HP →  HP webOS-u istifadə etməyəcək


2010-cu ilin aprel ayında Palmı 1.2 milyard dollara satın almışdı. Bir ildən bir qədər çox vaxt keçdikdən sonra HP artıq webOS ilə heç bir məhsul çıxarmayacağını bildirdi. Yəni, bu satınalma özünü doğrultmadı.

HP satın alma əməliyyatından bu yana, webOS istifadə edərək yalnız üç ədəd məhsul çıxara bildi. Bunlar TouchPad adlı bir tablet pc və HP Pre2 və HP Veer adlı telefonlar idi.

Bu cihazların gözlənilən marağı görməməsi və artan rəqabət mühitində istədiyini əldə edə bilməməsi, webOS-in ömürünün sona çatmasına səbəb oldu.

Şirkətin ikinci rüb maliyyə hesabatında, webOS cihazları ilə əlaqədar bütün işlərin sonlandırıldığı rəsmi olaraq ictimaiyyətə açıqlandı.

Görünən odur ki, planşet və smartfon bazarında Android əsaslı cihazlar və Apple arasına bir başqa platformanın girməyi çox çətin olacaq.
Paylaş :