Texnologiya →  Azərbaycan Intel Ümumdünya Elmi-Texniki Sərgisinə qoşuldu

Press-reliz: 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycan Intel Ümumdünya Elmi-Texniki Sərgisinə (Intel ISEF) qoşuldu. Sözügedən forum şagirdlər arasında keçirilən dünyanın ən miqyaslı elmi müsabiqəsidir. Hər il müsabiqənin final mərhələsində 50-dən çox ölkəni təmsil edən 3 minə yaxın şagird iştirak edir.

Intel ISEF zamanı şagirdlər onları maraqlandıran sahələrdə çalışan alim və mühəndislərlə ünsiyyət saxlamaq, onlara sual vermək və qarşılarında açılan perspektivlər haqda daha geniş məlumat əldə etmək imkanını əldə edirlər. Intel ISEF müsabiqəsinin 20-dən çox qalibi daha sonradan Nobel laureatı, 3-ü isə — riyaziyyat sahəsində ali mükafat olan Filds mükafatı laureatı seçilmişlər.

( Ətraflı oxuyun )
Paylaş :