Blog: thebayramli → Wordpress.org ABŞ-da yeni IP qanunun əleyhinə etiraz üçün qara dizayna boyanıb

Hər gün girib yoxladığım saytına girərkən saytın əvvəlkindən tam fərqli qara dizayna büründüyünü görüb oxumağa başladım. Yazılanlara görə bir çox veb saytlar etiraz aksiyasına başlamışdır. Səbəb isə ABŞ konqresində İnternetin azadlığına bais olacaq «Intellektual Mülkiyyəti mühafizə etmək» («Protect IP») qanununun qəbul edilməsinə etirazdır. Wordpress.org ziyarətçilərə etiraz etmək üçün müraciət edir. Konqressə etiraz məktubu yazılmağı xahiş olunur. ABŞ konqressinə etiraz məktubu yazmaq üçün hazır daxiletmə formu da yaradılmışdır. Hətta bu etiraz aksiyasına qoşulmaq üçün saytın dizaynını qara rəngə çevirəcək pluginlərin də yüklənməsini təklif edirlər. Bu qanunun zərərlərin izah etmək üçün isə video rolik də hazırlayıblar. Video roliki bura da yerləşdirirəm:
- +1
- 18 января 2012, 22:11
- 7



