Blog: Elliot → HEXAM - yeni Wordpress plugini

Son zamanlar wordpress platformasında daha çox işlədiyimdən öz php class-larımı, kod parçalarımı wordpress-ə keçirmək barədə qərara gəlmişdim. İnline-php kimi çox faydalı plugini(wordpress page,post daxilində php kodların işləməsini təmin edir) aktiv etməklə və theme fayllarına lazımi php kodlar yazmaqla istədiyimiz nəticəni plugin olmadan da almaq olar. Amma təbii ki Plugin məsələnin universal həll yoludur və bu zaman php ilə iş təcrübəsi olmayan developer belə yazdığımız class-ın gördüyü işdən bəhrələnə bilir. İlk plugin olaraq online test,sınaq, psixoloji test və.s. keçirmək üçün bir plugin yazmaq qərarına gəldim. Plugin HEXAM adlanır( HE-müəllifin soyadı,adı; + EXAM-imtahan :) ) və artıq Wordpress.org tərəfindən qəbul edilərək plugin bazasına əlavə olunub:
Plugin install etmək çox sadə bir şeydir və o haqda ətraflı yazmıram. (qısaca: Dashboard-da admin menyuda Plugins->Add plugin, axtarışda pluginin adını yazıb çıxan nəticədə İNSTALL, daha sonra Activate.)
Plugin dünən əlavə olunub hələ ki yaxşıca test edilməyib, ona görə də hansısa bug-ların olma ehtimalı var. Belə hallar üzə çıxdıqca dərhal həll ediləcək.
Yaxın zamanda istifadə etdiyim digər maraqlı həlləri plugin formasına salaraq wordpress-ə əlavə etmək fikrindəyəm.
Pluginin Wordpress.org-a əlavə edilmə prosesi ilk dəfə üçün çətin prosesdir və bu barədə də izahlı yazı yazmaq lazımdır, imkan olan kimi yazacam. Ümid edirəm ki digər php proqramçılar da bundan sonra öz universal həllərini plugin standartına keçirib wordpress-də yerləşdirər.
Indi isə gələk HEXAM pluginin istifadəsinə:
( Ətraflı oxuyun )
- +2
- 30 ноября 2010, 11:52
- 2



