Google →  Google-un dəstəyini çəkəcəyi növbəti brouser versiyaları


Firefox 3.5, IE7Safari 3 növbəti brouserlərdir.

Keçən il Microsoftun veteran brouseri IE6-dan dəstəyini çəkən Google, bu səfər bir sonrakı nəsil brosuerləri hədəfə aldı.

1 Avqust tarixində Firefox 3.5, IE7 və Safari 3-dən dəstəyini çəkəcəyini açıqlayan Google, bu versiyalardan sonrakı versiyalara sahib brouserləri dəstəkləyəcək.
Google-un dəstək çəkmə səbəbi olaraq bir çox veb tətbiqinin köhnə brouserləri dəstəkləməməsi ehtimal edilir.
Paylaş :
  • +2
  • 2 июня 2011, 16:58
  • Weboxu
  • 1

Microsoft →  IE 9-un beta versiyası, sentyabrda çıxır


Dünyanın ən çox istifadə edilən browseri İnternet Explorerin yeni versiyasınə sentyabrda görə biləcəyik.

Ən yaxşı browser olduğunu müzakirə etmək olar, lakin İnternet Explorerin ən çox istifadə edilən browser olduğu bilinir. Edilən araşdırmalar bu rəqəmin 60% ətrafında olduğunu göstərir.

Yeni versiya İnternet Explorer 9-un avqust ayında ilk betasını bazara çıxaracağı düşünülürdü, lakin bu gözləmələr hələlik 1 ay təxirə salındı. Şirkətin söylədiyinə görə bu tarix «sentyabr başı» olaraq təyin olunub.

Bilindiyi kimi, IE9 Windows Vista və Windows 7də işləyəcək. Windows XP istifadə edənlər İnternet Explorer 9dan uzaq qalacaq. Browserin test versiyası bir neçə müddət əvvəl çıxarılmışdı və istifadəçilər tərəfindən də test edilir.
Paylaş :

Microsoft →  Microsoft, İnternet Explorer`dən əl çəkmir və IE9 barədə fikirləşir.


Microsoft, tez-tez tənqid olunan İnternet Explorerdən imtina etmək niyyətində deyil. Son vaxtlar hər kəsin İE`dən kənar qaçır. Almaniya və Fransa rəsmi olaraq bundan istifadə etməmək barədə xəbərdarlıq edibdi. Ancaq bouserin böyük bir bazar payı var və Microsoft bunu yaxşı dəyərləndirmək istəyir. Ən sürətli veb brouser olacağını iddia etdiyi İnternet Explorer 9u bazara çıxartmaq üçün gün sayan firma, sürprizləri də əskik etmir. IE9`u bənzərsiz qabiliyyətlərlə təchiz etməyi və yenidən hakim və inanılan boruserə keçirməyi istəyirlər. Ancaq məncə artıq imicini korlanıbdı. Uzun müddətdir əsas boruser olaraq imtina etdiyim bu brouser nə qədər yenilənsə də nəsə mənə yapışmər istifadə etmək üçün.

İnternet Explorerin ən maraqlı bacarığı, ekran kartlarının prosessorundan və yaddaşından faydalanıb, Flash kimi qrafik ağırlıqlı formatlarla ilə hazırlanmış səhifələri çox daha sürətli açması olacaq. IE9un tək silahı bu deyil: İnkişaf etmiş JavaScript mühərriki ilə rəqiblərindən çevik bir quruluş və yüksək sürət vəd edir. Ancaq bunlar hələ sözdədir və rəqibləri texnoloji baxımdan onu üstələyirlər. Görək nəticə olacaq.
Paylaş :
  • 0
  • 25 января 2010, 13:15
  • Shaig
  • 3

Blog: KoLGe →  İE 6 -nın "öldürülməsi" üçün 4 səbəb

Son günlərdə Google-a Çindən edilən hücumdan və nəticələrindən xəbərdarsınız. Google səbəkar olaraq İE-i göstərir… Haqlıdır da :) İnternet Explorer 6-nın artıq 10-dan yaşı var və dünya miqyasında istifadəçilərin hələ 15-20 faizi bu geridə qalmış brauzeri işlədir. İndi sizə bu brauzeri işlətməməyiniz üçün 4 tutarlı səbəb sayacam.



1. İE 6 ilə Sizin və şirkətinizin təhlükəsizliyi risk altındadır.
Google, Yahoo! və 20-ə yaxın iri şirkətlərin təhlükəsizlik xidməti bunu iddia edirsə, demək ki, həqiqətən məsələ ciddidir.

2. Dünyanın ən böyük(güc) dövlətlərindən olan Almaniya və Fransa QƏTİ şəkildə İE6 işlətməməyə çağırır.

3. Hətda Microsoft özü məsləhət görür ki, İE 6 istifadə etməyəsiz :)

və nəhayət

4. Nəzərinizə çatdırım ki, İE 6-da mövcud olan 142 «deşik»dən hələ ki, 20-i yamalanmayıb…

İE 6 bizi təhlükədən qoruya bilməz. İE 6 = Təhlükə

Mənbə: Mashable
Paylaş :
  • +1
  • 19 января 2010, 11:25
  • Panda
  • 10

Texnologiya →  Firefox ilk dəfə İnternet Explorer 6`dan irəlidə

Oktyabr 2009`a aid statistikaya görə internet səyyahları tarixində ilk dəfə Firefox, Microsoft İnternet Explorer 6`nı geridə buraxdı.

Hər ay açıqlanan browser istifadə nisbətlərində ilk dəfə İnternet Explorer 6ın yerini iyirdiyinə şahid oluruq. Cəmdə 3 fərqli versiyası ilə qabaqda gedən İnternet Explorer (IE) ailəsi, ən çox istifadə edilən fərdi IE6`dan öndə olan internet səyyahı isə başlıqdanda görə biləcəyiniz kimi FireFoxdur.


( Ətraflı oxuyun )
Paylaş :