Tədbirlər →  "Android Erası 2" müsabiqəsinin yekunlarına dair tədbir keçirildi


Bazar günü — 6 may 2012-ci ildə, Qafqaz Universitetində Hackathon Azerbaijan-ın «Android Erası 2» müsabiqəsinin yekunlarına dair tədbir keçirildi. Tədbirdə baş sponsor olan Samsung şirkətinin Ukrayna ofisindən də nümayəndələr iştirak edirdilər. Tədbir iştirakçılarına Samsung-un öz əməliyyat sistemi olan Bada haqqında geniş məlumat verib sualları cavablandırdılar.
Sonra səhnəyə təşkilat komitəsi adından Rəşad Əliyev çıxdı və tədbirin statistik məlumatlarını bölüşdü. 15-23 mart tarixindən start götürən müsabiqəyə 124 müraciət olub. Bu müraciətlərdən 86 nəfər yarışmada iştirak hüququ qazanıb. Yarışma çərçivəsində iştirakçılar tərəfindən 15 mobil tətbiq yazılıb. Android həvəskarları üçün açıq olan “Eurovision” və “EuroCup” mövzusunda yazılan ən yaxşı proqram üzrə proqramçılar tərəfindən 6 tətbiq təqdim olunub.

( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  “Android Erası 2” müsabiqəsinin təqdimat mərasimi keçirilib


Yarış iştirakçıları ilə bağlı ətraflı məlumat vermişdik.
Press-reliz: 25 Mart 2012-ci il tarixində Xəzər Universitetində Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azerbaijan” çərçivəsində həyata keçirilən “Android Erası 2” müsabiqəsinin təqdimat mərasimi baş tutub.

Tədbiri açıq elan edən Təşkilat Komitəsinin üzvləri tədbir iştirakçılarını salamladıqdan sonra çıxışlara başladılar.

( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  “Android Erası 2” yarışmasında qeydiyyat başa çatıb


Samsung-un baş sponsorluğu ilə təşkil olunan “Android Erası 2” yarışmasının qeydiyyat mərhələsi artıq yekunlaşıb.

Bu gün – 24 mart tarixində “Android Erası 2” yarışması çərçivəsində Təşkilat Komitəsinin görüşü baş tutub. Görüşdə əsas müzakirə mövzusu mart ayının 15-dən etibarən start götürən seçim turunun nəticələri ilə bağlı olub.

( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  “Android Erası 2” mobil proqramçıların növbəti yarışması başlayır


Press-reliz: “Hackathon Azerbaijan” layihəsi çərçivəsində növbəti müsabiqəyə start verilir. Samsung-un platin sponsorluğu ilə təşkil olunan “Android Erası 2” yarışması istedadlı proqramçılara özünü ifadə etmə imkanı təqdim edir. Belə ki, müsabiqə iştirakçıları yarışma müddətində həm Android proqramlaşdırmaya aid müxtəlif biliklər əldə edəcək, həm bu istiqamətdə yazmış olduqları proqramları, müxtəlif tətbiqləri təqdim edəcək, həm də bir-birindən dəyərli hədiyyələrə sahib olma şansı qazanacaqlar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 15 марта 2012, 08:38
  • Weboxu
  • 8

Tədbirlər →  Hackathon Azərbaycan-nın "Android Erası" yarışması başa çatdı


Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azərbaycan Android Erası” yarışması artıq yekunlaşıb. Bu münasibətlə – 19 Fevral 2012-ci il tarixində Qafqaz Universitetində “Hackathon Azərbaycan Android Erası” yarışması qaliblərinin elan olunması ilə bağlı tədbir keçirildi.
Tədbirdə yarışma müddətində hazırlanmış lahiyələr haqqında ətraflı məlumat verildi. Beləliklə məlum oldu ki, layihə ərzində ümumən 98 ərizə verilib, bunlardan 13 iştirakçı proqram hazırlayıb və nəticədə 3 iştirakçı qalib seçilib.

( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  “Android Erası” yarışması çərçivəsində yazılmış layihələr


Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan “Hackathon Azərbaycan Android Erası” yarışması artıq yekunlaşıb.

Bu münasibətlə – 19 Fevral 2012-ci il tarixində saat 10:00-da Qafqaz Universitetində “Hackathon Azərbaycan Android Erası” yarışması qaliblərinin elan olunması ilə bağlı tədbir keçiriləcək.

