Twitter →  Twitter, iOS və Android app-larını yenilədi


Yenilən app-ların bir sıra xüsusiyyətləri daha da zəngiləşdirilib.
Bu dəfə iki populyar mobil platforma üçün də eyni vaxtda yenilik edilib.
Yeni «update» sayəsində Twitterdə nələr olub bitdiyini izləmək artıq daha asan bir hal alacaq. Xüsusilə kəşf etmək, axtarmaq və bildirişlər daha funksional olub.

( Ətraflı oxuyun )
Paylaş :

Apple →  3-cü iPad seriyası "The New iPad" adlanacaq


Məlumat verdiyimiz kimi, mart ayının 7-də 3-cü nəsil iPad tanıdılacaqdı. Gözlənilən oldu və yeni məhsul tanıdıldı.
3-cü nəsil iPad-ların adı barədə də müxtəlif versiyalar var idi. Əksər insan onun adının növbəti bir rəqəm olacağını düşünürdü — iPad3. Bəziləri isə iPad HD olacağı barədə yazmışdılar. Ancaq heç biri olmadı. 3-cü nəsil iPad «The New iPad» kod adı ilə tanıdıldı. Bu Azərbaycan dilinə tərcümədə «Yeni iPad» mənasını daşıyır. Yəni, yeni iPadların adı «Yeni iPad» olacaq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 8 марта 2012, 03:52
  • Weboxu
  • 4

Mobil Texnologiya →  “Eurovision” müsabiqəsi ərəfəsində iPhone,iPad və iPodTouch üçün pulsuz Azerbaijan Pages proqramı yaradılmışdır

Press-reliz: Azərbaycanın mobil proqramların hazırlanması üzrə mütəxəssisləri iPhone, iPad və iPodTouch mobil qurğuları üçün nəzərdə tutulan pulsuz Azerbaijan Pages proqramını işləyib hazırlamışlar. Azerbaijan Pages proqramı interaktiv biznes-kataloqu və elektron xəritəni daxil edir, və Azərbaycan, İngilis və Rus dillərində çalışır. Qeyd etmək lazımdır ki, proqram artıq Apple onlyan-mağazasında yerləşdirilmişdir.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Google, Androidlərdə istifadə edilən "pattern unlock" patentini aldı


Apple-dan sonra Google da öz mobil əməliyyat sistemi Androiddə istifadə edilən ekran kilidi açma üsulunun patentini aldı. Bundan sonra Google-un icazəsi olmadan bu üsul istifadə edilə bilməyəcək.

İndiki vaxtda bir çox Androidli telefon istehsalçısı tərəfindən istifadə edilən bu ekran kilidi açma üsulu, əməliyyat sisteminin menyusunda var. İstifadəçiyə öz istədiyi fiquru çəkərək onu ekran kilidi kimi istifadə etməyə imkan verir.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  iPhone üçün Google+, ən çox endirilənlərdən oldu


iOS üçün Google+ app.-ı bildiyiniz kimi istifadəyə verildi. İlk əvvəl səhvən test versiyası yayımlanmışdı. Ancaq buna baxmayaraq app. günə uğurla başladı.
iOS üçün Google+ app.-ı yayımlandıqdan sonra təxminən 24 saat ərzində ən çox endirilən ödənişsiz app.lar siyahısının ən yuxarısına yerləşdi.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Skype iPad üçün app. hazırlayır

iPad-lardan telefon kimi istifadə etmək istəyənlərin köməyinə Skype çatacaq. Şirkətin yayımladığı təqdimat videosu iPad üçün hazırlanmış Skype app-nın hazırlanacağını işarə edir. Əslində istəmədən nəşr olunduğu düşünülən bu təqdimat videosu iPad üçün hazırlanmış, iPad 2′lərde video görüşmələrinə icazə verən əskiksiz bir VoIP tətbiqinin gəlişini ortaya qoyur.

Yazılanlara görə iPhone app-dakı bir çox xüsusiyyət iPad tətbiqinə də daşınıb. Çox təəssüf ki, fayl paylaşması kimi müxtəlif masaüstü versiya xüsusiyyətləri iPad app-da olmayacaq.
Paylaş :

Mobil marketing →  Android Mağazası, App Store-u "hər sahədə" keçmək üzrədir


Mobil reklam dünyasına istiqamətli analizləri ilə tanınmış Millennial Media firması, May ayı üçün olan hesabatını təqdim edib.

Hesabatda ən çox diqqət çəkən, başlıqda da ifadə olunduğu kimi, Android app.ların gəlir əsasında iOS platformasına çatmasıdır. Bildiyimiz kimi ötən aylarda Android «pulsuz app.larda» iOS-i onsuz da geridə buraxmışdı. Bu iki platforma ümumi gəlirdən təmin etdikləri 45% və 43%-lik pay ilə bazarın 90%-nə yaxınına nəzarət edirlər. Geriyə qalan bütün əməliyyat sistemləri isə 12%-lik bir dilimlə kifayətlənirlər.9%-i Blackberrylərə gedərkən qalan 3%-i isə gəlir sırasına görə Symbian, WP7 və WebOS arasında bölüşülür.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook-un iPhone üçün xüsusi foto app.-ı

Facebookun iPhone üçün xüsusi fotoşəkil app.-ı üzərində işlədiyi iddia edilir. TechCrunch bu proyektə aid bəzi fotolar və məlumatlar əldə edib. Facebook-un böyük bir parçasını meydana gətirən, hətta digər foto paylaşım saytlarına da təsir edən fotolar yeni hazırlanan bu app.-la birlikdə daha asan şəkildə paylaşılması hədəflənir.

Facebook iPhone foto app.-la əlaqədar olaraq hələ tam detallar ortaya çıxmmayıb. TechCrunchun əldə etdiyi bəzi kiçik məlumatlarla kifayətlənmək məcburiyyətindəyik. Bu app. Facebook içində Hovertown və ya WithPeople adlarıyla xatırlanmaqdaymış. Hər nə qədər ayrı bir app. kimi görünsə də, şəkildə gördüyünüz app. rəsmi iPhone application-a və sayta əvvəl-axır əlavə olunacağı düşünülür.
Paylaş :

Mobil Texnologiya →  Mobil əməliyyat sistemlərində daxili messenger


Mobil əməliyyat sistemləri bir-birləri ilə hər sahədə ciddi şəkildə rəqabət aparırlar.
Belə görünür ki, bu rəqabət sahəsində yeni mərhələ daxili mesajlaşma — messenger sistemləri olacaq. Bu sistemlər vasitəsi ilə eyni mobil əməliyyat sistemindən istifadə edən abonentlər öz aralarında internetdən (3G, wi-fi) istifadə edərək mesajlaşırlar. İstifadəçilər öz aralarında həm text, həm də multimedia faylları paylaşa bilirlər.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  WP7-də Android və iPhone app.larını istifadə etmək imkanı


Microsoft, Android və iOS platformasından app köçürmə interfeysi meydana gətirdi.

Microsoftun 'App Guy' adı ilə ortaya çıxardığı app köçürmə interfeysi, application developerlərin Windows Phone 7 app marketini zənginləşdirməsinə kömək edəcək.

( Ətraflı oxuyun )
Paylaş :