İnternet →  Azərbaycan İnterneti 2011-ci ilin ilk yarımili: Statistikalar, Brouserlər - Opera liderdi

2011-ci ilin ilk yarım ili arxada qaldı. Düşünürəm ki, ilk yarımildə dəyişənlər barədə bir qədər araşdırma etmək olar. Əslində hadisələri baş verdiyi ardıcıllıqla onsuz da yazırıq. Ancaq olanlar barədə bir qədər müqayisəli və ətraflı yazmaq da olar. Texnologiya dayanmadan inkişaf edir və 6 ay əvvəli ilə indiki zaman arasında təəccüblü statistik göstəricilər də rast gəlmək mümkündür. Hesab edirəm ki, ilin sonuna doğru da belə hallar olacaq. Əvvəl bu yazını bir başlıq altında yazmağı qərarlaşdırsam da, sonradan yazının gedərək uzanmağına görə, hissələrə bölmək qərarına gəldim.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 12 июля 2011, 21:57
  • Shaig
  • 1

Təhlil →  Azərbaycanda browserlərin statistikası: Statcounter 2010


Mətbuatda oxuduğumuz kimi, brouser bazarında Explorer artıq öz mövqeyini itirir. StatCounter-a görə Avropada ümumiyyətlə liderliyi əldən verib. Dünyada isə kəskin azalma olmağına baxmayaraq hələki birinciliyini qoruyur. Ancaq kifayət qədər azalmaları var.
2009-un dekabr ayında bazarın 55.72%-ni tutan Explorer 2010-cu ilin eyni ayında 46.94%-ə geriləyib.
FireFox-da da az geriləmə var 31.97%-dən 30.76%-ə geriləyib. Ən çox diqqəti çəkən isə Chrome-dur. Demək olar ki Explorerin bazar payını tamamilə Chrome yeyir. 5.45%-dən 14.85%-ə qalxıb. FireFoxun son zamanlarda Chrome-a qarşı sürətdə uduzması olmasa idi bəlkə də Explorerin bazar payından FireFox da alardı. Amma həm Google-un öz saytlarında Chrome-u təbliğ etməyi, həm də keyfiyyətinin artımağı onu bazarda mühüm oyunçu edib. Yəqinki 2011-ci ildə bu 3 brouserin — İ.E. Firefox və Chrome-un yarışını izləyəcəyik. Bu artım faizi ilə getsə gələn ilin sonunda Chrome liderlik üçün Firefoxla mübarizə apara bilər.
Bazarda stabil oyunçu olan Safari və Opera-da olduqca cuzi artımla öz mövqelərini qoruyurlar:

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 6 января 2011, 16:00
  • Shaig
  • 5