Tədbirdə yarışma müddətində hazırlanmış lahiyələr haqqında danışılacaq, onlar haqda məlumat veriləcək və qaliblər elan olunacaq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 18 февраля 2012, 23:30
  • Weboxu
  • 2

Tədbirlər →  Hackathon Azerbaijan-da ilk təlim baş tutub.


Hackathon Azerbaijan-da təlimlər başlayıb. 8 yanvar bazar günü ilkin təlim baş tutub.
Təlim zamanı istifadə olunan materiallar isə, tədbirin rəsmi saytında yerləşdirilib:
Təlim proqramı:
— Android SDK, Eclipse, ADT ilə tanışlıq
— Android proqramlaşdırmaya giriş
— “Salam Dünya” – İlk proqram
— Repository
— Androiddə proqramlaşdırma imkanları və əsas API-lar

( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  "Hackathon Azerbaijan"-ın açılış tədbiri keçirildi


Bazar günü — 25 dekabr 2011-ci il tarixində Qafqaz Universitetində Hackathon Azerbaijan-ın açılış tədbiri keçirildi. Artıq tədbirə qeydiyyat başa çatıb. 98 nəfər iştirak üçün ərizələrini təqdim edib. Onlar arasından 75-i iştirak üçün qəbul edilib.
Açılışda Optimax Software şirkətinin rəhbəri Hüseyn Quliyev – “Proqramlaşdırma-son trendlər. Dünya istiqamətləri.” mövzusunda təqdimat etdi. Həm də iştirakçıların suallarını cavablandırdı. İngiltərədə fəaliyyət göstərən Azərbaycan şirkəti iştirakçıların da marağını cəlb etdi.
Növbəti təqdimatı isə Google şirkətinin mühəndisi Tural Bədirxanlı Hackathon mədəniyyəti barədə iştirakçıları məlumatlandırdı. Daha çox isə Google-da işə düzəlmənin yolları barədə iştirakçıların suallarına cavab verdi.

( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  Hackathon Azerbaijan açılış tədbiri

25 Dekabr tarixində saat 11:00-da Qafqaz Universitetində “Hackathon Azerbaijan” lahiyəsi çərçivəsində keçirilən “Andorid erası” müsabiqəsinin açılış tədbirinin baş tutması gözlənilir. ”Ready, Steady, Code!” adlanan tədbir müsabiqə iştirakçılarının “Hackathon Azərbaycan” haqda ətraflı məlumat alması və təcrübəli ekspertlərlə fikir mübadiləsi etməsi üçün nəzərdə tutulub. Əsas məqsəd iştirakçılara gələcək fəaliyyətlərində və yarışmada seçiləcək mövzuların seçimində köməklik göstərməkdir.

Tədbirdə tanınmış spikerlərin maraqlı çıxışları gözlənilir:

( Ətraflı oxuyun )
Paylaş :

Tədbirlər →  “Hackathon Azerbaijan”-da ilkin mərhələ qeydiyyatı başa çatıb

Hackathon Azerbaijan” lahiyəsi çərçivəsində keçirilən “Android erası” müsabiqəsinə qeydiyyat artıq başa çatıb. Qeydiyyata düşmüş iştirakçılar arasında seçim etmək və müsabiqənin açılış tədbirini planlaşdırmaq məqsədi ilə lahiyənin növbəti iclası 18 Dekabr baş tutmuşdur. Beləliklə toplantıda bu müsabiqənin ikinci turuna haqq qazanan namizədlərin adları da bəlli oldu. Uzun müzakirələrdən sonra, müraciət etmiş 98 nəfərdən 75 -i mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən səs birliyi ilə iştirak haqqı qazandı. Qeyd etmək lazımdır ki, iştirakçılar müxtəlif yaşda və statusda android həvəskarlarından ibarətdir. Bunların arasında Azərbaycanın aparıcı şirkətlərinin (“Sinam”,”İdrak”,”Risk”, “Azercell”, “Azerfon” və s) nümayəndələri, öndə gələn universitetlərin tələbələri, dövlət orqanları işçiləri (Rabitə və informasiya texnologiyaları nazirliyi) də var.

( Ətraflı oxuyun )
Paylaş :