İnternet → Noyabrın Bing`osu

Noyabr ayı üçün axtarış sistemlərinin statistikası açıqlanıbdı. Kimdən soruşulsaki axtarış etmək üçün `u qoyub `ə keçmisiniz? İnanmıramki kimsə keçdiyini söyləsin. Ancaq bəs sən istifadə eləmirsən, mən istifadə eləmirəm o istifadə eləmir, bu Bingin reytinqi hardan gəlir? Çünki noyabr ayına görə Bing istifadəçisini artırıbdı. Bəlkədə alternativ olaraq istifadə olunur deyə bilmərəm. Noyabr ayındakı məlumatlara görə Google 1,4% itiribdi istifadəsində. Ancaq 71,6% faizlə vahid liderliyini davam etdirir. İkinci yerdə isə Bingdir. 9,6%-lə bu pillədə qərarlaşıbdı. Deməli əgər Bing qalxır, Google`da isə eniş varsa demək Bing istədiyinə nail olur. Yadımdadır əvvəl İnternet Explorer belə vahid liderliyini davam elətdirirdi. Ancaq Mozilla ona qənim kəsilibdi indi. Bəlkədə Bing indi həmin naliyyəti təkrarlamaq istəyir. Amma qarşısındaki Google`dur. Bəlkədə Google`un son vaxtlarda hədsiz aktivləşməsinə səbəb bazardakı ona olan rəqabəti görməyidir. O, lider olaraq qalmaq üçün daha keyfiyyətli xidmət üçün bu qədər çalışır.
- 0
- 13 декабря 2009, 18:50
- 3
Google → Google təzəcə açdığı Wave`i inkişaf etdirmək üçün AppJet komandasını satın aldı
Google Beta versiyada istifadəyə verdiyi `i inkişaf etdirməyə çalışır. Bəlkə də hələ bir çox istifadəçinin alışa bilmədiyi, nəyə yararlı olacağını tam təyin edə bilmədiyi bu xidmətlə bağlı Google`un geniş planları var. Belə ki, Google Wave üçün `ın müəllifləri olan komandasını satın aldı…Bilməyənlər üçün biraz EtherPad və Appjet barədə qısa məlumat:
AppJet, EtherPad xidmətində Microsoft Office`dən Word sənədlərini, internet səhifələrini, PDF`ləri, düz mətn fayllarını aça bilir və iş qruplarına bunlar üzərində onlayn işləmək imkanı verir. Üstəlik xronoli olaraq dəyişiklik edilmiş işin daha əvvəlki hallarının da görülməsinə imkan yaradırdı. EtherPad əslində ilə olduqca oxşar bir xidmətdir.
EtherPad`in komandası isə məhsullarının fərqini belə izah edir: «Google Docs ilə dəyişiklik klaviaturanızdan digər insanların qarşısına 5-15 saniyə sonra gedir. Bir anlığıa telefonlarda da belə bir gecikmə olduğunu düşünün?» Etherpad, Google Docs`dan fərqli olaraq həqiqətən anında ortaq iş imkanı təqdim edə bilir.
( Ətraflı oxuyun )
- 0
- 13 декабря 2009, 12:58
- 11
Google → Yeni Google Chrome reklamı
Google Chrome üçün yeni reklam çarxı. Mənim çox xoşuma gəldi.Əlavə olaraq onu deyimki Google Chrome indi Mac`da da istifadəsi mümkündür.
Ümumiyyətlə bu ilin son rübündə hər gün Google haqqında nəsə eşitmək mümkün hala gəlibdi.
Hətta haqqında yazılanları izləyib çatdırmaqda çətinləşibdi. Maraqlıdır görən bu aktivləşmə nə səbəbə görədir…
- +1
- 11 декабря 2009, 16:37
- 1
Google → Google`da anlıq axtarış
Heç kimə sirr deyil ki, Google axtarış devi olmasına baxmayaraq `in populyarlaşmasından sonra bəzi məqamlarda ona uduzurdu. Beləki araşdırmalar göstərirdi ki, insanlar o an nəyin baş verdiyini bilmək üçün axtarışı məhz Twitterdə edirdilər. Təbii ki, Google belə böyük bir bazar payını gözardı edə bilməzdi. Dünən yazılan geniş yazıda bu barədə məlumat verdi.Axtarışı test etmək üçün
Buyurun yeni dünya üçün yeni Google. Artıq Google sizin bütün suallarınızı cavablandırmağa çalışacaq.
- +1
- 7 декабря 2009, 23:10
- 8
Google → Chrome`un rəsmi addons dəstəyi yaxında başlayacaq.
Bir neçə həftə əvvəl açılan Əlavələri ndə developerlərdən əlavələri qəbul edən Google, önümüzdəki həftə Chrome addonslarını istifadəçilərin istifadəsinə açacaq.( Ətraflı oxuyun )
- 0
- 7 декабря 2009, 20:14
- şərh yaz
Google → Youtube "Feather" keyfiyyətli video

