Blog: farxadus →  @Bakcell Expert müsabiqəsi üçün Huawei Ideos s7 Slim icmalı

@Bakcell Expert Bakcell`in bu arada keçirilən Expert videomüsabiqəsi üçün ilk videomu təqdim edirəm! (ola bilər bir neçəsini belə əlavə edim)



Video üzərindən YouTube keçib, İnfoCity kanalına abunə (Subscribe) ola bilərsiniz. Çünki bu video icmallara davam edəcəyimi planlaşdırıram. inşaAllah!
Paylaş :

Android →  3 günlük Batareya saxlayan Huawei Honer


Avqust ayının son günlərində internetdə görüntüləri yayılan Huaweinin yeni Android əməliyyat sistemli ağıllı telefonunun olduqca yaxşı xüsusiyyətlərlə gələcəyi bilinirdi. Huawei markasına daha çox alt və orta seqment telefonlarında rast gəlirik. Lakin Honor bir az daha üst seqmentə xitab edən smartfon olacaq!

Ortaya çıxan texniki xüsusiyyətlərin bir qisimi təsdiqləndi. Huawei Honor, 1.4GHz tək nüvəli prosessor, 4 düyüm FWVGA (854 x 480 piksel) həllolma əmsalı, touchsreen ekran, 4GB Daxili yaddaş, microSD kart slotu (32GB-a qədər dəstəkləyir.), 512MB RAM, 8MP arxa, 2MP ön kamera və 1900mAh standart Lityum iyon batareya ilə gəlir. Sahib olduğu digər xüsusiyyətlər isə belədir;

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 27 сентября 2011, 16:07
  • Weboxu
  • 2

Android →  Huawei-dən Android 3.2 ilə işləyən planşet: MediaPad


Çinli istehsalçı Huawei, irəli düşərək Android 3.2 əməliyyat sisteminə sahib planşeti çıxaracaqları barədə açıqlama verdi. Məhsulun payız aylarında istifadəyə verilməsi planlaşdırılır.

Çinli mobil cihaz istehsalçısı Huawei, planşet bazarında Samsung və Apple-dən pay qoparmağa çalışan firmalardan yalnız biridi. MediaPad adlı planşet görünüş və təchizat olaraq digər planşetlərdən çox fərqli deyil. Tək bir şey xaric. Huawei MediaPad-ın fərqi Android 3.2 əməliyyat sisteminə sahib olmasıdı. Android istifadə edən bütün planşet istehsalçılarından əvvəl davranaraq Android 3.2 istifadə edən məhsulu açıqlayan firma istədiyi diqqəti beləcə üzərinə çəkə bildi.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 21 июня 2011, 00:30
  • Weboxu
  • 3