Android →  Google, Android developerlərinə menu buttonu haqqında xəbərdarlıq etdi


Android 4.0 Ice Cream Sandwich-in çıxması ilə birgə istifadə olunmayacaq menyu button-u (düyməsi), Google tərəfindən edilən bir xəbərdarlıq mesajıyla gündəmə gəldi.

Android Developers Blog üzərindən edilən xəbərdarlıqda Google, app developerlərin yeni dizaynlarını menyu düyməsi istifadəsinə gərək olmayacaq şəkildə hazırlamasını tövsiyə etdi.

Android 3.0 Honeycomb-da başlayan menyu düyməsi olmayan Android interfeysi axını, Android 4.0 ilə birlikdə fərqli bir anlayış ilə davam edəcək. Belə düşünmək olar ki, 2012-ci ildə Android interfeysi üzərində cəsur və yenilikçi application (tətbiq) dizaynları görə bilərik.
Paylaş :

Google →  Google 1 Martda istifadə şərtləri və təhlükəsizlik nizamlarını dəyişdirir.


İnternet dünyasının nəhənglərindən olan Google, istifadəçilərinin hesablarında fərdi məlumatlar və istifadə şərtləri xidmətlərində böyük dəyişikliyə gedəcəyini açıqladı.

ABŞ-ın Kaliforniya əyalətində olan şirkət mərkəzindən edilən açıqlamaya görə; Google hesabı olanlar üçün 1 Martdan sonra qüvvəyə minəcək bu dəyişikliklərlə əlaqədar istifadəçilərə email ilə məlumat veriləcəyi bildirildi.Google-un təhlükəsizlik və gizlilikdən məsul səlahiyyətlisi Alma Whitten, «Yeniliklərin xülasəsi olaraq, belə deyə bilərik: Sizə, bütün məhsullarımızın tək istifadəçisi kimi davranacağıq» deyib.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Youtube-da hər gün 4 milyard video izlənilir!


Google xidmətlərindən olan dünyanın bir nömrəli online video xidməti YouTube üzərindən izlənililən video sayı gündəlik 4 milyarda yüksəldi.
Reutersin xəbərinə görə, bu rəqəm ötən 8 aydan bu günə qədər 25%-lik, yəni 1 milyardlıq bir artım mənasını verir. Bu sürətli artımın səbəblərindən biri xidmətin kompüterlərlə birgə ağıllı telefon, planşet və ağıllı televiziya kimi müxtəlif kanallar üzərindən də xidmət göstərməsi ilə birgə, həm də Google-un servisi daima inkişaf etdirməsidir.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: thebayramli →  Bloggerin alətləri seriyasından – online və offline alətlər

Offline alətlər – Proqramlar.

Total Commander – www.ghisler.com/. Çoxfunksiyalı file explorer, vaxta və enerjiyə qənaət üçün çox əlverişlidir, funksiyalarının və imkanlarının genişliyi ilə əvəzedilməz alətinizə çevriləcəkdir. Qovluq və fayllarla əməliyyatlar, FTP client, mini proqramlar, çoxseriyalı əməliyyatların kompakt həlli və s. kimi imkanları vardır.
FileZilla – filezilla-project.org/. FTP client proqramıdır, pulsuz, rahat və sadədir.
Notepad++ – notepad-plus-plus.org/. Mətn redaktorudur, sadə və çoxfunksiyalı, alternativlərindən sürətli açılandır.

( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Twitter və Google Plus arasında soyuq münasibətlər başlayıb


Açıldığı gündən əsasən Facebook-a rəqib göstərilən Google Plus artıq yeni funksiyaları ilə internetdə sürətlə yayılmağı planlaşdırır. Əlində axtarış sistemini öz xeyrinə istifadə etməyə başlayan Google, rəsmi blogundan Search Plus adlandırdığı yeni sistemi istifadəyə verdiyini yazmışdı:


( Ətraflı oxuyun )
Paylaş :

Blog: Tural →  Gmail Hesabınızın 2011 Analizini Edin


2011 ilində Gmail hesabınıza neçə dənə e-poçt aldığınızı bilirsinizmi? Ya da hansılarına ən çox cavab verdiyinizi. ToutApp ilə Gmail hesabınızın 2011 analizini asanca edə bilərsiniz.
ToutApp adlı tətbiq ilə 2011 ilində neçə e-poçt atdığınızı, hansı ay içərisində ən çox e-poçt trafikinizin olduğunu, e-poçtlarınızın neçəsinin cavablandırıldığı kimi məlumatlara gözəl infoqrafiklər halında əldə edə bilərsiniz. Bu infoqrafiklərin hamısının da paylaşıla bilər olması ayrıca müsbət bir xüsusiyyət olaraq düşünülür.
Şirkətdən Mashable`a verilən məlumata görə şirkət e-poçtların məzmununa heç bir şəkildə daxil ola bilmir. Buna daxil olan yalnız tətbiq olduğunu ifadə edir.
Paylaş :

Blog: Tural →  Google+ 62 milyon istifadəçiyə sahibdir


Googleun bu il içində həyata keçirdiyi sosial şəbəkə xidmətinin sürətli bir şəkildə böyüdüyünü müxtəlif yerlərdən oxuyuruq. Amma Google bu sosial şəbəkənin saxladığı istifadəçi sayı barəsində çox məlumat vermək istəmir. Bu vəziyyətdə iş qeyri-rəsmi işlərə qalır. Statistikaçı Paul Allenin çalışması da bunlara bir nümunə təşkil edir.

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google-un səs ilə işləyən assistenti Majel il sonuna qədər istifadəyə verilə bilər


Apple-ın yeni ağıllı telefonu iPhone 4S üzərində tanıtdığı səsli assistent tətbiqi Siri bu sahədə yeni bir rəqabətin də başlanğıcı oldu.

Google uzun bir müddətdir öz səsli assistenti üzərində çalışmaqda idi. Majel kod adı verilən tətbiq, adını Star Trek filmindəki federasiya kompüterini səsləndirən Majel Barrett-Roddenberry-dən götürür.

( Ətraflı oxuyun )
Paylaş :