Ultra → Ultra şirkəti Azərbaycan Respublikası İqtisadi İnkşaf Nazirliyində "HRM – Kadrların İdarə olunması" sistemini tətbiq etdi
Ölkənin aparıcı İT şirkətlərindən biri olan Ultra şirkəti inteqrasiya sistemləri üzrə həllər təqdim etməkdədir. Şirkət Azərbaycanda Respublikası İqtisadi İnkşaf Nazirliyində “HRM – Kadrların İdarə olunması” sisteminin tətbiqi prosesini artıq başa çatdırmışdır. Bu sistem nazirlikdə tətbiq olunan “Megapolis DocNet” elektron sənəd dövriyyəsi sisteminin tərkib hissəsi kimi nəzərdə tutulub və onunla inteqrasiya-məlumat mübadiləsi sxemində çalışır.“HRM – Kadrların İdarəolunması” sistemin tətbiqi nəticəsində aşağıdakı üstünlüklər əldə olunmuşdur:
• Kadrlarla bağlı məsələlərdə səmərəliliyin artırılması üçün vahid məlumatlar mühitindən istifadə imkanı;
• Əməkdaşlar haqqında məlumatların toplanması və sonradan bunun əsasında hesabatların avtomatik formalaşdırılması;
• Əmrlərin və əmək müqavilələrinin şablon əsasında avtomatik yaradılması;
• Sənəd dövriyyəsi sistemi ilə inteqrasiya;
• Ştat cədvəli üzrə hesabatların formalaşdırılması;
• Personalla əlaqədar hesabatların formallaşdırılması;
Sistem bir neçə moduldan ibarətdir ki, bu da təşkilatda kadların idarə edilməsi biznes-prosesləri üçün kifayət qədər funksional imkanları təmin edir.
( Ətraflı oxuyun )
- 0
- 24 июня 2010, 10:39
- şərh yaz



