Google →  Google-un Çində olan "balaca bacısı" - yeni axtarış sistemi

Bu Çinlilərin əlindən də bütün dünya bezibdi. Çünki gördükləri nə varsa hamsının bir kopyasını hazırlayırlar. Birdə görürsən «Adidas» çevrilib olub «Abibas». Yada birdə baxırsan ki maşın qabaqdan Mercedes, arxadan BMW`ə oxşayır. Bu dəfəki kopya isə dünyanın əb böyük axtarış sistemi olan Google`a aiddir. Bir müddətdirki Çinlə Google arasında soyuq müharibədir. Bu gün hətta Çin açıqlama etdiki Andorid telefonları qanunlare tabe olduğu müddətdə Çində qala bilər. Halbuki Androidlə əlaqəli deyildi problemləri. Bu üstü örtülü şantaj idi — səsini kəs yoxsa Andoridlərin satışını qadağan edərik.
Ancaq bu yeni klona hələki Google bir söz deməyibdi. Ancaq vəziyyət bir az qəlizdi.


BBC Çincə xidmətinin xəbərinə görə, "Goojje.com" internet axtarış mühərriki, Çin qanunlarına uyğun bir şəkildə filtrlənərək xidmət edir.
Google`a bənzər bir tərzdə logoya sahib axtarış mühərrikinin internet saytında «Böyük qardaş, balaca bacısı üçün qalır və hələ də bacısını çox istəyir» ifadəsinin Çincəsinə yer verilir.
Digər tərəfdən Reuters bunun — «Goojje»nin Çində «ciecie» (bacı) şəklində olmasını, Googlenin Çincədə tələffüz edilərkən «Gıgı» (böyük qardaş) səsini verməsindən qaynaqlandığı şəklində qiymətləndirir. Yəni, yeni sistemin tərcümədə mənası bacı deməkdir.
Paylaş :