Facebook →  Facebook, IPO-ya 38$-dan açıldı və ilk günlərdə səhmləri aşağı düşdü - [Yeniləmə#5]

Facebookun etdiyi açıqlama ilə gözlənilən IPO — birjaya açılma ilə əlaqədar detallar müəyyənləşdi. Açıqlamaya görə 18 May Cümə günü NASDAQ-da 421.233.615 hissəsinin, hissə başına 38 dollardan əməliyyata açılacaq. Daha əvvəl müxtəlif mənbələrdə səsləndiyi kimi şirkət birjada qısaltma olaraq FB simvolunu istifadə edəcək.

Hissələrin açılış dəyərinin rəsmi olaraq açıqlanmasından sonra bir sıra suallar da cavabını tapdı. Uzun müddətdir IPO-a açılandan sonra şirkətin dəyərinin nə qədər olacağı biznes dünyasının maraq obyektində idi. Beləliklə Facebook IPO-a son dövrlərin ən yüksək məbləği ilə açılır — 104 milyard dollardan. Ancaq birjada hissələrin dəyəri arta da, azala da bilər, bu zaman Facebook dəyəri düz mütənasib olaraq artacaq və ya azalacaq.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Birjadakı (IPO) Facebook


Xarici bazarı həyəcanlandıra Facebook-un birjaya açılma prossesi eyni zamanda Facebookla bağlı maraqlı statistikaları da ortaya çıxarır. İndiyə qədər bu qədər dəqiq rəqəmlərin açıqlamama səbəbi Facebookun qapalı şirkət olmağı idi. Artıq bütün rəqəmlər hər kəsə açıq olacaq.
Şirkətin səhmləri 5 milyard dollardan satışa çıxarılacaq.

Facebookun açıqlanan gəlirləri də olduqca yüksəkdir. 845 milyon aylıq aktiv istifadəçisi olduğu deyilən Facebookun 2011-ci ildə 3.71 milyard Dollar gəlir əldə edib. 2010-cu ilə görə iki qat olan bu gəlir miqdarının 1 milyard Dolları isə mənfəətdir. Ayrıca, şirkətin 3.9 milyard Dollar nağd pulu var.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 2 февраля 2012, 21:10
  • Weboxu
  • 4