İnternet →  Adobe Muse - kod yazmadan veb sayt


Adobe şirkəti HTML5-in çıxmasından sonra flash texnologiyasının arxa planda qaldığını görüb yeni məhsullar çıxarmağa başlayır. Bu yeni məhsullar da yeni trend HTML5-in xüsusiyyətlərini istifadə edir. Qısa müddət əvvəl flashları HTML5-ə çevirən proqramını istifadəyə vermişdi. Avqustun 15-i isə Muse adında daha başqa bir məhsulun beta versiyasını istifadəyə verdilər. Muse kod yazmadan sayt düzəltməyə kömək edən texnologiyadır. Əsasən qrafik dizaynerlər üçün nəzərdə tutulan, onların işini asanlaşdıracaq bir məhsul olaraq təqdim edilir.

Daha əvvəl Dreamweaver ilə veb dizaynerlərin bir nömrəli köməkçisi olan Adobe, bu dəfə kod yazmağa ehtiyac duymadan bir-birindən bənzərsiz veb saytları meydana gətirməyi təmin edən bir vasitə təqdim edir. Muse kod adlı proqramın beta versiyasını istifadəyə verən Adobe, proqramı bir başqa məhsulu olan Adobe Air ilə develop edib. Bu da Muse-un həm PC həm də Mac-larda işləyə bildiyi mənasını verir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 18 августа 2011, 04:59
  • Weboxu
  • 2

Mobil Texnologiya →  Gələcəyin mobil texnologiyası: HTML5


Mobil əməliyyat sistemlərindəki inkişafların belə sürətli olması, bütün cihazların yeniliklərə tez uyğunlaşmasına təsir edir. İstehsalçıların sürətli bir şəkildə inteqrasiya olmağa çalışdığı texnologiyaların başında HTML 5 gəlir.

Hələ veb dünyasında bir standart olaraq aktiv şəkildə istifadə edilməsə də HTML 5 gələcəkdə bütün brouserlər tərəfindən dəstəklənəcək. Bu məzmunda xüsusilə mobil əməliyyat sistemləri sürətli bir şəkildə bu texnologiyaya inteqrasiya olmağa başladı belə.

( Ətraflı oxuyun )
Paylaş :