Blog: Tural → Vəfat etdikdən sonra sosial şəbəkələr və e-poçt hesablarınızın silinməsi

Həmişə düşünülən məsələ olubdur. Öldükdən sonra bu hesablarımız nə olacaq? Nə olacağını yaxınlarınıza bu yazını bildirməniz bəsdir. Qalanını onlar edəcək :)
Facebook, vəfat edən yaxınlarının hesabını silmək istəyən ən yaxın qohumların istəklərini bir müraciət formasıyla qeydə alır. Bu əməliyyat sonunda vəfat edən adamın profili və əlaqəli bütün məzmunlar Facebookdan tamamilə qaldırılır. Və ya vəfat edənlərin profilləri bir xatirə səhifəsinə çevrilə bilir. Müraciət formasına ünvanından baxa bilərsiz.
( Ətraflı oxuyun )
- +1
- 28 марта 2012, 13:25
- şərh yaz
İnternet → Hotmail tamamilə yenilənəcək

Microsoft, e-poçt xidməti Hotmail üçün 3 Oktyabr günü New Yorkda bir event təşkil edir. Dəvətnamədən belə görünür ki Microsoft 3 Oktyabr günü tanıdacaqları Hotmail barədə bir xeyli iddialı.
3 Oktyabrda təşkil ediləcək eventin dəvətnaməsində belə yazır: «Hotmail haqqında bildiyiniz hər şeyi unudun. Yalnız bu tarixi unutmayın: 03.10.11 Bazar ertəsi, New York. İndi Hotmailə ikinci dəfə nəzər salma zamanıdı.»
Microsoft-un e-mail xidməti bir zamanlar çox populyar olsa da, xüsusi ilə Gmail-dən çox geridə qalır. Yahoo da mail servisini intensiv yeniləyir. Belə görünür ki, Microsoft yarışda çox geridə qalmaq istəmir.
- +1
- 13 сентября 2011, 00:21
- 2
Microsoft → Microsoft-un Hotmail ilə bağlı rəsmi açıqlaması

Windows Live Hotmail istifadəçilərinin hesablarından e-poçtlarının itməsiylə əlaqədar 31 dekabr 2010 Cümə günündən etibarən mediada yer alan xəbərlərə istinadən Microsoft, 2 Yanvar 2011 Bazar günü etibarıyla mövcud problemin həll edildiyini bildirdi.
İnboxdakı (Gələn qutusu) e-poçtların itdiyi yönümdəki problemlərin aradan qaldırılmasıyla, istifadəçilərin itmiş məktubları geri qayıtdı.
İstifadəçilərin xüsusi e-poçtlarının yox olmasından qaynaqlanan narahatlıqdan ötəri kədərliliyini dilə gətirən Microsoft, gələn şikayətlərin səbəblərini qısa müddətdə təyin edərək sürətli şəkildə həll etdi.
Microsoft, gələn qutusundakı e-poçtlarına təkrar çatan istifadəçilərin eyni problemlə təkrar qarşılaşmasının qarşısını almaq üçün işlərini sürətlə davam etdirir. Mövzuyla əlaqədar daha detallı məlumat almaq istəyən istifadəçilər Windows Live-ın yardım saytı olan ünvanını ziyarət edə bilər.
- +2
- 6 января 2011, 00:39
- şərh yaz