YouTube bir müddət əvvəl açıqlamışdıki 1080p keyfiyyətində olan videoları yayımlama xidməti verir. Bu dəfə də daha fərqli, tam əksi bir xidmət verməyə qərar verib.
Əslində bunu eşidəndə mənə ən çox maraqlı olan o olduki bu sistem haqqında Barcamp Azərbaycan `09 -da eşitmişdim. A.Cəmil öz çıxışında üçün belə bir xidmət etməyi düşündüyünü və bunun dünyada olmadığını demişdi. Həqiqətən də yayda heç kimdə yox idi, amma Youtube dekabrın 3-dən etibarən bunu etməyə başlayır. Yəqinki kifayət qədər maddi vəsait olsa idi Azərbaycandan da yaxşı saytlar çıxarmış.
Deməli bu yeni sistem belədirki, siz misal üçün aşağı sürətli internetə maliksiniz, baxmaq istədiyiniz videonun keyfiyyəti isə çox yüksəkdir. Təbiidirki o çox gözləməli olur. Ancaq bu yeni texnologiyada sistem özü videonun keyfiyyətini sizin internetin sürətinin rahat göstərə biləcəyi səviyyəyə endirir. Bununlada siz videolara rahat baxa bilirsiniz. Keyfiyyəti isə sizin internetin sürətindən asılı olacaq. Yuxarıda da yazdığım kimi əslində sistem Div.az`da olmalı idi. Ancaq maliyyə məsələlərinə görə sistemin təkmilləşdirilməsi olmadı və belə bir sistem üçün gecikildi.
Sistem hələki beta versiyadadır. test edə bilərsiniz.
- 0
- 6 декабря 2009, 10:20
- şərh yaz
İnternet → Mail.ru search - by Google

Bu gün yeni bir daha aldım. Deməli tanıdığımız `nun axtarış sistemi Yerli axtarış sistemi olan tərəfindən hazırlanmışdı. Artıq bu dəyişəcək kimi görünür. Əvvəldən bilinir ki, Rusiya bazarında ürəyi istədiyi kimi mövqelənə bilməyibdi. Məhz `də elə Mail.ru`ya uduzur. Deyəsən Mail.ru`dakı belə böyük potensialı görübki indi onunla müqavilə imzalamaq qərarına gəlibdi.
- 0
- 4 декабря 2009, 21:36
- şərh yaz
Oxatan →
Internet yoxsa Google?
Günü-gündən inkişaf edən texnologiya adamı təəccübləndirməyə davam edir. Hər yeni məlumat oxuduqca, böyük saytların yeniliklərini gördükcə lap mat qoyur. Bu dəfə izlədiyim bloglardan birində oxuduğum yazı üzərində təhlil edib yazacam.
- 0
- 1 декабря 2009, 20:43
- şərh yaz
Google → Google redesign ?

Artıq bir müddətdir ki sol sidebar-ı istifadəyə veribdi. Şəxsən mənim çox xoşuma gəlmişdi və işimi asanlaşdırdı. İndisə həm dizayn həmdə strukturu tamamilə sol sidebar üzərinə qurmaq fikrindədir deyəsən.
- 0
- 26 ноября 2009, 23:27
- şərh yaz
Google → Youtube yerində dayanmaq fikrində deyil
Demək olarkı, 1-2 gündən bir Google`un hansısa bir yenilik etdiyini, ya yeni hansısa bir məhsul çıxardığını və ya köhnə məhsullarına nəsə biryenilik etdiyini eşitmək artıq bizi təəccübləndirmir. İndi də Google `da yenilik etməsi barədə bir video paylaşıb.
- 0
- 23 ноября 2009, 19:54
- 1



