İnternet →  HTML5 üçün "Last Call"

HTML5, gələcəyi parlaq olmasına baxmayaraq, hələ təzədir və standartlaşması uzun çəkəcək bir inkişaf dövrü keçəcək. HTML5-in, 2022-də tam olaraq aktiv hala gələcəyi düşünülsə də, bunun sürətləndirilməsi üçün işlər də görülür.

The World Wide Veb Consortium (W3C olaraq da bilinən Dünya Veb Birliyi), HTML5 üçün əhəmiyyətli bir addım olacaq Last Call proyektinin 2011 Mayda həyata keçiriləcəyini açıqladı.

Last Call, HTML5 standartına keçişdə üçüncü mərhələ olaraq hesab olunur və proyektin üçdə birinin tamamlanacağına işarə edir. Əgər bu sürətdə davam edilsə, 2022-ni gözləmək lazım olmayacaq və 2014-ün sonunda, HTML5 böyük ölçüdə standartlaşacaq.

HTML5 iş qrupunda, 50-dən çox təşkilat iştirak edir və hamısı da işi bitirmək üçün tələsir. Yenə də 2014-də tamamilə başa çatacaq demək çətindir. Hər halda bunun üçün tarix, deadline həmin vaxta qoyulmayıb. Sadəcə işlərin gediş sürətinə görə belə praqnozlaşdırılır.
Paylaş :

Google →  GMail üçün yeni HTML5 notification sistemi


GMail xüsisilə korporativ maillərin istifadəsi zamanı hədsiz əlverişli imkanlar təqdim edir. Bu səbəbdən bir çox insanın ilkin seçimidir. Gələn mailləri yoxlamaq, gtalk mesajlarına baxmaq üçün FireFox və Chrome-da xüsusi addonslar olur və bunlarla baxmaq mümkündür. GTalk proqramının özündə də bunu görmək olar.
Artıq isə gələn mail və chat mesajlarını əlavələr olmadan da görmək mümkün olacaq. GMail HTML5 ilə belə bir notification sistemi düzəldib. HTML5-i hal-hazırda təkcə Chrome daha yaxşı dəstəklədiyindən bu imkan da ancaq Chrome-da olacaq. Ən azından digər brouserlər növbəti versiyalarında dəstəkləyənə qədər. Bir qədər də deyəsən Chromed bird-ün reply gələndə istifadə etdiyi sistemə oxşayır. Alert onun kimi olur.

Maillərə aktivləşdirmə üçün bildiriş çıxır və bu sistemi aktivləşdirmək olur. İlkin aktivləşdirmə zamanı default olaraq ancaq chat mesajlarının notification-u aktivdir. Settingsə daxil olaraq, Desktop Notifications-ı tapmaq və New mail notifications on-u seçərək bütün maillər üçün də bu xəbərdarlığı ala bilərsiniz.
Paylaş :
  • +4
  • 27 января 2011, 16:03
  • Weboxu
  • 4

İnternet →  W3C-dən HTML5 üçün rəsmi loqotip

The World-Wide Web Consortium (W3C) HTML5 üçün yeni loqotipi təqdim etdi.
HTML5 xüsusilə ötən ilin ən çox müzakirə mövzularından biri halına gəlmişdi. Apple və Adobe arasında yaşanan mübahisələrin də təməlində dayanan HTML5 bəzi ekspertlər tərəfindən flash üçün tam bir alternativ olaraq görülür. Bəziləri üçün isə Flasha alternativlik üçün hələ çox tezdir.
Böyük video portallarının isə çoxu iPad, iPhone kimi Apple cihazlarına inteqrasiya edə bilmək üçün HTML5 standartlarından istifadəyə başladılar.
Yeni logo:

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 18 января 2011, 16:10
  • Weboxu
  • 5

Opera →  Opera həm Flash həm də HTML5 dəstəkləyəcək

Operanın cib telefonları üçün inkişaf etdirdiyi məşhur internet browseri Opera Mobile-ın yeni versiyası artıq həm Flash həm də HTML5 dəstəkləyəcək. Firma, təyin etdiyi yol xəritəsi daxilində bu planı tətbiqə keçirəcəyini rəsmi blog-unda qeyd edib.

Şirkətin açıqlamasında: «Yeni texnologiyalarla birlikdə Flash istifadəsi get-gedə azalsa da uzunca bir müddət fəaliyyətini itirməyəcək. Əgər telefonunuzda yüklüdürsə, Opera bunu dəstəkləməyə davam edəcək.»

Opera destkop versiyada istədiyi uğuru əldə edə bilməsə də, mobil bazarda kifayət qədər yüksək uğur əldə edib. Hər bir smartfon əməliyyat sistemləri üçün xüsusi buraxılışları var və mütəmadi yeniləmələri də edir. Opera əgər Flashı Skyfire kimi, telefonda qurulu olmadan da dəstəkləsə idi, rəqibsiz olardı.
Paylaş :

Təhlil →  HTML5 və Flash


Əvəllər düşünməzdim ki, HTML ilə Flash-ı bir-biri ilə qarşılaşdırmaq məntiqli gəlsin. İndi isə aktual qarşılaşdırmalardan biridir. Xüsusi ilə Apple`ın öz məhsullarında onu dəstəkləməməsi məsələni lap qızışdırır. İndi texnologiyada hər kəs Flasha qarşıdır kimi bir fikir formalaşmağa başlayır məndə. İlk olaraq S.Jobs — Apple, Flashı tərk etdi. Öz açıqalamarında Flashı dəstəkləməmə səbəblərinin başlıca olaraq texnoloji tərəfdən geri qaldıqlarını, sürət və təhlükəsizlik problemləri olduğunu göstərdi. Əvəzinə HTML5-i məsləhət görür. iPad və iPhone-larda artıq flasha icazə yoxdur…
Mozilla-Firefox isə hələki məsələdə tərəf tutmur (ya da mən qarşılaşmamışam). Hər iki formatı dəstəkləmək fikrindədir.
Opera təmsilçiləri isə HTML5-in tərəfdarıdır. Deyirlər ki, Flash-sız web olmaz, ancaq gərək Flash özünü təkmilləşdirə. İndi kifayət qədər problemləri var.

( Ətraflı oxuyun )
Paylaş :