
  • 3

Microsoft →  Internet Explorer 9 rəsmi versiyası təqdim olundu

Press-reliz:Microsoft korporasiyası Internet Explorer 9 brauzerinin rəsmi versiyasını təqdim etdi. Microsoft Azərbaycan şirkətindən verilən məlumata əsasən, Internet Explorer 9 yüksək səviyyəli təhlükəsizlik, məxfilik, həmçinin təkmilləşdirilmiş internet-baxış xarakteristikalarını təqdim edir. IE9-da icra olunmuş texnologiyalar fasiləsiz İnternet-sessiyanı təmin etməyə imkan verir.

Internet Explorer 9 brauzeri saytlarda iti sürəti təmin edir və kontnentin baxılması üçün təkmilləşdirilmiş imkanları təqdim edir. Belə ki, videogörüntü daha parlaq, səhifələr isə daha tez yüklənilir.

Internet Explorer 9 brauzeri müxtəlif zərərverici proqramlardan, fişinq hücumlarından və s. bu kimi təhlükələrdən qoruyur. Bu qorunmanın effektliliyi NSS Labs laboratoriyası tərəfindən təsdiq edilmişdir. NSS Labs laboratoriyasının verdiyi məlumata görə, yeni brazuer 99% qədər zərərverici proqramların və fişinq hücumlarının qarşısını alır. Bundan əlavə, IE9 uşaqların internetdə təhlükəziliyini təmin etmək məqsədilə valideynlər üçün müxtəlif alətlər təqdim edir: valideyn nəzarəti müəyyən saytlara məhdudiyyət qoymağa imkan verir.

( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  Internet Explorer 9 brauzerinin reliz-namizədi yükləmək üçün hazırdı


Microsoft korporasiyası yeni İnternet Explorer 9 brauzerinin reliz-namizədini buraxmışdır. Microsoft Azerbaijan şirkətindən verilən xəbərə görə, Azərbaycan istifadəçiləri həmin versiyanı www.microsoft.az saytından yükləyə bilərlər. Son versiyadan əvvəl buraxılan bu versiya tam funksionallığı daxil edir.

2010-cu ilin sentyabr ayında buraxılmış İE9-un test versiyasını bütün dünya üzrə 25 milyondan çox istifadəçi yükləmişdir. Qeyd etmək lazımdır ki, bu, brauzerin tarixində ən məşhur beta-versiyadır. Geniş əhatəli yoxlama proqramı sayəsində proqramçılar brauzerin təkmilləşdirilməsi üzrə minlərlə təkliflər almışlar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 14 февраля 2011, 13:21
  • Weboxu
  • 2

Microsoft →  Internet Explorer 9 çıxır


Microsoft uzun müddətdir üzərində işlədiyi yeni İnternet Exploreri hazırladığını açıqladı. Microsoftun yeni internet brouseri, açıqlamasının ardından Winreview.ru saytı tərəfindən internetə sızdırıldı. Son zamanlarda Microsoft əsaslı proqramların Rusiya əsaslı saytlar tərəfindən internetə sızdırılması da adi hal almağa başlayır.

( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  IE 9-un beta versiyası, sentyabrda çıxır


Dünyanın ən çox istifadə edilən browseri İnternet Explorerin yeni versiyasınə sentyabrda görə biləcəyik.

Ən yaxşı browser olduğunu müzakirə etmək olar, lakin İnternet Explorerin ən çox istifadə edilən browser olduğu bilinir. Edilən araşdırmalar bu rəqəmin 60% ətrafında olduğunu göstərir.

Yeni versiya İnternet Explorer 9-un avqust ayında ilk betasını bazara çıxaracağı düşünülürdü, lakin bu gözləmələr hələlik 1 ay təxirə salındı. Şirkətin söylədiyinə görə bu tarix «sentyabr başı» olaraq təyin olunub.

Bilindiyi kimi, IE9 Windows Vista və Windows 7də işləyəcək. Windows XP istifadə edənlər İnternet Explorer 9dan uzaq qalacaq. Browserin test versiyası bir neçə müddət əvvəl çıxarılmışdı və istifadəçilər tərəfindən də test edilir.
Paylaş :